Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır

Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır


Azərbaycanın şirin su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Bunu martın 15-də Bakıda keçirilən “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

O bildirib ki, "Aşağı axın" ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənilmir. Şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur.

Q.Hüseynovun sözlərinə görə, Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiya ilə ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır.

Qeyd edək ki, Su Həftəsində 40-dək ölkədən Azərbaycana gələn dövlət və özəl qurumları, elmi mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Elmi-praktik konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Geri dön