Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Avropada 356 məscid hücuma məruz qalıb
Avropada 356 məscid hücuma məruz qalıb |
Avropada 2015-2016-cı illərdə 356 məscid hücuma məruz qalıb.
Bunu Türkiyə Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz bildirib. “Son zamanlar Avropada, eləcə də Almaniyada baş verənlər narahatlıq yaradır, qayğılarımız artır. Almaniyada 3 milyon ortaq vətəndaşımız var. 4-5 milyona yaxın müsəlman yaşayır. Onların haqq və hüquqları, dini azadlıqlarının yox sayılaraq bu istiqamətdə fəaliyyət göstəriləcəyini ehtimal etmirəm. Ancaq xüsusilə Almaniyada, bütövlükdə Avropada son zamanlar baş verənlər narahatlıq yaradır, qayğılarımız artır. 2015-2016-cı ildə Avropada 356 məscidə hücum olub. Bir çox məscid yandırılıb, bəzilərinin qapılarına donuz başı qoyulub, bəzilərinin divarına xaç şəkli çəkilib. Bütün bunların islamofob nifrət kimi deyil, sadəcə vandalizm olaraq təqdim edilməsi də bizi narahat edir. Avropadakı sağlam düşüncənin məsələyə müdaxilə edəcəyinə, yanlışlıqların aradan qaldırılması üçün fəaliyyət göstərəcəklərini səbirsizliklə gözləyirəm”, - deyə o vurğulayıb. Geri dön |