Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Avropada birinci olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan Avropada birinci olub

Azərbaycan Avropada birinci olub


Ötən il qitədə hərbi xərclərin ən böyük artımı rəsmi Bakıda qeydə alınıb

Ötən il dünyada hərbi sahəyə 1 trilyon 738 milyard ABŞ dolları həcmində vəsait xərclənib. Bu barədə mərkəzi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SİPRİ) açıqladığı hesabatda bildirilib. İnstitutun hesablamalarına görə, ABŞ və Qərbi Avropada dövlətlərin üzləşdiyi maliyyə problemləri ilə əlaqədar olaraq hərbi xərclərini azaltmaları dünyada hərbi xərclərin artım tempini azaldıb. Ötən il ABŞ-ın hərbi xərcləri 711 milyard dollar olub. Hərbi xərclərini sürətlə artıran Çin ötən il silahlanmaya 143, Rusiya isə 71,9 milyard dollar vəsait xərcləyib.

Regionlar üzrə hesabatlarda qeyd olunub ki, Liviya münaqişəsi ilə əlaqədar olar Afrika regionunda xərclər 8,6% artıb. Bu çərçivədə ən çox artım Zimbabvedə (50%) və Əlcəzairdə (44%) olub.
Amerika regionu üzrə hərbi xərclərdə 1,4% azalma baş verib və müdafiəyə ayrılan ümumi xərclər 809 milyard dollar təşkil edib. Amerika regionunda ən çox artım Paraqvay (34%) və Çilidə (12%) olub.
Asiya və Okeaniya regionu üzrə hərbi xərclər 2,4% artaraq 364 milyard dollar təşkil edib. Bu region üzrə ötən il ən yüksək artım Əfqanıstanda (36%) və İndoneziyada (12%) və Qazaxıstanda (9,7%) olub. Asiya regionu üzrə Mərkəzi və Cənubi Asiya üzrə hərbi sahəyə ayrılan vəsaitin həcmi 32,7% azalıb. Şərqi Asiya üzrə isə 4,1% artıb.
Avropa regionu üzrə müdafiə xərcləri 0,2% artaraq 406 milyard dollar təşkil edib. Şərqi Avropa ölkələrinin hərbi sahəyə ayırdığı vəsaitlərin ümumi həcmi 10,2% artıb, Qərbi və Mərkəzi Avropada isə 1,9% azalıb. Avropa regionu üzrə ən böyük artım 89 faizlə Azərbaycanda olub. Hesabatda Azərbaycanın hərbi xərclərinin sürətli artımı Ermənistanla Dağlıq Qarabağ ətrafında yaranmış münaqişə ilə əlaqələndirilib. Gürcüstanın hərbi xərcləri isə ötən il 18% azalıb.
Ötən il Yaxın Şərq ölkələri silahlanma xərclərini 4,6% artıraraq 123 milyard dollara çatdırıb. Bu region üzrə ən böyük artım İraqda (55%) qeydə alınıb.

Geri dön