Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Səid Ünsizadənin(1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi-"Təlimül ətfal,təhzibül- əxlaq ". Tiflis.1882."Ziya" mətbəəsi
Səid Ünsizadənin(1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi-"Təlimül ətfal,təhzibül- əxlaq ". Tiflis.1882."Ziya" mətbəəsi |
Uşaqların təlimi və əxlaq tərbiyəsinə aid bu dərsliyin maraqlı yaranma tarixi var.
Türk dünyası ilə böyük ictimai-siyasi, elmi-ədəbi və dostluq əlaqələri olan Zaqafqaziya Əhli- Təsənni İdarəsinin üzvü ,1879-1884-cü illərdə Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziya” (bir müddətdən sonra “Ziyayi-Qafqasiyyə” adlandırılmışdır ) qəzetinin sahibi-imtiyazı və mühərriri Hacı Səid Əfəndi Ünsizadə (1825-1905 ) məktəb və maarif məsələlərinə hələ ilk gənclik illərindən ciddi maraq göstərmişdir. Şamaxıda qazı işləyərkən Bakı qubernatoru ilə səmimi dostluq münasibətlərindən istifadə edərək , 1874 -cü ildə o, burada- Şamaxıda “Məclis məktəbi” adı ilə ibtidai məktəb açmış, uşaqlara dərs demək üçün Şamaxı şəhərinin ən məşhur müəllimlərini yeni təhsil ocağında işləməyə dəvət etmişdir. Onlardan ikisi–şair Seyid Əzim Şirvani və sonralar “Kəşkül” qəzetinin (1883-1891-ci il) redaktoru və əsas mühərriri olan Cəlal Ünsizadə (Səid Əfəndinin ortancıl qardaşı) bu məktəbdə işləyərkən Şərq və Qərb alim və pedaqoqlarının dərsliklərinin, eləcə də özlərinin keçdikləri dərslərin materialları əsasında sanballı dərslik yazmışlar. Bu dərsliklərdən uzun müddət əlyazma və çap variantları şəklində məktəb və mədrəsələrdə şagird və tələbələrin əsas təlim kitabları kimi istifadə olunmuşdur. 1870-ci illərin sonlarında Tiflisə Zaqafqaziya Əhli -Təsənni İdarəsinə dini idarələrin işini yoxlamaq üçün Şamaxıdan Bakıya ezamiyyətə göndərilən S.Ünsizadə tapşırılan işi uğurla yerinə yetirir. Bu xidmtlərinə görə onu mühüm işləri yerinə yetirmək üçün Tislisdə saxlayırlar. Səid Ünsizadə Zaqafqaziya Əhli-Təsənni İdarəsində çalışsa da,uzun müddət vəzifə borscunu ictimai əsalarla yerinə yetirir.Bir müddətdən sonra onu Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsinə təsdiq edirlər S.Ünsizadə tutduğu vəzifə çərçivəsində ona tapşırılan bütün işləri məktəb və maarifin inkişafına, yeni məktəb və mədrəsələrin açılmasına yönəldir, . Səid Ünsizadə Qafqazı kəndbəkənd gəzir,yerlərdə təhsilə göstərilən işlərlə maraqlanır, bu yolda bir sıra layihələr üzərində işləyir, onları reallaşdırmaq üçün inadığı ,qələminə və ağlına güvəndiyi ziyalıları öz ətrafına toplayırdı. Onun bu istiqamətdəki ilk işi Tiflisdə- xristian şəhərində Azərbaycan dilində daş basmaxanası (litoqrafiya ) açmaq oldu. Səid Əfəndi bir müddətdən sonra “Ziya” adlı qəzetin nəşrinə icazə alır. “Ziya” nın ilk nömrəsi 1879-cu ilin yanvar ayında (islami təqvimlə səfər ayının 16-da) çıxır. “Ziya” qəzeti S.Ünsizadənin öz litoqrafiyasında litoqrafiya üsulu ilə çap edilir. Bu prosec bir ildən artıq davam edir. Litoqrafiya üsulu ilə çıxan qəzet , müxtəlif nəşr materialları oxucuları qane etmədiyi üçün Səid Ünsizadə mətbəə yaratmaq qərarına gəlir. Bir neçə yaxın qohumunu mətbəə işini öyrənməkdən ötrü İstanbula göndərir. S.Ünsizadə çap avadanlıqlarını da Türkiyədən alır. Lakin narın və rizə hərflər və hərf birləşmələri oxucuların xoşuna gəlmir; S.Ünsizadə yenidən Türkiyəyə üz tutur, mətbəsinin bir sıra avadanlığı dəyişdirir. “Ziya” mətbəsinin gücü artandan sonra burada kitab çapı üçün geniş imkanlar yaranır, ölkənin türkdilli regionlarından, Zaqafqaziya və Rusiya müsəlmanlarından sifarişlər alınır, mətbəədə lazımi və yararlı kitabların çapı sürətləndirilir. Belə kitablardan biri də Səid Ünsizadənin özünün “Təlümül-ətfal,təhzibül -əxlaq” adlı 128 səhifəlik dərsliyidir. Kitabın hər səhifəsində 18 sətir var.Burada bir sıra durğu işarələrindən, mötərizə və ulduzlardan istifadə edilmiş, yeni fikir və fərqləndirilməsi lazım bilinən cümlələr yeni abzasdan yazılmışdr.Əsər ciddi təchih olunmuş,redaktə işi yaxşı aparılmışdır. Söz yox ki, bütün bu işlər Ünsizadə qardaşlarının əlbir fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir; Cəlal Ünsizadə hələ (öz şəxsi mətbu orqanını açanadək) qardaşı Səid əfəndi ilə bir yerdə işləyir, mühərrirlik işinin çoxunun ağırlıq və məsuliyyəti məhz onun üzərinə düşürdü. Əsərin ” təb və təhririnin tamam olmağı Qafqazın Baş Rəisi knyaz Dondukov-Qarsaqofun( burada dərsliyin orfoqrafiyasını məqsədəyönlü şəkildə eynilə saxlayırıq-N.N.) öz məhl-məmuriyyəti olan Tiflis şəhərinə təşrif-fərma olan günə təsadüf etdiyi üçün” maddeyi- tarix kimi “Qafqaz(288) Baş(303) Rəisi(281) qnyaz (168) Donduqofa(255) Qarsaqofa (553) “hədiyyə (34)” sözlərindən istifadə edilmişdir ki, bu da 1882 -ci ilə uyğun gəlir. Əsərin ikinci səhifəsində yazılma tarixi dəqiqliklə verilmişdir: fİ 6 mah yanvar 1882 (fi 27 mah səfər 1299). Əslində dərsliyin materiallarının müəyyən hissəsi müəllifin “Ziya” qəzetində çap etdirdiyi bəzi məqalələrin məzmununu yada salır,xatırladır,müəllifin bu əsər üzərində 1870 -ci ilin sonlarından işlədiyi məlum olur. Dərsliyin sonunda -128-ci səhifədə onun çapına 15 mart 1882-ci ildə senzor tərəfindən icazə verildiyi göstərilir.Belə çıxır ki, əsər çox ciddi yoxlamadan keçmiş, ziyanlı olmadığı müəyyənləşdirildikdən sonra onun nəşrinə başlanmışdır. Oxucuları intizardan qurtarmaqdan ötrü kitabın bəzi yarımbaşlıqlarının adlarını sadalayırıq: ”Ana”,”Ata”,”Qardaşlıq laziməsi”,”Bir bülbülün qarışa ilə olan hekayəsi”, “Çalışmaq”, “Bal arısı ilə eşşək arısı hekayəsi”, “Meyvəli ağaclar ilə meyvəsiz ağaclar”, “Hər taifənin dilini və yazısını bilmək”, “Təlim və tərbiyə”,”Məktəbə getmək və oxumaq”… Başlıqlardan göründüyü kimi , müəllif uşaqları elmə,maarifə səsləyir,onları həyatda faydalı işlər görməyə çağırır. Əsərin müqəddəmədən sonrakı ilk hekayəsinin ana haqqında olması təsadüfi deyil; Səid Ünsizadə uşaqların tərbiyəsində ananın rolunu çox yüksək qiymətləndirir, uşaqları anaların zəhmətinə qiymət verməyə istiqamətləndirir: “Ay uşaqlar, görürük ki, mehriban və mərhəmətli olan analar nə qədər zəhmət və məşəqqətlər ilə övladlarını doğandan sonra yenə onların nə mərtəbədə zəhmətin çəkib əmizdirmək və bələmək və qucağında saxlamaq , paltarlarını yuyub isti və ya soyuqdan mühafizət etməkdən başqa, gecə və gündüz onların istirahətində öz istirahətini tərk edib ,uzun gecələr yuxusuz qalırlar”.. Dərslik müəllifi uşaqların sağlam böyümələri üçün çox vacib məsələlərdən də söz açır, onlara geyim və düzgün qidalanma mədəniyyətini ümdə məsələlərini başa salır. Dərslikdəki “Yemək və içmək barəsində”, “Su”,”Hava”,”Qəm və kədər”,”Dövlət və millətə xidmət” kimi öyrədici materiallar məktəb yaşlı uşaqların təlim və tərbiyəsində önəmli əhəmiyyət daşıyır **** Səid Ünsizadənin digər dərslik,risalə və tərcümələri haqqında l haqqında digər yazılarımızda söz açacağıq. Nazim Nəsrəddinov Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü, AVROPA AZƏRBAYCAN MƏKTƏBİNİNİN sabiq kafedra müdiri və müəllimi, türkoloq. Bakı, 11.03.2017. Geri dön |