Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Danimarkada erməni təxribatının qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Danimarkada erməni təxribatının qarşısı alınıb

Danimarkada erməni təxribatının qarşısı alınıb


Danimarka Krallığında nəşr olunan “Metro Xpress” qəzeti 30 mart sayında Daglıq Qarabağa turist səfərlərinin təşkili və bu səfərlərin təbliği barədə məqaləsi ilə bağlı mətbu orqanına etiraz məktubu göndərən “Vətən” Cəmiyyətinə cavab məktubu yazaraq yaydığı yanlış məlumatlara görə üzr istəyib. Bu haqda cəmiyyətin sədri Səfər Sadiqi "davam.az"-a bildirib.

“Metro Xpress” qəzetinin cavab məktubunda qəzetin əməkdaşı Nadine Nelsen tərəfindən hazırlanmış yazının yanlış olduğu qeyd olunur və Danimarka Krallığında yaşayan azərbaycanlılardan üzr istənilir. Məktubda deyilir: “Məlumata görə sağ olun. Biz Dağlıq Qarabağın xəritə üzərində Ermənistan ərazisində yerləşdiyini gördük. Bu barədə ətraflı məlumat almağa çətinlik çəkmişik. Gələcəkdə bunlar nəzərə alınacaq. Üzr istəyirik”.

“Vətən” Cəmiyyəti “Metro Xpress” qəzetinə Azərbaycan, Dağlıq Qarabağla bağlı obyektiv məlumatları çatdırmağa hər zaman hazır olduğunu bildirib və bir daha xatırladıb ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının torpaqlarının 20% Ermənistan tərəfindən işğal edilib, bir milyon azərbaycanlı öz doğma yurd yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkün olublar. “Vətən” Cəmiyyəti işğal olunmuş Azərbaycan torpaqlarının azad olunacağını, qaçqın və məcburi közkünlərin öz doğma torpaqlarına qayıdacaqları vurğulayıb.

Xatırladaq ki, “Vətən” Cəmiyyətinin ölkədə böyük tirajla nəşr olunan “Metro Xpress” qəzetinə Danimarka və ingilis dillərində göndərdiyi etiraz məktubunda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edildiyi, BMT Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən 4 qətnamə qəbul etdiyi bir şəraitdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə turist səfərləri təşkil edən ermənilərin bu hərəkətlərinin qanunsuz olduğu və beynəlxalq hüquq və normalara zidd olduğu qeyd olunub.

Geri dön