Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan laçınlı köçkünlərin təzminatını ödəmək istəmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Ermənistan laçınlı köçkünlərin təzminatını ödəmək istəmir

Ermənistan laçınlı köçkünlərin təzminatını ödəmək istəmir


“Mart ayında bizim işimizə baxılmalı, Ermənistan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinə cavab verməli idi. Güman ki, Ermənistan tərəfi müxtəlif bəhanələrlə cavab verməkdən yayınacaq. Düşünürəm ki, Avropa İnsan Hüquqları Məhkəməsinə Ermənistanı cəzalandırmaq üçün rəqəmlər verilməlidir”.

Bunu açıqlamasında Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Avropa Məhkəməsində qaldırdıqları iddiadan danışarkən deyib.

F.Paşayev bildirib ki, onların işinə hər an baxıla bilər.

“Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərovla görüşdüm. Ermənistana verilən müddət bitib. Bundan sonra konkret kompensasiya ödənilməsi haqqında məhkəmənin qərarı olacaq. Amma bilinmir ki, bu nə vaxt olacaq. O barədə məlumatımız yoxdur.

Məhkəmə konkret rəqəmlər təyin etməlidir. Hələ ki, ödəniləcək kampensasiyanın məbləği bəlli deyil. Amma kampnesasiya mütləq ödənməlidir. Biz vəkillər vasitəsilə əlaqə saxlayırıq. Bizim işimizə hər an baxıla bilər. Saysız-hesabsız işlər var. Ləngimənin də səbəbi budur”

Qeyd edək ki, Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər.

İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.

Geri dön