Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Oleq Kuznetsova dəstək verməlidirmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycan Oleq Kuznetsova dəstək verməlidirmi?

Azərbaycan Oleq Kuznetsova dəstək verməlidirmi?


Fərəc Quliyev: “Bu cür şəxslərə dəstək verilməli, onlarla görüşlər keçirilməlidir”

Rusiyalı tarixçi alim Oleq Kuznetsov Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlayıb. Hansı ki, bu petisiyanın Dövlət Duması ilə yanaşı, Federasiya Şurasına da göndərilməsi planlaşdırılır.
Maraqlıdır, Azərbaycan dövləti Rusiya və dünyanın digər ölkələrində bu cür təşəbbüslər irəli sürən şəxslərə dəstək verməlidirmi?
Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev belə bir dəstəyə ehtiyac olduğunu vurğulayıb:
“Biz hər zaman bəyan etmişik ki, bizim Rusiya xalqı ilə heç bir problemimiz yoxdur. Rusiya siyasəti ədalətsiz siyasət sərgiləyən Ermənistanın arxasında durmazsa, bizim münasibətlərimiz çox normal şəkildə inkişaf edə bilər. Mən Milli Məclisdəki müzakirələr zamanı da bildirmişəm ki, Xocalı soyqırımında iştirak edən 366-cı alay sovet alayı olmayıb. Çünki o vaxt Sovet İttifaqı yox idi. Bu, Rusiyanın ordusu idi. Biz qəbul edəcəyimiz qərarda qeyd etməliyik ki, Xocalı soyqırımında Rusiyanın o zamanlkı hərbi-siyasi rəhbərliyi iştirak edib. Lakin bu addımın məsuliyyəti Rusiyanın indiki rəhbərliyinin üzərinə düşmür. Bu gün Rusiyada hər hansı bir şəxs çıxıb o dövrdə baş verən hadisələrə olduğu kimi baxacaqsa, bu, iki dövlət arasındakı münasibətlərə müsbət təsir göstərəcək.

Təbii ki, Azərbaycan bu cür adamlara, təşkilatlara hər cür dəstək verməlidir. Onlarla görüşlər keçirməlidir. Bəyan etməlidir ki, bu cür obyektiv yanaşmadan sonra iki dövlət arasındakı münasibətlər müsbət anlamda fərqli məcraya yönələ bilər. Bu, çox mühüm məsələdir. Bəzən həqiqəti gizlətməklə guya münasibətlərə xeyir vermək əvəzinə ziyan verilir. Halbuki, həqiqətləri ortaya çıxaranda münasibətlər də normallaşır.
Mən rus tarixçinin bu addımını dəstəkləyirəm”.

Seymur Əliyev

Geri dön