Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > ABŞ-da hasilatın artması nefti ucuzlaşdırır
ABŞ-da hasilatın artması nefti ucuzlaşdırır |
Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,43% azalaraq 53,10 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,36% azalaraq 55,70 dollar olub. Neftin ucuzlaşmasına səbəb ABŞ-da hasilatın artmasıdır. Bununla yanaşı, investorlar Rusiya tərəfindən hasilatın azaldılmasına şübhə ilə yanaşırlar. Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-ın Hyuston şəhərində keçiriləcək "CERAWeek" konfransına yönəlib. Konfransda neft sahəsinin liderləri iştirak edəcəklər. "Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ötən həftə ərzində ABŞ-da neft buruqlarının sayı ard-arda 7-ci həftədir artır. Arxada qoyduğumuz həftə ərzində neft buruqlarının sayı 7 ədəd artaraq 609-a çatıb. Bununla yanaşı, yanvar ayı ilə müqayisədə fevralda Rusiyada sutkalıq neft hasilatı 0,018% azalaraq 11,11 mln. barrel təşkil edib. Beləliklə, fevralda orta sutkalıq hasilat oktyabr ayı ilə müqayisədə 1,077% və 121 min barrel azalıb. Geri dön |