Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib |
İtaliyanın Dövlət Şurası bazar ertəsi Trans Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline — TAP) tikintisinə icazə verib. Şura bununla İtaliyanın son həftələr bu ambisiyalı layihəyə qarşı çoxsaylı etiraz nümayişlərinin keçirildiyi Apuliya vilayətinin rəsmi etirazını rədd etmiş olub.
Dövlət Şurasının iclasının yekunları barədə məlumatında göstərilir ki, Melendunyo şəhəri və Apuliya vilayətləri rəhbərliklərinin TAP-ın təbiəti mühafizə qanunvericiliyinin mövcud normalarına uyğunluğuna ciddi şübhələrin ifadə olunduğu müraciətləri qəbul edilməyib. Dövlət Şurası bu qərarı ilə TAP-ın tikintisi zamanı ətraf mühitin mühafizəsi ilə bağlı bütün məsələləri əvvəlcədən təhlil edən və qaz borusunun İtaliya torpağına çıxmalı olan Meledunyo şəhərinin dənizkənarı zonasında yer seçimini təsdiq edən xüsusi komissiyanın gəldiyi qənaəti qəbul edib. Dövlət Şurasının idarəetmə sahəsində qanunvericiliyin qorunması ilə bağlı inzibati-hüquqi məsələlərə nəzarət edən qərarı yerli hakimiyyət orqanlarının mənfi rəyini nəzərə almamağa imkan verir və faktiki olaraq Azərbaycan qazını İtaliyaya aparmalı olan TAP-ın tikintisi üçün "yaşıl işıq" yandırır. Uzunluğu 520 km. olan TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Layihənin müəllifləri İsveçrənin "EGL", Norveçin "Statoil" və Almaniyanın "E.ON Ruhrgas" şirkətləridir. TAP Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans Anadolu qaz kəmərləri (TANAP) zəncirini davam etdirməklə "Cənub Qaz Dəhlizi"nin (CQD) bir hissəsi olmalıdır. TAP-ın nəzərdə tutulan gücü ötürmə qabiliyyətinin 20 mlrd. kubmetrə qədər artırılması mümkün olmaqla ildə 10 mlrd. kubmetr təşkil edir. İlkin mərhələdə CQD üçün əsas resurs qismində Azərbaycanın "Şahdəniz" yatağının ikinci işlənmə fazası çərçivəsində hasil ediləcək qaz nəzərdə tutulur. Geri dön |