Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin inşasına xərclənəcək vəsaitin həcmi bu il 400 mln. dollara çatacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin inşasına xərclənəcək vəsaitin həcmi bu il 400 mln. dollara çatacaq

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin inşasına xərclənəcək vəsaitin həcmi bu il 400 mln. dollara çatacaq


Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin Gürcüstan hissəsinin inşasına bu ilin sonuna kimi xərclənəcək vəsaitin həcminin 400 mln. dollara çatacağı gözlənilir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin baş mühəndisi Qurban Nəzərov bildirib.

Onun sözlərinə görə, indiyədək BTQ layihəsinin Gürcüstan hissəsinin inşasına 250 mln. dollar xərclənib.

Q.Nəzərov qeyd edib ki, 2012-ci ilin sonunadək testləşdirmə məqsədilə BTQ xətti üzrə ilk dəmir yolu qatarının göndərilməsi planlaşdırılır: “İndiyədək bu layihə üzrə Gürcüstan və Türkiyə ərazisində işlərin 60%-i görülüb”.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Geri dön