Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanın ilk təyyarəçisi pəhləvi rejimini təlatümə salmışdı
Güney Azərbaycanın ilk təyyarəçisi pəhləvi rejimini təlatümə salmışdı |
Bir neçə gün bundan əvvəl Təbrizin hava limanının üç yol ayrıcında Məhəmməd Tağı Pisyanın heykəlindən pərdə götürülmüşdü. Onun heykəlinin kənarında səkkiz metr uzunu və altı metr eni olan bir təyyarə yerləşdirilmişdir. Bu vasitə ilə Təbriz xalqı Azərbaycanın birinci təyyarəçisi olmuş M.T. Pisyanı dəyərləndirmişdir.
M.T. Pisyan günəş ilinin 1270 - ci ilində Təbrizdə anadan olmuşdur. O, 15 yaşına kimi Təbrizin loğmaniyə məktəbində təhsil alıb və xarici dilləri öyrənməyə cəhd etmişdir. 15 yaşında hərbi məktəbə daxil olmuşdu. Təqribən 21 yaşında hərbi məktəbdə müəllim və mütərcim kimi çalışmışdı. Sonra ona Həmədanın yollarında təhlükəsizliyə nəzarət işi tapşırılır. O, bu işdə nailiyyət qazandığı üçün rütbəsi artırılır və Hərbi Nazirlik tərəfindən Qızıl Medala layiq görülür. Birinci dünya müharibəsi başlanandan sonra, günəş ilinin 1294 - cü ilində Həmədanda olan rusların üzərinə hücum çəkir, onları məğlubiyyətə uğradıb, Həmədanı azad edir və rusların da silahın zəbt edərək mənimsəyir. Bu həmlə bais olur, o, dünya səviyyəsində bir hərbi general kimi çox şöhrət tapır. Nəhayət ki, Almaniyanın məşhur geniralı Hindinburq onu dəvət edir ki, Almaniyaya gəlsin. O, bu dəvəti qəbul edib, Almaniyaya gedir. Orada yaşadığı zaman hərbi hava qüvvələrində təlimat aparıb 33 uçuşdan sonra tarixdə öz adın Azərbaycanın və İranın birinci təyyarəçisi kimi həkk etdirir. Birinci dünya müharibəsi qurtarandan sonra, o, İrana qayıdır və Xorasan vilayətində jandarmların baş komandanı seçilir. Rza şahın hərbi çevrilişindən 5 il sonra, M.T.Pisyan Xorasanın idarəsin öz öhdəsinə alır, Xorasanda cümhuriyyət elan elan etmək və İranda bütövlüklə cümhuriyyət yaratmaq istəyirdi. Pisyanın Xorasan vilayətindəki çox dəyərli işlərinə görə, millət onu sevirdi. Misal üçün, o, vergi sistemi yaradır, izinsiz silahları yığır, xalqın şikayətinə yetişmək üçün Ədalət Komitəsi yaradır, narkotika ilə mübarizə üçün müəyyən bir komitə yaradır, moderin formada buğda anbarı bərpa edir, dövlət məktəbi, bank yaradır. Və onlarla belə xalqa və dövlətə gərək olan reformalar aparır. M. T. Pisyanın şöhrəti Rza şahı çox qorxudurdu. Çünki, o, həm hərbiçi geniral və həm də ali təhsili var idi, bəzi xarici dilləri bilirdi, o cümlədən alman və ingilis dillərində yaxşı danışırdı. Nəhayət ki, mərkəzi hökümətin silahlı qüvvələri Qoçanın kürdləri ilə birlikdə Xorasana tərəf yola düşürlər. Nəhayət, Qoçanın təpələrində Pisyanın hərbi qüvvələri məğlub olur və onun özü yaralanır. Düşmənin əlinə diri düşməmək üçün son gülləni öz ürəyinə vurur. Amma Qoçan kürdləri onun ölüsünü təhqir etmək üçün meyidin başın kəsirlər. Onun ölüsü Məşhədə gətirilib, Xorasanlılar tərəfindən çox təntənə ilə Nadir şahın məzarının yanında dəfn olunur. Beş ilə kimi hər il onun ildönümü Xorasan və Azərbaycan vilayətlərində möhtəşəm şəkildə keçirilir. Elə bu məsələ İranın irqçi rejimin qorxudub, rejimin dəsturu ilə Məhəmməd Tağı Pisyanın qəbri açılır, cesədi ordan çıxarılıb, ümumi qəbiristanlığa köçürülür. Bundan sonra ona rəsmi halda yas mərasimi keçirilməsi qadağan olunur. Amma Müsəddiq İranda baş nazir seçiləndə Azərbaycanlıların, xüsusən Xorasan türklərinin istəyinə təslim olub və yenidən onun cəsədin Nadir şahın məqbərəsinə köçürürlər. Bəziləri deyirlər ki, Məhəmməd Tağı Pisyanın son savaşı Qoçan təpələrində yox, əslində məzarının təzədən Nadir şah məqbərəsinə köçürüləndə oldu. Onun cəsədinin yenidən ora gətirilməsi ilə pəhləvi rejimi dala oturdu. Babək Azər Geri dön |