Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanda Tehrandan uzanmış xəyanətin izləri
Güney Azərbaycanda Tehrandan uzanmış xəyanətin izləri |
Azərbaycan türklərinə məxsus Sulduz, Soyuqbulaq, Xana, Sərdəst, üsnü, Qoşaçay, Sayınqala və Bəykənd şəhərlərinin qəsdən və bilərəkdən kürdlərə məxsus bölgələrə qatılması üçün çox dərin siyasətlər aparılmışdır.
Bu proses 1925-ci ildən mehtər oğlu Rza Pəhləvini hakimiyyətə gətirən İngiltərə, Fransa, ABŞ, Almaniya, Rusiya və digər böyük güclər tərəfindən başladılmışdır. Pəhləvilərin idarəçiliyində düz 57 il Azərbaycan türkünü inkar, onun tarixi torpaqlarını parça-parça etmək kimi dərin siyasətlər aparıldı. 1978-ci il 23 fevral inqilabından sonra hakimiyyətə gəlmiş mollakratiya rejimi də 33 ildir bu siyasəti davam etdirməkdədir. Antitürk siyasətinin bunca dərin uzantıları azmış kimi, bu gün də Urmu bölgəsinin süni şəkildə "kürdləşməsi" siyasətini rəsmiləşdirməsinə başlanılmışdır. ötən həftə İran parlamentinə keçirilən seçkilərin özü bu hədəfləri bir daha təsdiq etdi. Kürd-türk qarşıdurmasının körüklənməsi 1827-ci ildə Azərbaycanın ikiyə bölünməsini sindirə bilməyən Abbas Mirzə Qacar uzaq gələcəkdə Urmu vilayətində türklərin dominant rola malik olması üçün dərin siyasət apardı. çünki Azərbaycanın ikiyə bölünməsinin ardınca Anadolu və Güney Azərbaycan sərhədləri arasında "bufer" rolunu oynaya biləcək kürdlərin məskunlaşdırılması kimi siyasi oyunları böyük praqmatik siyasətçi çox yaxşı başa düşürdü. Xüsusilə Qarapapaq türklərinin dominant rol oynamasına dəstək vermişdi. çünki Rusiyanın işğalçı ordu komandanı Paskeviçin hədəflərindən xəbərdar idi. Bu dönəmdə Osmanlı dövlətinin Qars, Ərzurum, Diyarbəkr, Güney Azərbaycanın Təbriz və Urmu şəhərlərində Rusiya, Fransa və İngiltərəyə məxsus konsulluqlar bu bölgələrdə yaşayan erməni, aysor və kürd əhalisini gizli şəkildə dəstəkləməklə həm də bu dövlətlər tərəfindən açılmış ticarət və iqtisadi şəbəkələr, missioner məktəblərində yalnız toplumlara önəm verilirdi. Qacarlar hakimiyyətinin bəzən zəif duruma düşdüyü məqamlarda dərhal bu üç toplum hərəkətə keçərək türklərə qarşı silahlı üsyanlarda soyqırımlar törətmişlər. Güney Azərbaycanın Sulduz, Soyuqbulaq, Xana, Sərdəst, Marağa, üsnü, Qoşaçay, Sayınqala, Bəykənd, Xoy, Mərənd və digər şəhərlərinin qalalarını, əhalinin evlərini və istehsal müəssisələrini, kəndlərdə tarlaları, ormanları və otlaq sahələrini yandırmışlar. Bu da öz növbəsində Güney Azərbaycanda əhalinin dözülməz şəraitdə yaşamasına səbəb olmuşdur. Güney Azərbaycanın Sulduz, Marağa, Miyandab, Binab, Əcəbşir və başqa bölgələrində indinin özündə belə, kürdlərin silahlandırılaraq "kürd-türk sorunu"nun gündəmə gəlməsi siyasəti davam etdirilir. Bu dəfə Tehran üzərindən aparılan bu siyasətin uzantılarının səbəblərini son illərdə mərkəzi Sulduz şəhəri olmaqla Urmu vilayətində baş verən və güclənməkdə olan Güney Azərbaycan Milli Hərəkatıdır. İndi Güney Azərbaycanın əsas milli mübarizə mərkəzi Sulduz şəhəri hesab olunur. Sulduz və çevrədəki şəhərlərin əhalisi bölgənin süni şəkildə kürdləşməsinin qarşısını almaq üçün bir tərəfdən kürd silahlılarına, digər yandan isə Tehran rejiminə qarşı səfərbər olunmuşlar. Bu da Güney Azərbaycanın digər bölgələri üçün böyük bir örnəyə çevrilmişdir. Sulduzun Güney Azərbaycan Milli Hərəkatında yeri Qarabağda erməni separatizminə qarşı savaş başlayan dönəmdə sulduzlu Rəhim Məhəmmədinin liderliyində digər könüllülər gərəkən yardım və dəstəyi etdilər. Bununla yanaşı, Sulduzda "Bilimyurd öyrənci Hərəkatı" (universitet tələbələri) başlanıldı. Bu hərəkatın əsas məqsədi hələ 1945-ci ildə kürdlər üçün yaradılmış "Mahabad Cümhuriyyəti" və onun lideri Məhəmməd Qazi dağlıq bölgədə heç bir uğura imza ata bilməyəcəklərini görərək Güney Azərbaycanın başda Sulduz şəhəri olmaqla bir sıra ərazilərinə qarşı iddia irəli sürmüşdü. Azərbaycan Milli Hökumətinin lideri Seyid Cəfər Pişəvəri isə ona cavab olaraq demişdi: "Yerinizdə oturun, yoxsa Soyuqbulağın da torpaqlarını Təbrizə qatarıq". Onu da qeyd etmək lazımdır ki, Qazi Məhəmmədin kürd hökuməti Azərbaycan Milli Hökumətindən çox qorxurdu. Aradan 67 il ötsə də, Güney Azərbaycana məxsus torpaqların sayəsində "Kürdüstan" dövlətinin qurulması iddiası hələ də davam edir. "Kürdüstan Demokrat Partiyası"nın katibi Mustafa Hicri və PEJAK kürd təşkilatının qurucusu Əhmədi Sulduz şəhərinin Qaraqəssab kəndində doğulmuşlar. Onlar Xana, üşnü və Soyuqbulaq şəhərlərinin tamamilə kürdləşməsi, bunun ardınca isə əsas strateji bölgə qismində Sulduz şəhərinin kürdlərin nəzarətinə keçməsi siyasətini ortaya qoymuşlar. Bölgənin Güney Azərbaycanın coğrafi və strateji baxımdan kürdlərin nəzarətinə keçməsi nəticəsində Urmu, Salmas, Qoşaçay, Marağa və Binab şəhərlərinin durumu daha ağır təhlükəyə məruz qala bilər. Bu hədəfləri qiddətdə saxlayan Sulduz əhalisi daim kürdlərə qarşı milli siyasətə köklənmiş mübarizə aparırlar. Son illər Sulduzda milli ədəbi və mədəni cəmiyyətlərin yaranması, muğam və aşıq sənətinin inkişaf etməsi, dr. Əkbər Səfiyəddin Urməyi, dr. Əli Daşqın, dr. Əkbər Büzürəmin, Aşıq Fərman Fərzi, Nəvid Musmir və digər milli aydınların sayəsində bölgədə milli məfkurə yüksəlişə doğru addım atmışdır. Bu proses həm də Sulduzda bir sıra ədəbi, milli və elmi dərgilərin də nəşri sayəsində böyük sürətlə inkişaf etdirildi. Hətta türk dilində tədris mərkəzləri belə yaradıldı. Güney Azərbaycanın digər bölgələrindən Sulduza gələrək burada elm adamları, şair və yazıçılar da mühazirələr oxuyurdular. Beləliklə, Güney Azərbaycan Milli Hərəkatının siyasi ağırlığı Sulduz şəhəri üzərində köklənmiş oldu. "Pəyami Sulduz" qəzeti isə bölgənin "kürdləşməsi" siyasətinə çox böyük və sarsıdıcı zərbələrin vurulmasına səbəb oldu. Qorxulu Tehranın məkri Sulduzda dərc edilən "Pəyami Sulduz" qəzetində ədəbi-mədəni və tarixi mövzularla yanaşı, ilk dəfə olaraq mollakratiya rejiminin siyasətinə zidd olaraq Seyid Cəfər Pişəvərinin başçısı olduğu Azərbaycan Milli Hökuməti haqqında silsilə yazılar oxuculara təqdim olunudu. Bu da öz növbəsində xalqa böyük bir cəsarət vermiş oldu. Daha sonra isə qondarma "Kürdüstan-Mukriyan" siyasətinə qarşı sərt tənqidi təhlillər gündəmə gəldi. çünki Tehrandakı paniranist və fars şovinizminə söykənən strateji mərkəzlərin iddiasına görə, Güney Azərbaycanda Milli Hərəkatı boğmaq üçün Urmu vilayətinin tədricən "kürdləşdirilməsi" ən doğru olan siyasət olaraq qəbul edilir. Bu yöndə tamamilə saxta iddialarla dolu olan və Tehranda dərc edilən "Tarixe Mahabad" əsəri bütün kürdlər üçün "Böyük Kürdüstan" yaradılması məqsədilə onların Urmu vilayətində, xüsusilə Sulduz şəhərində məskunlaşaraq saylarının sürətli şəkildə artırılması bir şərt olaraq irəli sürülmüşdür. Tehran rejiminin hədəflərindən biri də kürdlər üçün "Mukriyan vilayəti"nin yaradılması ilə bölgədə kürdlərə və Azərbaycan türklərinə məxsus qarışıq bir bölgənin yaradılması tipli addımlar atılmasıdır. Güney Azərbaycanın Soyuqbulaq (indi Mahabad adlanır) Xana (Piranşəhr), Sərdəşt, üçnü, Sulduz (Nəğədey), Qoşaçay (Miandab), Tikantəpə (Tikab), Sayınqala (Şahindej) bə Bəykənd (Bokan) şəhərlərinin yeni vilayətə birləşdirilməsi üçün hazırlıqlar görülməkdədir. Bunun ardınca həmin bölgələrin kürdlərin idarəçiliyi altında olması siyasətinin rəsmiləşdirilməsi gözlənilir. Tehranın hədəfində olan bu siyasət artıq Norveç və Hollandiyadakı kürdlərə məxsus qatı antitürk mərkəzlər tərəfindən fəal şəkildə müdafiə olunur. Hətta Güney Azərbaycanın bu əzəli bölgələri süni şəkildə cizilən "Kürdüstan" xəritəsinə daxil edilmişdir. Urmu vilayəti ayaqda Sulduz şəhərində 2005-ci ildən başlanılan Milli Hərəkatın dalğası 30 ildir Urmu vilayətində bir tərəfdən Rusiya, digər yandan Qərb dövlətləri tərəfindən dəstəklənən, eləcə də Tehran rejiminin də görmək istədiyi süni "Kürdüstan projesi"nə qarşı çox böyük və sarsıdıcı zərbələr vurmuşdur. Sulduzda hər il Milli Hərəkatın şəhidlərinin anım mitinqlərinin baş verməsi, Güney Azərbaycanın bütün bölgələrindən anım törənlərinə on minlərlə Milli Hərəkata bağlı insanların qatılması bu prosesə möhtəşəmlik gətirmişdir. çox təəssüflər olsun ki, Sulduzda baş verən bu proseslər, Milli Hərəkatın izləri ciddi şəkildə təhlil olunmamışdır. Əslində Sulduz şəhəri bir tərəfdən Güney Azərbaycan Milli Hərəkatının mərkəzi statusunda çıxış edir, digər tərəfdən isə süni Kürdüstan siyasətinin darmadağın edilməsi üçün Azərbaycan türklərinin səfərbər olunması istiqamətində əsl mübarizə məktəbinə çevrilmişdir. Urmu vilayətinin müxtəlif şəhərlərində və kəndlərində məskunlaşan kürdlər açıq şəkildə "Kürdüstan Demokrat Partiyası" və "PEJAK" tipli terroru dəstəkləməsi siyasətinə qarşı bölgə insanları təkbaşına mübarizə aparırlar. Tehran rejimi isə Azərbaycan türklərinə məxsus ictimai qurumların fəaliyyətini, qəzet və dərgilərin nəşrini yasaq etmişdir. "Bilim Yolu", "çənlibel", "öyrənci Hərəkatı", "Azərbaycan Şeir Dərnəyi", "Səfiəddin ürməvi Qrupu", "Sulduz Şeir və Ədəbiyyat Dərnəyi", "Türk dilində təhsil mərkəzləri" adı altında fəaliyyət göstərən mədəni mərkəzlər, "Batı Azərbaycan", "Pəyami-Sulduz" qəzetlərinin, "çənlibel" adlı öyrənci dərgisinin dərc olunması yasaq edilmişdir. Bunun qarşılığında isə kürdlərə məxsus xeyli sayda ictimai qurumların yaradılması üçün geniş imkanlar yaradılmışdır. Hətta antitürk nifrinlər yağdıran "Tarixe-Mahabad" adlı kitabın vilayətdə yaşayan kürdlər arasında yayılmasına Tehran rejimi dəstək verdiyini belə gizlətmir. ötən həftə İranda keçirilən parlament seçkiləri zamanı Urmu vilayətindən ilk dəfə olaraq 5 nəfər kürd və 7 nəfər isə Azərbaycan türkü deputat seçilmişdir. Halbuki vilayətdə kürdlərin sayı 12 faizdən yuxarı deyil. Bu siyasəti həyata keçirmək üçün sepah, ettelat və şurayi nigəhban tipli dövlətin strateji təsisatları seçkiləri tam nəzarətə almışdı. Sulduzda gələnəyə çevrilmiş "kürd çıxmasın, kim çıxır-çıxsın" deyiminin kütləviləşməsinə baxmayaraq, kürdlər isə "çöp olsun, kürd olsun" ümidi ilə Tehran rejimi tərəfindən onlara dəstək veriləcəyinə inamlı idilər. Hal-hazırda vilayətdə Urmu Gölü ilə bağlı ekoloji fəlakətin böhranlar, ana dilində təhsil almaq və kürd sorunu Tehran rejimi nə qədər körüklsə də, Güney Azərbaycan Milli Hərəkatı da bir o qədər aktiv olmağa çalışır. Tehranın qatı antitürk, paniranist və fars şovinizminə söykəmli xəyanətinin astar üzü tədricən ifşa olunmaqdadır. Bunu dərk edənlərin sayı isə indi fərdi şəkildə deyil, ictimaiyyət tərəfindən geniş şəkildə dərk olunmaqdadır. Ənvər BöRüSOY,ekspert Geri dön |