Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > 2022-ci ilədək qlobal neft təklifi gündəlik 5,6 milyon barrel artacaq
2022-ci ilədək qlobal neft təklifi gündəlik 5,6 milyon barrel artacaq |
2016-2022-ci illəri əhatə edən dövrdə qlobal neft təklifi gündəlik 5,6 milyon barrel artacaq.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Bildirilir ki, neft təklifinin artmasında Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin payı 60 faiz olacaq. 2022-ci ildə qeyri-OPEC ölkələrinin neft hasilatı gündəlik 3,3 milyon barrel artaraq 60,9 milyon barrelə çatacaq. 2022-ci ildə ABŞ qlobal neft təklifindəki payını 1,6 milyon barrel artıraraq ilk sırada qərarlaşacaq. ABŞ-ı gündəlik 1,1 milyon barrel ilə Braziliya və gündəlik 800 min barrel ilə Kanada izləyəcək. OPEC xam neft istehsalı gücünü 2022-ci ildə gündəlik 1,95 milyon barrel artıraraq 37,85 milyon barrelə çatdıracaq. Kartel daxilindəki artımda əsas payı gündəlik 700 min barel ilə İraq həyata keçirəcək. İran neft hasilatını gündəlik 400 min barrel, Birləşmiş Ərəb Əmirlikləri və Liviya isə 370 min barrel artıracaq. Geri dön |