Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər”
“Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər” |
2016-cı ilin 2-5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 4 günlük savaşın nəticəsi olaraq ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, düşmənin 320-dək döyüşçü öldürülmüş və 500-dən hərbçisi yaralanmışdı.
Təbii ki, o qanlı savaşda Azərbaycan Ordusu da itkisiz ötüşməmişdi.. Aprel hadisələrinin ildönümü ilə bağlı “Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu müsahibə verib. -Ötən ilin aprelində cəbhədə baş verən 4 günlük savaşın ildönümünə bir-iki gün qalıb. Aprel hadisələri zamanı nələri qazandıq və nələri itirdik? -2016-cı ilin aprelində 4 günlük savaş zamanı itkilərimizin olmasına rəğmən, Azərbaycan xeyli uğurlar əldə etdi. Uğurun birinci hissəsi ondan ibarətdir ki, 20 ildən çox müddət ərzində az da olsa, hər hansı yüksəkliyi geri qaytara bilməmişdik. Amma aprel hadisələri zamanı Lələtəpə adlanan yüksəkliyi geri qaytara bildik. Cəbaryıl rayonunun Cocuq Mərcanlı kəndi bizdə olsa da, Lələtəpə yüksəkliyinin geri qaytarılmasından sonra kəndə nəzarəti geri aldıq. Uğurun ikinci hissəsinə gəldikdə isə, bu, yüksəkliyin geri alınması və düşmənin itklərinin çox olmasından ibarətdir. Qarşı tərəf illərdir ki, guya, torpaqlarımızı geri qaytara bilməməyimizlə bağlı təbliğat aparırdı. Amma 2016-cı ilin aprel hadisələri sübut etdi ki, Azərbaycan istənilən vaxt ərazi bütövlüyünün bərpasına nail ola bilər. Yüksəkliyin geri alınması və Cocuq Mərcanlı kəndinə tam nəzarəti bərpa etməyimiz əhali arasında da ruh yüksəkliyi yaratdı. Bu baxımdan da həmin döyüşlərdə qazandıqlarımız Ermənistan ictimaiyyəti və siyasi arenasında ciddi müzakirələrə səbəb oldu. -Bildiyiniz kimi aprelin 2-si Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçki ərəfəsində Erənistanda gərginlik müşahidə olunmaqdadır. Müxalifət liderləri Azərbaycan və Dağlıq Qarabağla bağlı açıq fikirlər səsləndirirlər. Aprel hadisələrinin ildönümü ilə parlament seçkiləri eyni vaxta düşür... Aprel hadisələrinin təkrarlanması mümkündürmü? -Düzdür, seçki öncəsi müxalifətdə təmsil olunanlar Azərbaycan və Türkiyə ilə əbədi düşmən olmağın əleyhinə çıxışlar edirlər. Bu məsələ mərhələli şəkildə həll olunmalıdır. Dağlıq Qarabağ məsələsi yoluna qoyulmalıdır. Azərbaycan cəmiyyətində polemikanın başlanma səbəbi aprel hadisələri ilə bağlıdır. Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər. Çünki onların Qarabağla heç bir bağlılığı yoxdur. Ağdamda ölmək Ermənistan əsgərinə lazımdırmı?! Əlbəttə yox. Ötən ilin aprelində cəbhədə 4 günlük savaş zamanı Azərbaycan cəmiyyətinin bəzi ümidləri doğrulmadı. Guya böyük dövlətlərin sayəsində Qarabağ münaqişəsi mərhələli şəkildə yoluna qoyulacaq, Ermənistan öz istəyi ilə ətraf rayonları boşaldacaqdı. Bunlar baş vermədi. Nə Vyana, nə də Sank-Peterburq görüşləri istənilən nəticəni verdi. Böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq göstərmədi. Çünki Ermənistan hakimiyyətinin başında 20 ildir ki, separatçı qüvvələr dayanır. O baxımdan da aprel döyüşlərinin yenidən təkraralanması baş verə bilər. -Ermənistandakı parlament seçkiləri öncəsi eks-müdafiə naziri Seyran Ohanyan və keçmiş prezident Levon-Ter Petrosyan Qarabağ məsələsində Sarkisyan hakimiyyətinə əks qütbdə dayanıb. Bu, seçki öncəsi siyasi hiylədir, yoxsa, hakimiyyətdaxili gərginliyin olması? -Hal-hazırda Ermənistanda 2 klan arasında qızğın mübarizə gedir. Görüntü olaraq mübarizə üsulu guya, siyasi partiyalar arasındadır. Amma əslində söhbət iki klandan gedir: Qarabağ klanı və Ermənistan klanı. Ermənistan klanı Qarabağ hakimiyyətinin siyasətindən bezib. Qarabağ klanı Ermənistanı uçuruma aparır. Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistana heç nə vermir. Təbii ki, bunu Ermənistan klanı başa düşür. Qarabağ klanı Ermənistan klanını hakimiyyətdən uzaqlaşdırmağa çalışsa da bu, hələlik mümkün deyil. Rusiyaya arxalanan Qarabağ klanı isə əksinə hakimiyyətini gücləndirmək əzmindədir. Əmindirlər ki, hakimiyyətdən getsələr bu, heç də onlar üçün yaxşı sonluqla nəticələnməyəcək. Baş verən hadisələrə görə məhkəmə qarşısında cavab verməli olacaqlar. Dediyiniz kimi, Ermənistan müxalifətinin bir qismi, keçmiş müdafiə naziri Seyran Ohanyan da dilə gəlib və nə zamansa Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpa olunmasına inanır. O da anlayır ki, indiki şəraitdə müharibənin uzanması Ermənistanda çox acı faciələrə səbəb ola bilər. Keçmiş prezident Levon Ter-Petrasyan açıq deyir ki, “mərhələli həll planını qəbul edək”. Təbii ki, biz də mərhələli həll planının tərəfdarıyıq. Əgər aprel hadisələri baş verməsəydi, Levon Ter-Petsayon bu fikirləri dilinə gətirməzdi. Ermənistan cəmiyyətinə bu barədə heç nə danışmazdı. -Bu günlərdə Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Səfər çərçivəsində sərt bəyanatlar səsləndirib. Sizcə, aprel hadisələrinin ildönümünə az qalmış belə səfərin gerçəkləşməsini həyata keçirən Sarkisyanın məqsəd və planlarının mərkəzində nə dayanır? -Sarkisyanın Dağlıq Qarabağa səfər etməsi Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ruh yüksəkliyini artırmağa hesablanıb. Həm Ermənistan cəmiyyəti, həm də Qarabağda yaşayan ermənilər müharibədən qorxurlar. Əmindirlər ki, Azərbaycan indiki vəziyyətlə barışan deyil. Nə olursa olsun torpaqlarını geri qaytarmaq əzmindədir. Bu qorxunu hiss edən Sarkisyan təcili Qarabağa gəlib. Səfər çərçivəsində Rusiyadan aldıqları “İsgəndər” raketi ilə Azərbaycanı vurmaq əzmində olduqlarını bildirib. Azərbaycan müdafiə naziri də deyir ki, “İsgəndər” raketidən 5-10 qat ağırlığında raketlər bizdə də var. Həmçinin, Sarkisyanın Xankəndidə verdiyi açıqlama da diqqət çəkir. Sarkisyan aprel döyüşləri zamanı itirdiyi yüksəkliyi geri almaq əmri verə bilərdi. Di gəl ki, yüzlərlə itki ilə üzləşəcəyini dönə-dönə söyləyib. Yəni “buna getmədim ki, itkilərimiz olmasın”. Xankəndidəki çıxışı zamanı etiraf edir ki, döyüşlərə özü rəhbərlik edir. Məhz bununla da bəyan edir ki, bu savaşa da, təxribatlara da Ermənistan rəhbərliyi rəhbərlik edir. İkinci tərəfdən belə qənaətə gəlmək olar ki, əgər Ermənistan hakimiyyəti Lələtəpə yüksəkliyinin itirilməsi ilə barışıbsa, hücum haqqında əmr verməyibsə, itkilərlə də barışıb. -2014-cu ildə atəşkəsin əldə olunmasına dair imzalanan Bişkek protokolunun müddəti bitmiş hesab olunub. Bunun ardınca 2014-cü ilin avqust hadisələri baş verdi. 2016-cı ilin aprelində isə 4 günlük savaş tarixə düşdü. Deməli, cəbhədə müharibə qaçılmazdır. -Bu məsələyə hər zaman açıq fikirlərimi bildirmişəm. Açıq deyirəm ki, biz Bişkekdə atəşkəs razılığına imza atsaq da, əbədiyyətə qədər atəşkəsin uzanmasına dair məsuliyyət götürməmişik. Münaqişə sülh yolu ilə həll olunmalıdır. Əgər həll olunmursa, nə etməliyik?! İşğalçını hər zaman təzyiq altında saxlamalıyıq. Zərbələr endirməliyik. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?! Ölmək istəmirlərsə, Ermənistana qayıtsınlar. Ona görə də işğalçı dövləti təzyiq altında saxlamalıyıq. Biz isə ərazilərimizi geri qaytarmaq istəyirik. Danışıqlar nəticə vermirsə düşmənə hərbi yolla təzyiq göstərməliyik. Ötən ilin aprel ayında biz bunu göstərdik. 4 günlük savaş zamanı qarşı tərəf çox ciddi itki verdi. Bu üsuldan istifadə etmək zəruridir. Çünki bu üsulla sülhə bir az daha yaxınlaşa bilərik. Məhz ötən ilki üsuldan sonra Ermənistanda polemikalara yol açıldı. Düşünürəm ki, danışıqlarda real nəticə yoxdursa, böyük dövlətlər Ermənistana təzyiq və təsir göstərmirsə yeganə alternativ yolumuz cəbhə bölgəsində işğalçı dövlətə qarşı təzyiqi artırmalıyıq. Aprel hadisələrindən sonra Rusiya danışıqları sürətləndirmək üçün heç bir cəhddə bulunmadı. Yenə də bu, ona rəvac verir ki, Azərbaycan ənənəvi üsuldan istifadə etməlidir. Yəni işğalçı dövlətə qarşı təzyiqi artırmalıdır. Bu məsələdə Ermənistanın itkilərinin sayı artmalıdır ki, ağılları başlarına gəlsin. İndiki vəziyyətin onlara heç bir faydası yoxdur. -Ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan sülh platforması yaradıldı. Öz növbəsində Azərbaycan tərəfi bu platformaya hörmətlə yanaşır. Amma Ermənistan rəhbərliyinin sülh platforması ilə bağlı mövqeyi anlaşılan deyil. Ermənistan nə istəyir? Ərazilərin geri qaytarılmasında sülh, yoxsa, müharibə variantını? -Sülh platformasına müsbət yanaşıram. Bir tərəfdən hərbi gücümüzü ortaya qoyuruq, digər tərəfdən isə bu, həm də beyin oyunudur. Görürük ki, sülh platformasında kifayət qədər fəal var. Onların həyatları üçün birbaşa təhlükə ola bilər. Həmin ermənilərin bir neçəsi Bakıda qərar tutub. Belə ermənilərin sayını çoxaltmalıyıq. Belə ermənilərin çoxalması Ermənistan cəmiyyətində də müzakirələrə səbəb olur. Bunu Ermənistan cəmiyyətində çoxları bilsə də, açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Kim ki xaricə köçür və gəlib Bakıda qərar tutur, baxın, onlar fikirlərini açıq ifadə edirlər. Düşünürəm ki, sülh platformasının xeyirli tərəfləri çoxdur. Bu da onu göstərir ki, əslində, ermənilərilə azərbaycanlılar bir yerdə yaşaya bilər. Yetər ki, Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Onsuz da orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Kimin ki əli qana bulaşmayıb onlar həyatlarını olduğu kimi davam elətdirə bilərlər. Sülh platformasının müsbət tərəfi də ondan ibarətdir ki, Ermənistana və erməni cəmiyyətinə bu yolla mesaj göndərilir. Gəlin SSRİ dövründə olduğu kimi, birgə həyatımızı davam etdirək, düşmənçilikdən əl çəkək, birgə yaşayaq. Daha sonra Türkiyə ilə dostluq imkanı qazana, qazanc da əldə edə bilərlər. Yəni bu, hamının Rusiyanın, Türkiyənin İranın, Gürcüstanın da xeyrinədir. Lazım olsa Dağlıq Qarabağ icmaları arasında dialoqu davam etdirmək, görüşüb müzakirələr aparmaq olar. Yetər ki, separatçılıq meyllərindən əl çəksinlər. Namidə BİNGÖL Geri dön |