Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Bəyanat: Ümumrusiya Azərbaycan Konqresinin ləğv ediləcəyi ilə bağlı məlumatlar narahatlıq doğurur
Bəyanat: Ümumrusiya Azərbaycan Konqresinin ləğv ediləcəyi ilə bağlı məlumatlar narahatlıq doğurur |
Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı narahatlıq ifadə edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. AAK-ın bəyanatında bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib. ÜAK-ın Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda, Rusiyadakı Azərbaycan diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, 2001-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə təsis olunduğunu xatırladırlar. Bəyanatda daha sonra qeyd olunur ki, bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin saytında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri məqalədə göstərilən amillərdən bir neçəsinə diqqət çəkərək bildirirlər: “İkitərəfli münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də imzalanmış Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında Müqavilə, 2008-ci il iyulun 3-də imzalanmış Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamədir”. Bəyanatda Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, bütün bunlardan çıxış edərək, Rusiya ilə Azərbaycanı birləşdirən bu qədər ortaq cəhət olduğu halda, ÜAK-ın ləğvi məsələsindən söhbət gedə bilməz. Son 16 ildə ÜAK-ın fəaliyyəti hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və hər zaman gördüyü nəcib işlərə görə təşəkkür məktubları alıb. Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, ÜAK-la bağlı bu qərar qeyri-obyektivdir və problemin hər iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə, Rusiyadakı ən böyük ictimai təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir. Geri dön |