Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Amerikalı alimlər xərçəng xəstəliyinin C vitamini ilə müvəffəqiyyətlə müalicəsindən danışıblar
Amerikalı alimlər xərçəng xəstəliyinin C vitamini ilə müvəffəqiyyətlə müalicəsindən danışıblar |
ABŞ-ın Ayova Universitetinin alimləri beyin və ağciyər xərçənginin klinik müalicəsinin ilk fazasının müvəffəqiyyətlə başa çatmasından danışıblar. “RİA Novosti” informasiya agentliyi xəbər verir ki, bu prosedur üçün C vitamininin çox yüksək dozalarından istifadə olunub.
Bu barədə tədqiqatın rəhbəri Brayan Allen məlumat verib. O deyib: “Hazırda nəticələr çox ümidvericidir. Amma biz hələlik bunu bilirik ki, C vitamininin kimyəvi terapiyanı nə dərəcədə səmərəli etdiyini klinik sınaqların ikinci fazası göstərəcək”. Xatırladaq ki, iki il əvvəl C vitamininin köməyi ilə dayanıqlı xərçəng şişlərinin məhv edilməsi üzrə əməliyyat uğurla başa çatıb. Sınaqlar siçanlar üzərində aparılıb. Geri dön |