Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Aprel döyüşlərinin təsirləri hələ də özünü göstərməkdədir" ŞƏRH
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev > "Aprel döyüşlərinin təsirləri hələ də özünü göstərməkdədir" ŞƏRH

"Aprel döyüşlərinin təsirləri hələ də özünü göstərməkdədir" ŞƏRH


“Aprel döyüşlərindən 1 il ötməsinə baxmayaraq, onun təsirləri hələ də özünü göstərməkdədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Deputatın sözlərinə görə, aprel döyüşləri beynəlxalq güclərin məsələyə yanaşma tərzini tamamilə dəyişdi : “Artıq onlar anladılar ki, Azərbaycan dövləti, eləcə də ordumuz çox güclüdür və biz bu güclə münaqişəni sülh yolu ilə alınmasa, hərbi yoldan istifadə etməklə qısa müddətdə həll edə bilərik. Bundan başqa aprel döyüşləri Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Ermənistan əhalisi anladı ki, Srakisyan rejimi onları aldadır və günün birində Azərbaycan torpaqlarını işğaldan azad edərək daha da irəliyə gedəcək. Bir sözlə, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, əfsanələri darmadağın etdi”.

F. Quliyev qeyd edib ki, aprel döyüşləri Azərbaycan xalqının inamının daha da artmasına səbəb olub: “Artıq xalqımız anladı ki ölkəmizin son illərki hazırlığı əbəs deyil, ölkəmizin kifayət qədər güclü ordusu var. Bu savaş ordunun özündə belə ab-havanı dəyişdi. Ordumuz öz potensialını nümayiş etdirməklə yanaşı, xalqdan da böyük dəstək aldı. Aprel döyüşlərində ölkəmizdə və xaricdə yaşayan həmyerlilərimiz yaşından asılı olmayaraq səfərbər olaraq yürüş edib, cəbhəyə köməyə getmək istəyirdilər. Hətta bizim tərəfdən sıravi əhalinin döyüş bölgələrinə getməməsi üçün postlar qoylmuşdu. Lakin ermənilər əsgərlərinin qaçmaması üçün postlar qurmuşdu. Aprel döyüşləri ümumilikdə Ermənistana bir dərs idi”.

Ötən gün Azərbaycan prezidentinin aprel döyüşlərində iştirak edən hərbçilərlə görüşündə çıxışı zamanı söylədikləri fikirlərə münasibət bildirən komitə üzvü söyləyib ki, dövlət başçısı Ermənistana ciddi mesajlar verərək bildirdi ki, düşmən ölkə öz danışıqlarını fikir verməli və səbrimizlə oynamamalıdır: “Azərbaycan prezidentinin fikirləri xalqımızın mövqelərini açıq şəkildə əks etdirir. Biz hər birimiz Dövlət başçısını dəstəkləyirik. Bu baxımdan hesab edirəm ki, aprel döyüşlərindən 1 il keçməsinə baxmayaraq, biz artıq həmin baza üzərində növbəti addımlarımızı hazırlamalı, ermənilərə münaqişənin sülh yolu ilə həll edilməsi üçün qısa zaman müddətində vaxt verməliyik. Əks halda, Azərbaycan prezidentinin ötəngünkü çıxışında qeyd etdiyi kimi artıq səbr kasamız dolub və Azərbaycan aprel savaşlarını ciddi şəkildə davam etdirə bilər”.

Nailə Məhərrəmova

Geri dön