Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Qaradağda tikiləcək polietilen zavodunda “UNIPOL PE” texnologiyası tətbiq olunacaq
Qaradağda tikiləcək polietilen zavodunda “UNIPOL PE” texnologiyası tətbiq olunacaq |
SOCAR-ın Qaradağ rayonu ərazisində inşa edəcəyi qaz emalı və neft-kimya kompleksi (SOCAR-GPC) layihəsi üzrə tikiləcək polietilen zavodunda “Univation Technologies” şirkətinin lisenziyalı “UNIPOL PE” texnologiyasından istifadə ediləcək.
Bu layihə üzrə Azərbaycanda ilk dəfə olaraq SOCAR tərəfindən “UNIPOL PE” texnologiyası tətbiq ediləcək. Qeyd edək ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən SOCAR GPC layihəsinin Çinin “İpək Yolu İqtisadi Kəməri” çərçivəsində maliyyələşdirilməsi planlaşdırılır. Layihə Azərbaycanda hasil edilən təbii qaz və qaz-kondensat xammalının emalını, C2+ fraksiyalarının polimerləşməsini, əldə olunan polietilen və propilen məhsullarının Qərbi Avropaya, Türkiyə və Çin kimi ölkələrə ixrac edilməsini nəzərdə tutur. Polietilen məhsulların ixracına 2022-ci ildə başlanılması proqnozlaşdırılır. Layihə çərçivəsində illik istehsal gücü 10 milyard kubmetr olan qaz emalı zavodu və qaz-kimya zavodunun (bu zavodların həmin seqmentlər üzrə dünyadakı ən böyük müəssisələrdən olması nəzərdə tutulur) inşa edilməsi, qaz-kimya zavodunun tərkibində fəaliyyət göstərəcək və istehsal gücü ildə 610 min ton olan qazla işləyən piroliz qurğusunun, istehsal gücü ildə 600 min ton olan polietilen qurğusunun, habelə Buten-1 və Hexen-1 qurğularının quraşdırılması, həmin zavod və qurğulara xidmət göstərmək üçün ümumzavod təsərrüfatı və yeni İstilik Enerji Mərkəzinin yaradılması planlaşdırılır. SOCAR GPC layihəsinin mühəndis-konstruktor və tikinti işlərinin dünyanın aparıcı lisenziarları tərəfindən hazırlanan layihələr əsasında Azərbaycan şirkətlərinin dəstəyi ilə mühəndislik, satınalma və tikinti layihələri sahəsində geniş təcrübəsi olan “HQC” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Geri dön |