Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tahir Əmiraslanov: “Televizyalardakı bəzi ifrat mətbəx verilişləri bağlanmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Tahir Əmiraslanov: “Televizyalardakı bəzi ifrat mətbəx verilişləri bağlanmalıdır”

Tahir Əmiraslanov: “Televizyalardakı bəzi ifrat mətbəx verilişləri bağlanmalıdır”


“Prezident İlham Əliyevin Nazirlər Kabinetindəki müşavirədə telekanallardakı mətbəx verilişlərini tənqid etməsi ciddi mesajdır.

Biz bundan nəticə çıxarmalıyıq”. Bu fikirləri açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bildirib. T.Əmiraslanov qeyd edib ki, televizyalardakı bəzi ifrat mətbəx verilişləri bağlanmalıdır:

“Hələ biz bir müddət öncə bildirmişdik ki, telekanalların mətbəx verilişlərinə qeyri-peşəkar aşpazlar çıxarılır. Amma mətbuat jurnalist həmkarlığı nümayiş etdirərək bizim tənqidlərimizi vermir. Ona görə də, prezident məcbur olub, özü həmin verilişlər barədə danışmalı olur. Bu, əslində prezidentin deyil, bizim işimiz olmalıdır. Ölkə başçısının sərəncamı ilə Milli Kulinariya Ensklopediyası hazırlanıb. Prezidentin milli mətbəximizə münasibəti olduqca həssasdır və bu sevindirici haldır. Ölkə başçısı həmçinin mesaj verdi ki, bizim evdar xanımlar telekanallarda dərs deyən aşpazlardan daha dadlı yeməklər bişirirlər”. – deyə, T.Əmraslanov əlavə edib.

Qeyd edək ki, ölkə başçısı mətbəx verilişlərinə hərdən-bir baxdığını deyib: «Bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir. Axı olmaz. Bu yeməkləri gündə yeyən insan xəstələnəcək”.

Oral MƏDƏNÇİ

Geri dön