Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda “Yalquzaq” qəzeti nəşrə başladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Bakıda “Yalquzaq” qəzeti nəşrə başladı

Bakıda “Yalquzaq” qəzeti nəşrə başladı


Aprelin 20-də Azərbaycan mətbuatı sıralarına daha bir həftəlik qəzet daxil olub.

Bu qəzet bu vaxtadək ölkədə dərc edilən bütün mətbu nəşrlərdən fərqli missiya ilə fəaliyyətə başlayıb. Qəzetin tanıtma yazısında onun məqsədinin türk dünyasından xəbərlər olacağı bildirilir. Lakin fərqli cəhət bu deyil. Fərqli olan qəzetin həmin xəbərləri tərcüməsiz dərc etməsidir. Qəzetin səhifələrində özbək, qırğız, türkmən, qazax, uyğur, qaqauz və s. türk ləhcələrində xəbərlər oxumaq olar. Bu nəşri fərqli edən tək cəhət heç də yalnız bu deyil. Türk xalqları tarixində ilk dəfə olaraq məhz bu qəzet ortaq türk əlifbası ilə dərc edilir.

Xatırladaq ki, Yeddi Dövlət – Bir Millət Konseyi hələ iki il öncə latın bazalı ortaq türk əlifbası layihəsi hazırlayaraq ictimaiyyətin müzakirəsinə vermişdi. 2011-ci ilin 11 may tarixindən isə həmin əlifba artıq Konsey çərçivəsində tətbiq edilməyə başlamışdı. İndi isə “Yalquzaq” qəzeti bu missiyanı öz üzərinə götürüb.

Qəzetin qurucusu və baş redaktoru Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətdir. Onun Davam.az-a verdiyi xəbərə görə, “Yalquzaq” qəzeti 18 aprel 2012-ci ildə Ədliyyə Nazirliyində mətbu nəşrlərin reyestrinə salınıb və artıq aprelin 20-də ilk sayı dərc edilib. Konsey başqanı deyib ki, A4 ölçüdə, 16 səhifədə dərc edilən qəzetin tirajı iki min nüsxədir və pulsuz paylanacaq. Azər Həsrət onu da əlavə edib ki, hələ yaxın vaxtlarda qəzeti satışa çıxarmaq fikirləri yoxdur. “Biz çalışacağıq ki, bu qəzet həmişə pulsuz olsun. Hər halda imkanımız olduqca onu pulsuz dərc edəcəyik. Bir zaman gələr, dərcində problem yaranarsa o zaman cüzi qiymətlə satışa başlaya bilərik. Hələlik ən azından yaxın aylarda onun satışı olan deyil”, – deyə Konsey başqanı bildirib.

“Yalquzaq” qəzeti Azər Həsrətin baş redaktorluğunda 2008-ci ildən fəaliyyət göstərən Yalquzaq.com İnternet saytının bazası əsasında fəaliyyət göstərəcək.

Geri dön