Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Artur Rasi-zadə “Sumqayıt Bulvar” MMC-nin yaradılması haqqında qərar imzalayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Artur Rasi-zadə “Sumqayıt Bulvar” MMC-nin yaradılması haqqında qərar imzalayıb

Artur Rasi-zadə “Sumqayıt Bulvar” MMC-nin yaradılması haqqında qərar imzalayıb


Sumqayıt şəhərindəki Dənizkənarı Bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.
Qərara əsasən, “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə aparatının işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.
“Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə cari il üzrə saxlanılması üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsinin ehtiyat fondundan üç yüz min manat vəsait ayrılacaq.

Geri dön