Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “DİCLE” QAN QOXAN GÖZƏLLİK
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > “DİCLE” QAN QOXAN GÖZƏLLİK

“DİCLE” QAN QOXAN GÖZƏLLİK



(hekayə)


Gənc dəliqanlı, Özəl Hərəkat birliyinin əməliyyatçısı olan Baybars Kağanlı tağım komandirinin əmriylə digər yoldaşları ilə birlikdə gizləndiyi təpəciyin arxasından qalxdı və dərhal qarşıdakı kolluğa doğru iti sürətlə qaçmağa başladı. O an gözlərində qətiyyən qoxudan əsər-əlamət yox idi. Ancaq tapşırılan xüsusi tapşırığı yerinə yetirmək və tezliklə qarşılaşacağı mənfur düşməni məhv etmək haqqında düşünürdü. Əllərini İsrail istehsalı olan “Tavor” markalı avtomatına sıxmış, cəld və son dərəcə ehtiyatlı hərəkətlərlə irəliləyirdi. Bir qədər getmişdi ki, nəhayət, əsas məntəqəyə - düşmənin təpəlikdə qurduğu düşərgəsinə gəlib çatdı. Vaxt itirmədən gizlənmək üçün əyildi və yerini rahatlayaraq kolluq sahədən qarşıya doğru boynundan asdığı binoklla baxmağa başladı. Diqqətinin yarısı düşmən çadırlarında, digərisə sol qulağında yerləşdirdiyi xüsusi mikroqurğuda idi. Onun vasitəsiylə əməliyyat başlayandan bəri komandirindən təlimatlar alırdı.

Düşmən tərəfdə isə vəziyyət sabit idi: təxmini 10-dan çox çadır ətrafında Rusiya istehsalı “AKSM” avtomat silahla silahlanmış terrorçuların sayı 50-yə çatırdı. Onlar durmadan yerlərində var-gəl edir, ərazini nəzarətdə saxlayırdılar. Çadırların birində isə Yaxın Şərqin üç ən təhlükəli adamı toplantı keçirirdi. Onlar, İran Kəşfiyyatının nüfuzlu zabitlərindən Firuz Kaşğani, PKK terror təşkilatının bölgə rəhbəri Bahoz Barudi və xüsusi döyüş taktikasına, bu zamana qədərki əməliyyatlarda qazandığı mistik uğurlarına görə dünyanın bir çox təhlükəsizlik orqanlarının “qara siyahısı”-nda adı olan, bacarığı qədər əsrarəngiz gözəlliyə sahib, onlarla kəşfiyyat liderinin və mafiya başçısının mavi yuxularının əvəzsiz qəhrəmanı kürd qızı Dicle (Diclə-Dəclə) idi.

Dicle, yaşının az olmasına baxmayaraq qatıldığı bütün əməliyyatlardan uğurla çıxmış, göndərildiyi hər yerdə ad qazanmış və lazım gəldiyi zaman düşmənini ram etmək üçün çəkinmədən hər vasitəyə əl atan (əsasən də kişilərin cinsi istəklərindən məharətlə yararlanırdı) və işinə həddən artıq ciddi yanaşan, soyuqqanlı, prinsipial biri idi. Bu günkü toplantının da onun istədiyi kimi keçməsinin səbəbi elə məhz malik olduğu xarakterinin və xüsusi istedadının nəticəsi idi.

- Necə bilirsən, İran-İraq sərhədində bir problem çıxmaz ki? – deyə yeni “mal” əməliyyatı barəsindəki narahatlığını bildirdi orta yaşlı, dərisi qırışmış, başı dazlaşmış olan terrorçubaşı Bahoz Barudi.

- Yox, canım, qətiyyən. Dedim axı, İranla bağlı heç bir nigarançılığın olmasın. Hakimiyyət bizim əlimizdədir. Hansı havanı çalsaq onu da oynayacaqlar. – bir gözü Diclenin yarı-açıq, qabarmış sinəsində olan, yaşı qırxı adlamış, saqqallı, çopur sifətli Firuz Kaşğani gülümsəyərək müttəfiqini sakitləşdirdi.

Bu zaman əməliyyatı nöqtəsi-vergülü ilə bilən, görünüşcə həssas, qəlbisə buz kimi soyuq olan iyirmi beş yaşlı kürd gözəli Diclenin bütün diqqəti elə Firuzda idi. Deyəsən, bu İblis xislətli qadın növbəti “xidmətçisini” tapmışdı və ondan bütün ruhunu ələ keçirərək axıra qədər istifadə etmədən əl çəkməyəcəkdi.

Firuz, nüfuzuna və hazırki gücünə baxmayaraq Bahozdan bir qədər çəkindiyi üçün günlərdir dərdindən öldüyü, bir kişi kimi alışıb-yandığı Dicleni ancaq təsadüfi və qorxaq baxışlarla süzə bilirdi. Bununsa iki səbəbi vardı: uzun zamandır birlikdə çalışdığı və köməyilə milyardlar qazandığı ortağı Bahozu hirsləndirməmək və ona inanıb uğrunda canını fəda edən onlarla silahdaşının gözündə alçalmamaq istəyirdi. Çünki necə də olmasa Dicle ta 14 yaşından (PKK-ya qatıldığı zamandan) yaşlı Bahozun himayəsində idi və o istəməsəydi qıza başqa kimsə toxuna bilməzdi, hətta bu adam hər mənada ondan güclü olsaydı da belə. Və bir başqa səbəb də çox az adamın bildiyi (Firuz da bilənlərə daxil idi) bir gerçək – Bahozun bu gənc, çılğın, soyuqqanlı kürd gözəlinə aşiq olması (əslində səbəb, sadəcə onun qıza öyrəşməsi idi ki, Bahoz bunu eşq hesab edirdi və Dicle hər mənada – cinsi və hərbi-strateji mənada ola lazım idi) ... Bax, sırf o məsələyə görə hər şey bir anda məhv ola bilərdi: dostluq, illərin güclü müttəfiqliyi və bundan sonra minlərlə günahsız insanın qanı bahasına qazanılacaq milyonlar, bəlkə də milyardlar...

Dicle, 14 yaşı olanda Türkiyə hökumətinin adi bir səhv əməliyyat əmri nəticəsində ata-anasının gözləri önündə öldürülməsinin şahidi olmuş, o andan sonra dağlara qaçaraq terrorçulara qoşulmuşdu. Baxmayaraq ki, o zamana qədər dostları, rəfiqələri içində dövlətə bağlılığıyla fərqlənirdi. O, zehniyyətdə kürd milliyyətçisi olsa da, milli mübarizənin silahlı qanadına əsla inanmır, bunun ancaq hər iki millətə ziyan olduğunu düşünürdü. Ancaq o dəhşətli faciədən sonra gənc yeniyetmə Diclenin bütün humanist duyğuları və dövlətə inamı öldü. Artıq o, valideynlərinin intiqamını almağa çalışan bəsit biri idi. Amma illər, qoşulduğu ideoloji və siyasi qruplar, toplantılar, savaş onu çox dəyişdi. İndi bu əsrarəngiz gözəl, bütün hissləri alınmış, duyğuları yox olmuş, düşüncəsində ancaq qan tökmək olan qorxubilməz döyüşçü idi. Himayəsində olduğu Bahoza isə bağlığının bir çox səbəbi vardı. O səbəblərdən biri intiqam, digəri bəsit savaş şərti – bir komandanlıqda xidmət etmək fikri idi. Lakin o, eyni zamanda komandirinə nifrət də edirdi. Çünki həyatının zəhərlə dolu keçməsinə baxmayaraq o, tez-tez etdiklərindən, törətdiyi cinayətlərdən peşmançılıq hissi keçirirdi. Və sırf Bahozun sərt müqaviməti onu dərhal bu hisslərdən kənarlaşdırır, ona yenidən qansız, ruhsuz qatil olduğunu xatırlardı. Amma nifrətinin əsas səbəbi tamam başqa idi.

14 yaşında dağa qalxan yeniyetmə Dicle, qəlbi sınmış, ruhu incinmiş, bütün xəyalları puç olmuş, gələcəyi
əlindən alınmış bir qız idi. Əclaf Bahozsa sırf cinsi ehtiyacını ödəmək və ondan təhlükəli işlərdə istifadə etmək üçün Dicleni aldatdı (hazırda bu terror təşkilatının tərkibində yer alan qadınların yarıdan çoxu Diclenin taleyini yaşayır): guya ona ailəsinin gerçək qatillərini tapmaq və öldürmək şansı verəcək və s... Və günlərin bir günü gecəyarısı, düşərgədə əsas heyət yatan zaman şərəfini, vicdanını pula, vəzifəyə və digər ani həvəslərə satan Bahoz Barudi ona utanmadan, çəkinmədən, qorxmadan (Tanrıdan, vicdanından) vəhşi it kimi təcavüz etdi. Beləliklə, Diclenin onsuz da bütün mənliyini qapsayan intiqam və çarəsizlik hissini ruhsuzluq və əxlaqsızlıq əvəz etdi. Həm də əbədi olaraq.

Yazıq qız çırpınır, durmadan “etmə! eyləmə!” desə də, hönkür-hönkür ağlayıb yalvarsa da, oğraşlığı bir xarakter olaraq mənimsəyən Bahoz onu qətiyyən dinləmədi. Bir...iki...üç... Təcavüzlərin sayı getdikcə artdı. Və gün gəldi qız artıq düşdüyü duruma öyrəşdi (bəzən çarəsizlik bizi öz zalım caynağına elə keçirir ki, mübarizə aparmaqdansa, zülmdən həzz almağı seçirik). Qızın intihar edəcəyindən və ya qaçacağından qorxan (çünki eyni hərəkəti o, onlarla gənc qıza qarşı etmişdi və bir neçəsi dözməyib özünü öldürmüşdü) qart Bahoz yalandan onunla evlənmək vədini ortaya atdı. Beləcə, etdiyi vəhşiliyə haqq qazandırdı öz aləmində.

Zaman keçdikcə savaşın yazılan, yazılmayan bütün qanunlarını öyrənən Dicle sözün həqiqi mənasında peşəkar qatil, bacarıqlı döyüşçü, qorxulu terrorçu oldu. Ona ardı-arası kəsilməyən sifarişlər, tapşırıqlar verirdilər. Sırf bədən quruluşunun gözəlliyi və işvəsi sayəsində ələ alıb “köləsi” etmədiyi, sonra dəhşətli şəkildə (onun öz xüsusi ölüm qaydaları vardı: məsələn, insan vücudunu anında məhv edən zəhərli maddə “sianid”-lə öldürmək) qətl edirdi. Axırıncı dəfə öldürdüyü adamsa vaxtilə ailəsini məhv etmək əmri verən, hazırda təqaüddə olan Türk polkovniki Necati Aklanmaz idi.

Rəqiblərini məhv edərkən onlarla cinsi əlaqədə olmaqdan çəkinməyən, buna sadəcə bir döyüş vasitəsi kimi baxan Dicleni bu hala salan elə Bahozun özü idi: ilk dəfə yeddi il əvvəl ələ keçirilməsi haradasa mümkünsüz olan, ancaq xüsusi səylər nəticəsində (Dicle onunla bir gecə əyləncəsində tanış olmuşdu) tutulan Özəl Hərəkat komandiri Tarık Yakarı aldadıb qaçırmaq üçün onunla bir yatağa girmişdi Dicle. Və o andan etibarən daha da qəddarlaşıb ancaq və ancaq öz məqsədinə çatmaq üçün hər vasitəyə əl atan gənc terrorçu, namusu ilə birlikdə bütün insanlığını da itirdi.

Bir tək azyaşlı uşaqlarla iş görməyin (PKK çox vaxt ölkədaxili narkotik ticarətini və orqan alverini günahsız körpələr vasitəsiylə həyata keçirir) tərəfdarı olmayan Dicle bu kimi mövzularda dəfələrlə istər Bahozla, istərsə də digər rəhbərlik qrupuyla sərt mübahisələrə qatılmışdı. O, hesab edirdi ki, düşmənləri məhv etmək, tapşırıqları yerinə yetirmək üçün hər şeydən xəbərsiz və tamam məsum olan uşaqlara toxunmaq olmaz. Baxmayaraq ki, tez-tez içində peşmançılıq hissi yaşayan Dicle bu cəhənnəmə elə uşaq vaxtı düşmüşdü...

Əslində hər şey, bölgədə (Yaxın Şərq) söz sahibi olmağa çalışan, öz mənfur planlarını həyata keçirən, bundan ötrü minlərlə günahsız insanın qanına girməkdən usanmayan xarici qüvvələr tərəfindən idarə olunurdu. Vaxtilə Türkiyə daxil olmaqla, digər bölgə dövlətlərini öz qanlı caynaqlarına almağa çalışan SSRİ (o vaxtkı Rusiya rəhbərliyi və hazırkı Rusiya hakimiyyəti), Amerika, Avropa və b., PKK kimi onlarla terror təşkilatını yaratmış (güclənməsi üçün dəstək vermiş), bölgə xalqlarını bir-biriylə dini, etnik, sosial zəmində qarşıdurmalara vadar etmişdir. Səbəb, get-gedə oyanan, öz milli haqlarını savunan (Türklər başda olmaqla) və bölgəyə nəzarət etməyə çalışan millətləri parçalamaq, məqsəd isə, onları kölə etmək, öz qan imperatorluqlarının böyüməsinə mane olmasını əngəlləməkdir...

Amma hər hekayənin sonunda xüsusi bir sürpriz olduğu kimi, bu hekayədə də başdan axıra gözlənilməyən bir sürpriz vardı. O da...

Soyca Qaraçay Türklərindən olan gənc igid döyüşçü Baybars Kağanlı komandirinin hücum əmrini duyar-duymaz yaxınlığındakı digər altı Özəl Hərəkat birliyi əsgəriylə birlikdə çadırlara doğru hərəkətə keçdi (bu zaman o Qaraçay Türklərinin milli ruhlu, əfsanəvi rəqsini duyurdu - qulaqlarında, bütün vücudunda). Ard-arda ildırım sürətiylə terrorçulara doğru güllələr yağış kimi yağmağa başladı. Qəhrəman Türk əsgərləri uğrunda canlarını fəda etməyə and içdikləri müqəddəs vətən torpağını öz varlığıyla kirlədən düşmənə amansız üzlərini göstərib layiqli cəzalarını verirdi: cəmi bir neçə saniyədə 10-dan çox terrorçu cəhənnəmə vasil oldu. İçəridə - toplantı çadırındasa vəziyyət tamam başqa cür idi: çöldəki atəş səslərindən təlaşlanan Bahoz Barudi və Firuz Kaşğani (şəxsən o, yüzlərlə günahsız Türkün qətlinə imza atanlardan biri idi – İranda) əllərini bellərindəki rus “Makarov”-larına atmaq istərkən heç vaxt ağıllarına belə gətirmədikləri bir hadisə oldu: onları qorumalı olan Dicle belindən iki silah çıxarıb dərhal başlarına tuşladı. Hər ikisi qorxudan və ani keçirdikləri təəccübdən yerlərində donub qaldılar...

Təxminən 3 il bundan əvvəl idi. Özəl Hərəkat xüsusi bir əməliyyatla çoxdan axtarışında olduğu Dicleni ələ keçirdi. Əməliyyata bacarıqlı kəşfiyyatçı Baybars Kağanlı başçılıq edirdi: o zamanlar Dicle ard-arda 3 yüksək rütbəli Türk zabitini öldürmüşdü və vəziyyət gərgin olduğu üçün bir meşədə gizlənirdi. Qəfil bir hərbi helikopterin gizləndiyi evin üzərində peyda olduğunu gördü, qaçmağa macal tapmamış Baybarsın ani hücumuyla yaxalandı.

Uzun müddət dindirmələr, yorucu sorğu prosesi getsə də, Diclenin danışmaq – üzvü olduğu təşkilatını satmaq fikri yox idi. Ancaq onun yaşıdı olan gənc dəliqanlı kəşfiyyatçı Baybars bir qədər sonra hansı yollasa Dicleni ələ ala bildi və bu zamana qədər onlarla güc strukturunun yüksək çinli zabitini qətl edən əsrarəngiz gözəlliyə sahib olan terrorçu qız əməkdaşlığa razı oldu.

Dicle bir səbəbə görə cəhənnəm yoldaşlarını satdı: məsələ burasındaydı ki, Baybars, Dicle haqqında uzun müddət öncə xeyli məlumat toplamış və ailəsinin faciəsini öyrənmişdi. Xüsusi araşdırma zamanı məlum olmuşdu ki, əslində heç də hər şey Diclenin bildiyi kimi deyildi: vaxtilə onun ata-anasını Türk höküməti deyil, məhz çiyin-çiyinə vuruşduğu, həyatını uğruna puç etdiyi PKK məhv etmişdi: sadəcə oyunu quran qurmuşdu və nəticədə bir Türk zabiti, Türk müdafiə orqanı və Türk höküməti ləkələnmişdi, yeniyetmə kürd qızı əbədi olaraq öz vətəninə xəyanət etmişdi, terror qruplaşmasını idarə edənlərsə məkrli planlarını onlarla məsum gənc kimi Diclenin vasitəsiylə həyata keçirə bilmişdi.

Baybars ilk dəfə bu əsrarəngiz gözələ rastladığında (hələ yalnız şəklini gördüyü zaman) ondan xoşlanmış, amma yenə də gözlərindən, baxışından daxili nifrətini, insanlara bəslədiyi kinini duyğu üçün ürəyində ona qarşı yaranan səmimi hisslərindən tez də vaz keçmişdi. Çünki düşünürdü ki, bu bir yanılmadır. Sonradan canlı olaraq gördüyü andasa fikirləşdi ki, Dicledəki gözəllik gül ətri deyil, qan qoxur və bu qan yüzlərlə məsumun qanıdır. Ancaq anlaya bilməmişdi ki, bu gənc qızı uçuruma yuvarlayan, sonradan insanların “tale, qismət” adlandırdığı xoşagəlməz bütün təsadüflərin təməlində başqa güclər, bilavasitə İblisin yer üzündəki xidmətçiləri vardır. Və onlar hər kəsə olduğu kimi, gənc kürd gözəlinə də böyük, anlaşılmaz bir oyun oynamışdılar. Bu oyunu isə təəssüflər olsun ki, hələ də sadə insanlar – bölgənin yerli xalqı anlamır, bəlkə uzun müddət anlamayacaqdı...

Yüzillərlə bir yerdə mehribancasına yaşamış millətlər hər hansı üçüncü şəxslərin - xarici qüvvələrin fitnəsi əsasında tədricən bir-birinə düşmən olmuş, necə deyərlər, dünən birlikdə çörək kəsənlər bu gün bir-birinə güllə atmağa vadar olmuşdular...

Bir dəfə, Baybars və Dicle başı bəlalı olan və tarixin hər sifətini görmüş Dəclə (Dicle-Diclə) çayının sahilinə gəldilər. Çay hər zaman olduğu kimi indi də sakit, öz axarında idi və olduqca möhtəşəm bir gözəlliyə sahib idi. Ancaq bu gözəlliyi bircə şey pozurdu: qüsursuz mənzərə bir ləkəylə göz alıcı görüntüsünü itirmişdi. Bəli o, məhz qan qoxusu idi. Qan qoxan gözəllik (Dəclə, uzun illər müxtəlif səbəblərdən bir-birinə düşmən olmuş qohum tayfaların, qonşu ölkələrin, qardaş millətlərin savaşına, necə deyərlər, bir qardaşın digər qardaşı necə qətl etməsinə şahid olmuş, xainlər və onların arxalarındakı düşmən qüvvələr tərəfindən qurulmuş haqsız düzənə etiraz edərək üsyan etmiş – çağlamış, aşmış, daşmış, amma təəssüflər olsun ki, sonda bir-birini uf demədən öldürən igidlər kimi qanına bələnmişdi - zaman-zaman qanla bəslənmişdi)...

Dicle, nə onun həyatını, arzularını oğurlamış Bahoza, nə də eyni duyğular içində olan, əli yüzlərlə günahsız insanın qanına batmış İran cəsusu Firuza acımadı. Onları bir göz qırpımında, açıqlama vermədən güllələdi. Baxmayaraq ki, bu vaxta qədər o düşmən hesab etdiyi kimsəni belə sadə ölümlə ödülləndirməmişdi. Sadəcə Baybarsla tanış olduğu bu son 3 il ərzində sanki hər mənada dəyişmiş və içində qeyri-adi bir insani saflıq yaranmışdı. Və bu murdar varlıqlara bəlkə də qızıldan qiymətli vaxtını həsr etmək istəmədi daha Dicle.

Beləcə, əməliyyat uğurla başa çatdı. Amma Özəl Hərəkata bu miskinlərin canlı ələ keçirilməsi lazım idi. Baybars öz yoldaşlarıyla çadıra qədəm qoyduğu zaman Diclenin üstü qandı (Bahoz və Firuzun qanı üzərinə sıçramışdı) və o indi həqiqətən qan qoxurdu.

Baybars komandirinin qəzəblənəcəyini də unudub düşmənin meyidini nəzərə almadı. Gülümsəyərək yaxınlaşdı. Dicle de ona gülümsəyirdi. Və bu səfər onun gülüşündə heç bir kinayə və ya başqa məqsəd yox idi. Bu, saf məhəbbət nişanəsi idi. Gənc Türk kəşfiyyatçı artıq Dicleni günahkar hesab etmirdi. Çünki son üç ildir hazırlaşdıqları bu əməliyyatla Dicle öz günahlarını aşiq olduğu kişinin gözündə yumuş hesab edirdi.

Baybars silahını yerə qoyub Dicleyə daha yaxın oldu. Sadəcə üç ildən bəri görüb könül verdiyi gözəli öpmək istədi: qan qoxan gözəli...


Elşən İsmayıl
Yazar və Rejissor
19.03.2017








Geri dön