Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumrusiya Azərbaycanlılar Konqresi iki üzvünü təşkilatın sıralarından xaric edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Ümumrusiya Azərbaycanlılar Konqresi iki üzvünü təşkilatın sıralarından xaric edib

Ümumrusiya Azərbaycanlılar Konqresi iki üzvünü təşkilatın sıralarından xaric edib


Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının (ÜAK MŞ) Rəyasət heyəti İslam Hüseynovu və Rəsul Əkbərovu ÜAK-ın üzvlüyündən çıxarıb.

ÜAK-ın mətbuat xidmətindən bildiriblər ki, Ümumrusiya Azərbaycanlılar Konqresi Mərkəzi Şurasının Rəyasət heyəti xüsusilə iri məbləğdə fırıldaqçılığa görə Rusiyanın Ulyanovsk Vilayət Məhkəməsi tərəfindən məhkum edilmiş (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) İslam Rövşən oğlu Hüseynovu qurumun Nizamnaməsinin başlıca müddəaları əsasında ÜAK-ın üzvlüyündən çıxarmaq barədə qərar qəbul edib.

ÜAK MŞ-nin Rəyasət heyəti Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsində (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 115-ci maddəsinin 2-ci hissəsində (qəsdən sağlamlığa yüngül zərər vurma) nəzərdə tutulmuş cinayətlərə görə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Oneqa Rayon Məhkəməsi tərəfindən məhkum edilmiş Rəsul Cupu oğlu Əkbərovun təşkilatın üzvlüyündən çıxarılması haqqında da qərar qəbul edib.

ÜAK Mərkəzi Şurasının Rəyasət heyətinin qərarları haqqında məlumat regional hakimiyyət orqanlarına göndərilib.

ÜAK-ın Rəyasət heyətindən vurğulayıblar ki, Rusiya Federasiyasının qanunvericiliyini pozan şəxslər Ümumrusiya Azərbaycanlılar Konqresinin üzvləri ola bilməzlər, çünki bu, Konqresin Nizamnaməsinin əsas müddəalarına ziddir.

Fəridə Abdullayeva

Geri dön