Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Parlamentində “Əli və Nino” filminin Avropa premyerası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Avropa Parlamentində “Əli və Nino” filminin Avropa premyerası keçirilib

Avropa Parlamentində “Əli və Nino” filminin Avropa premyerası keçirilib


Martın 8-də Brüsseldə yerləşən Avropa Parlamentində “Əli və Nino” filminin Avropa premyerası keçirilib. Filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyi, Gürcüstanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyi və ALDE Qrup təşkilatı ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib.

175 nəfər iştirakçı arasında Avropa Parlamentinin üzvləri Norika Nikolai, Heidi Hautala, Ramona Nikole Manesku, Tomas Zdeçovski, həmçinin Gürcüstanın Belçikadakı səfiri Natali Sabanadze, Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov, Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Xəzər İbrahim, Ukraynanın Belçikadakı səfiri Mikola Toçitski, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin rəhbəri və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və digər azərbaycanlı deputatlar Fuad Muradov, Kamran Bayramov və Rövşən Rzayev də iştirak ediblər.

Səksən il bundan əvvəl Almaniyada yazıçı Qurban Səid tərəfindən yazılmış “Əli və Nino” hekayəsi 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Bakının dinlərarası, multikultural və tolerant ruhunu ehtiva edir. Azərbaycanlı müsəlman zadəgan gənc Əli və gürcü xristian şahzadəsi Nino arasında sevgi münasibətlərindən bəhs edən bu hekayənin hadisələri əsasən İçərişəhərdə baş verir. Lakin hadisələr, həmçinin Dağıstan, Gəncə, Tbilisi, Tehran və hazırda Ermənistanın işğalı altında olan Şuşada da yaşanır.

Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş film azərbaycanlı gənc Əli ilə gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs etməklə bərabər, XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələri təsvir edir.

Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadianın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Filmin nümayişinin Beynəlxalq Qadınlar Gününə təyin edilməsi təsadüfi deyil. Belə ki, burada Nino güclü qadın obrazı kimi təqdim olunur və 18 yaşına çatmış bütün qadınlara AXC tərəfindən səsvermə hüququnun verildiyi göstərilir. Azərbaycan qadınlarına seçki hüququ Böyük Britaniya, ABŞ və Fransa kimi ölkələrdən öncə verilib.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisinin rəhbəri Mark Vervilghen deyib: “Bugünkü premyera Avropa İttifaqı-Azərbaycan münasibətləri üçün çox mühüm mədəni hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri ölkənin Avropa dəyərlərinə sadiqliyini və Avropa ilə əlaqələrini genişləndirmək istəyini nümayiş etdirdi.

“Əli və Nino” filmi Cənubi Qafqaz regionundakı qeyri-adi həyatı nümayiş etdirir. Təəssüf ki, qonşularla birgə yaşayış heç də hər zaman biz istədiyimiz kimi hamar və asan olmur. Bu, Azərbaycan və Ermənistanın misalında aydın olur. Azərbaycan digər ölkələr üçün etnik azlıqlar və gender bərabərliyinə açıq olan bir ölkə modeli kimi görünür və burada müxtəlif millətlər və dinlərə mənsub insanlar yaşayır”.

Avropa Parlamentinin üzvü Norika Nikolai qeyd edib: “Bu, yalnız sevgi hekayəsi deyil. Bu hekayə sivil bir ölkə və onu özünə tabe etmək istəyən ölkələr arasında münaqişə haqqındadır və təəssüf ki, bu cür münaqişələr hələ də davam etməkdədir. Beynəlxalq Qadınlar Günündə bu film bir dərs ola bilər. Bu dərs sadəcə sevgi ilə bağlı deyil. Bu, çətinliklərə sinə gərmək haqqında bir hekayədir. İstərdim ki, diqqəti həyatda vacib olan şeylərə cəlb edən bu film hamının qəlbində dərin iz buraxsın”.

Gürcüstanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfiri Natali Sabanadze isə təəssüratlarını bölüşərək deyib: “Əli və Nino” əsəri müəllifin ölümündən sonra, surəti Vyanada ikinci əl kitab mağazasında tapılanda üzə çıxmışdır. Hekayənin mərkəzində duran məsələlər hələ də öz aktuallığını itirmir. Biz fərqli dünya qüvvələri arasında baş verən məsələlər, mədəniyyətlər və sivilizasiyaların toqquşmasını görürük. Biz, həmçinin şəxsiyyətlərin gücünü və fərdi seçimi görürük. Bu müəmmalı müəllifin şəxsiyyəti ilə bağlı sualların bitib-tükənməməsinə baxmayaraq, əsər çox güclüdür və bizə sənətin sarsılmaz olduğunu göstərir. O, bizə göstərir ki, toqquşmalar qaçılmazdır və onların həlli heç vaxt asan olmur”.

Geri dön