Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı məhbus:İslam respublikası çoxdan devrilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İranlı məhbus:İslam respublikası çoxdan devrilib

İranlı məhbus:İslam respublikası çoxdan devrilib


2009-cu ildən həbsdə olan islahatçı İslam İnqilab Mücahidləri Təşkilatının rəhbərlərindən biri - Əbülfəzl Qədyani jurnalistlərə açıqlama verib. O, jurnalistlərlə Novruz bayramı münasibəti ilə qısa müddətə evə buraxılan zaman görüşüb.ƏHbülfəzl Qədyani deyib: “Təəssüflər olsun ki, vaxtilə bərqərar olunması üçün minlərlə şəhid, yaralı və qurban verdiyimiz, zindanlarda olmazın əzab-əziyyətə dözdüyümüz islam respublikası artıq çoxdan devrilib. İndi hakimiyyət qollarının müstəqilliyindən əsər-əlamət qalmayıb. Yuxarıdan təyin etmə sistemi sərbəst seçkinin yerinə oturduqdan sonra qanunverici orqan əmrə tabe edilib, icra hakimiyyəti müti olub. Məhkəmə orqanı isə əvvəldən müstəqil olmayıb, həmişə dini liderin nəzarəti altında fəaliyyət göstərib”.

Əbülfəzl Qədyani ölkənin dini lideri ayətullah Xamneyiyə yazdığı məktubdan danışıb: “Mən bu məktubu Xamneyini yaxşı işlərə təşviq etmək və pis işlərdən çəkindirmək məqsədi ilə yazmışam. Çünki Allahın rəsulu həzrət Məhəmmədin buyurduğu kimi, zülmkar sultanın yanında haqdan danışmaq ən böyük cihaddır. Cəmiyyətimizdəki insanların əksəriyyətinə sirr deyil ki, artıq bu gün ölkəni bürüyən fəsadların əksəriyyəti istər birbaşa, istərsə də dolayı yolla onunla bağlıdır və ondan qaynaqlanır. Hakimiyyət ondan bir büt yaradıb, oturdub qanunun başında. Onu qanundan üstün tutmaqla dinc narazıların rəhbəri tənqid etmək cəsarətini əllərindən alıblar. Biz isə hesab edirik ki, onun ətrafına çəkilən bu üzdəniraq yalançı, toxunulmaz hasar dağıdılmalıdır.

Xalq bilməlidir ki, Xamneyi ölkəni uçuruma sürükləyib. Ölkə iqtisadiyyatının, sənayesinin və mədəniyyətinin viran qoyulmasının əsas səbəbkarı məhz odur. Bu gün bütün nişanələr göstərir ki, o öz istibdadından əl çəkmək istəmir. Elə buna görə də biz həmin istibdada etiraz səsimizi qaldırmalıyıq. Heç cür qəbul etmək olmaz ki, bir nəfərə bu qədər səlahiyyət verilsin, sonra da həmin şəxs öz əməllərinə görə cavabdeh olmasın. Onun cavab verməli olduğu ən böyük şey öz səlahiyyətlərindən sui-istifadə etməsi, dini istibdadı ölkəyə hakim etməsidir. Onun hakim etdiyi istibdad ölkəyə çoxlu ziyan vurmaqla yanaşı islam dininə də böyük zərbə vurub. Daha doğrusu, o, hakimiyyətdə qalmaq üçün dini öz oyuncağına çevirib”.

Geri dön