Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Axıska türklərini yurdlarından didərgin salan tarixi sənəd - Lavrenti Beriyanın “tam məxfi” qrifli əmri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Axıska türklərini yurdlarından didərgin salan tarixi sənəd - Lavrenti Beriyanın “tam məxfi” qrifli əmri

Axıska türklərini yurdlarından didərgin salan tarixi sənəd - Lavrenti Beriyanın “tam məxfi” qrifli əmri


Hər şey bu kağız parçasının imzalanmasından sonra başladı. Axıska türkləri ata yurdlarından didərgin salınaraq ucsuz-bucaqsız Türküstan çöllərinə sürgün edildilər. O illərdə neçə ocaqlar söndü, neçə-neçə ailələr darmadağın oldu. Hələ, soyuq havalarda yük vaqonlarında olmazın müsibət və bəlalarla üzləşənləri demirəm… Adını da qoydular ki, dövlət sərhədinin təhlükəsizliyi üçün bu addımı atırlar.

Aradan illər keçdi, o insanları yurdlarından qovan SSRİ dağıldı, ancaq hələ də onları öz yurdlarına qaytarmaq istəmirlər. Gürcüstan dövləti buna söz versə də, görünən odur ki, hələlik sözünü tutmaq niyyətində deyil...

Enter.News Axıska türklərinin köçürülməsi ilə bağlı SSRİ Xalq Daxili İşlər Komissarı Lavrenti Beriyanın 1944-cü il 20 sentyabr tarixli “tam məxfi” qrifli məktubunu təqdim edir. Qeyd edək ki, məktubu “Bizim Ahıska” dərgisindən əldə etmişik:

SSRİ Xalq Daxili İşlər Komissarının sürgün əmri

Tam məxfi

Gürcüstan SSR sərhəd zolağında yerləşən Axıska, Adigön, Aspinza, Axılkələk və Baqdanovka mahallarından türk, kürd və həmşinlilərin çıxarılmasına dair Dövlət Müdafiə Komitəsinin 6279 saylı qərarının yerinə yetirilməsi üçün əmr edirəm:

1. Köçürülənlər ilə əlaqədar hazırlıq tədbirləri və faktiki əməliyyatlar üçün

a. Axıska (Axıska mahalı daxilində),

b. Adigön (Adigön mahalı daxilində),

c. Aspinza (Aspinza mahalı daxilində) və

d. Axılkələk (Axılkələk və Baqdanovka mahalları daxilində) dörd əməliyyat məntəqəsi qurulsun.

3. Məntəqənin komandir və köməkçiləri dərhal işlərinə başlasınlar. Hazırlıq tədbirləri üçün Gürcüstan SSR Xalq Dövlət Təhlükəsizlik Komissarı Yoldaş Rapava və Gürcüstan SSR Xalq Daxili İşlər Komissarı Yoldaş Karanadze əməliyyat komandirlərinin əmrinə, Xalq Daxili İşlər Komissarlığı ilə Xalq Dövlət Təhlükəsizlik Komissarlığına bölgədəki şərtləri və vəziyyəti yaxşı bilən 50 nəfər köməkçi versinlər.

4. Əməliyyat 15-25 noyabr tarixlərində 10 gün içində həyata keçirilsin.

5. Köçürülmə əməliyyatı vaxtı həm yerlərdə, həm də dövlət sərhədində təhlükəsizliyi təmin etmək məqsədilə Xalq Daxili İşlər Komissarlığına tabe olan aşağıdakı birlik və alaylar vəzifələndirilsin. 40., 281. 1; 266.-1, 3. Qırmızı bayraq nişanlı bölüklə, 8-ci və 2-ci alaylar, eyni komissarlığa tabe olan Moskva dviziyasının 1 və 2-ci özəl bilrikləri, Ali Hərbi Məktəbi, Moskva Texniki Hərb məktəbi, Xalq Daxili İşlər Komissarlığının birlikləri Saratov, Orcanakidze, Leninqrad və Xarkov məktəbləri, Siyasi Hərbi məktəb və özəl kurs müdavimləri – cəmi 20 min nəfər.

6. SSRİ Xalq Daxili İşlər Komissarının vəkili general-leytenant Apollonov, sərhəd təhlüksizliyini təmin edəcək birliklərin oktyabrın 1-ə qədər bölgəyə göndərilməsini və eyni zamanda digər birliklərin də 25 oktyabr-1 noyabr tarixlərində bölgəyə gəlməsini təmin etsin.

7. SSRİ Xalq Daxili İşlər Komissarı Vəkili, Dövlət Təhlükəsizliyi 2-ci dərəcəli Komissarı Yoldaş Çernışev, Qızıl Ordunun rəhbəri ordu generalı Krulovla bəraəbr aidiyyatı hissələrə, sürücülərlə bilrikdə lazım olan miqdarda yanacağı təmin edə bilmək üçün 900 ədət Studabaker markalı hərbi maşın göndərilməsini və xüsusi hazırlanmış qatarların vaxtında göndərilməsinə nəzarət etsin.

L.Beriya SSRİ Xalq Daxili İşlər Komissarı, Dövlət Təhlükəsizlik Komitəsi sədri

Qeyd: Köçürülmə əməliyyatdan öncə orada səlahiyyət sahibi olan şəxslər kəndlərin ətrafında postların doğru qurulub-qurulmadığını yoxladıqdan sonra kənddə olan ağsaqalları bir yerə toplayaraq Gürcüstan SSR-nin dövlət sərhədində təhlükəsizliyi qorumaq məqsədilə dövlətin qərarına uyğun olaraq Orta Asiyanın güney bölgəsinə köçürüləcəklərini onlara elan edəcəkdir.

20 sentyabr 1944 Moskova

(Rusya Federasiyası Dövlət Arxivi (GARF), F.R.-9401. Liste 2, Dosya 3, Səh. 764-767.)

Təqdim etdi: Rəşad Sahil

Geri dön