Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > “Sarkozi Türkiyə-Fransa əlaqələrinə ciddi zərbə vurub”
“Sarkozi Türkiyə-Fransa əlaqələrinə ciddi zərbə vurub” |
François Bayrou: “Soyqırımın inkarına cəza “qanunun heç bir yaxşı niyyəti yoxdur”
Bu sözləri Fransada prezidentliyə namizəd François Bayrou bildirib. Fransada “Erməni soyqırımının inkarını cinayət sayan” və Konstitusiya məhkəməsinə təqdim edilən qanun layihəsinə qarşı çıxan prezidentliyə namizəd François Bayrou seçkilərlə bağlı bir sıra açıqlamalar verib. İkinci turu qazanmaq istəyən indiki prezident Nikola Sarkozinin dəstəsinin dəstəyinin qarşılığında “Baş nazir ol” təkliflərini çatdırdığı Bayrou, anketlərdə 15 %-ə qədər yüksəlib. François Bayrou açıqlamasında bildirib ki, Sarkozinin prezidentliyi zamanı Türkiyə Fransa əlaqələri ciddi zərər görüb. Onu da qeyd edək ki, Sosialist Partiyasından digər namizəd François Hollande isə bir müddət əvvəl Türkiyə-Fransa münasibətləri ilə bağlı açıqlamalar verib. O, Türkiyənin AB üzvü olmaq üçün şərtləri tamamlamadığını söyləyib: “Türkiyə ilə müzakirələrin başlaması üçün bir müqavilə imzalandı. O müqavilənin altında Fransız prezidentinin imzası var. Bizim üçün dövlətin davamlılığı əsasdır. Bundan sonra gələcək prezident o imzaya sahib çıxar. Mən də Avropanın sərhədsiz genişlənəcəyinə inanmıram. Amma ortada bir imza var. Türkiyədə bu sahədə irəliləyiş var və hələ bir çox sahədə Türkiyə dəyişmə keçirir”. “Soyqırımın inkarına cəza “qanununa qarşı çıxdığını deyən prezidentliyə namizəd onu da qeyd edib ki, bu qanunun heç bir yaxşı niyyəti yoxdur. Tarixi həqiqətlər qanunla təyin edə bilməz. Bu mövzuda Hollande və Sarkozinin mövqeyini müdafiə etmirəm. Bu sözlər tamamilə seçki oportunizmi ilə verilən sözlərdir”. Rövşən ZİYA Geri dön |