Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunacaq

Sağlam gələcək üçün sağlam hüquqi maarifləndirməyə dair treninq təşkil olunacaq


Səhiyyə Nazirliyi tibb işçilərinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində treninq keçirir.
Nazirlikdən verilən məlumata görə, treninqdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak edirlər.
Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri E.Əzizov və başqaları çıxış edəcəklər.
Növbəti treninq Quba Müalicə Diaqnostika Mərkəzində təşkil olunacaq.

Geri dön