Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Türkiyə hər zaman Azərbaycana hərbi dəstək verib, bundan sonra da verəcək”
“Türkiyə hər zaman Azərbaycana hərbi dəstək verib, bundan sonra da verəcək” |
Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri başlayıb
Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana gəlib. Onu səfərdə Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar, ASELSAN, ROKETSAN və Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) baş direktorları müşayiət edirlər. Nümayəndə heyəti bu gün səhər Fəxri xiyabanda Heydər Əliyevin, Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Nazir Türk Şəhidliyində xatirə dəftərinə ürək sözlərini yazıb. İ. Yılmaz jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimiz yüksək səviyyədir. Türkiyə hər zaman Azərbaycana hərbi dəstək göstərib, bundan sonra da göstərəcək”. Nazir Azərbaycan və Türkiyə arasında imzalanmış “Strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında” sazişin və hər iki ölkənin hökumətlərində yaradılacaq Yüksək Əməkdaşlıq Şurasının əlaqələrin daha da güclənməsinə təkan verəcəyini qeyd edib. “Səfər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq və perspektiv layihələr də müzakirə olunacaq”, - deyə İ. Yılmaz bildirib. Bu gün Türkiyə nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşləri nəzərdə tutulur. Bundan başqa, oktyabrın 15-dək davam edəcək səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşlər planlaşdırılır. İ. Yılmazın başçılıq etdiyi heyət Müdafiə Sənayesi Nazirliyinin hərbi müəssisələrinə də baş çəkərək Azərbaycanın hərbi-sənaye potensialı ilə də tanış olacaq. Qeyd edək ki, səfər Azərbaycan müdafiə nazirinin dəvəti əsasında gerçəkləşir. Bu, İsmət Yılmazın müdafiə naziri postunda Azərbaycana ilk səfəridir. Geri dön |