Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan GMO - nun qarşısını almaqda acizdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Azərbaycan GMO - nun qarşısını almaqda acizdir

Azərbaycan GMO - nun qarşısını almaqda acizdir


Eyyub Hüseynov:”Azərbaycanda satılan pomidorların 70 faizi, qarpızların 80 faizi, almaların 50 faizi, armudların 30 faizi GMO məhsullarıdır”

Uzun müddətdir ki, Azərbaycanda genetik motifikasiya olunmuş (GMO) məhsullar var. Artıq Azərbaycanda bir çox bitki və məhsulların kökü kəsilmək üzrədir. Səbəb isə həmin bitkilərin GMO məhsuluna çevrilməsidir. Bitkilərin tərkibinə müəyyən yollarla heyvan geni yeridilməsi və nəticədə bu məhsuldan insanların istifadəsi olduqca təhlükəlidir. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər yazılar yazılıb, ekspertlər həyəcan təbili çalıb. Amma, problemin qarşısını almaq hələ də mümkün olmayıb.
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. GMO məhsullarının ilk olaraq, Amerika Birləşmiş Ştatlarında yetişdirildiyini deyən təşkilat sədri bu məsələ ilə bağlı ciddi araşdırma da apardığını deyib: “GMO bitkiçiliyi və heyvandarlığının təməli 1972-ci ildə ABŞ-ın “Mansata” şirkəti tərəfindən qoyulub. Mən həmin şirkətdə çalışmış və GMO üzrə professor olan şəxslə görüşüb onun fikirlərini dinləmişəm. 1972-ci ildən sonra bu mallar və bitkiçilik dünyada sürətlə irəliləyir və bu irəliləmənin arxasında böyük pullar, böyük qüvvələr, hətta bizdə olan məlumata görə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dayanır”-deyən ekspert vurğuladı ki, o bu barədə ÜTT-nin ekspertləri ilə də dəfələrlə görüşüb. Onlar deyirlər ki, ÜTT satan təşkilatdır və qurum nə olsa satacaq. 2007-ci ildə Azərbaycanda “Ekoloji kənd təsərrüfatı haqqında” qanun qəbul ediləndə də ÜTT-nin dəsti-xətti göründü. Azad İstehlakçılar Birliyi çalışırdı ki, GMO mallarının Azərbaycana gətirilməsi, satışı həmin qanunla qadağa qoyulsun. Lakin qanunla GMO məhsullarının Azərbaycana gətirilməsinə “yaşıl işıq” yandırıldı. Qanunda göstərilib ki, GMO məhsulları markalanmalı və istehlakçıların seçim hüququ olmalıdır. Hətta bu da yerinə yetirilmir. Hələ də elm sübut etməyib ki, GMO ilə qidalanan insanların gələcəyi necə olacaq”
Eyni zamanda GMO məhsullarının Azərbaycanda yetişdirildiyini və ətraf mühitdə dəyişikliklərin getdiyini vurğulayan ekspert bildirib ki: “GMO- ları yoxlayan laborotoriyalar Azərbaycanda yoxdur”. Ölkəmizdə GMO –nun lobbbiçiliyini həyata keçirən insanlara demək istəyirəm ki, əgər siz özünüzü haqlı hesab edirsinizsə, niyə BMT-nin “Ətraf Mühitin Biomüxtəlifliyinin qorunması”na dair sənədi və bundan irəli gələn karfogen protokolu var? “-deyə, vurğulayıb. Belə çıxır ki, GMO -nun lobbiçiliyini aparan insanlar BMT- dən və ölkə prezidentlərindən ağıllıdırlar.
Birmənalı şəkildə isə Azərbaycanda cinin şüşədən çıxdığını, bunu yığışdırmağın mümkün olmayacağını -deyən ekspert çıxış yolunun yalnız markalamaq və analizlər aparmaqla mümkün olduğunu qeyd edib.

Ramilə/Veteninfo/

Geri dön