Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > AZAL-ın vitse-prezidenti: "2018-ci ilin planlarında Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var"
AZAL-ın vitse-prezidenti: "2018-ci ilin planlarında Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var" |
"2017-ci ilin əvvəlindən "Vnukovo" hava limanında Bakıya təxminən 70 min sərnişin daşınıb".
Bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında AZALJET vasitəsilə Moskva - Gəncə və Moskva - Qəbələ reyslərinin açılışına həsr olunmuş mətbuat konfransında deyib. "Yeni uçuşlar bu rəqəmi artıracaq. Ümumilikdə Heydər Əliyev Beynəlxalq Hava Limanı ildə təxminən 3 milyon sərnişin qəbul edir. Aeroportun illik sərnişin tutumu 9 milyon nəfərlikdir", - deyə E.Hacıyev bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin hava limanında sərnişin daşımalarının həcmi ötən illə müqayisədə 34% artıb, AZAL şirkətinin bu baxımdan göstəricisində isə 28%-lik artım müşahidə olunub. "AZALJET Gəncə - Sankt-Peterburq reysini uğurla həyata keçirir. 2018-ci ilin planlarında isə Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılması var", - aviaşirkətinin vitse-prezidenti vurğulayıb. Geri dön |