Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Tarixin ən dəhşətli kimyəvi hücumları...
Tarixin ən dəhşətli kimyəvi hücumları... |
Müharibənin dağıdıcı fəsadları hər zaman özünü biruzə verib. Tərəflərin bir-birinə qarşı tətbiq etdikləri silahlar dəhşətli dağıtnılata və ölümlərə yol açıb. Sonuncu belə hadisə Suriyada baş verən faciə ilə özünü göstərdi. İdlibdə kimyəvi hücum 80-dən artıq insanın ölümü ilə nəticələndi.
Tarixin ən dəhşətli kimyəvi hücumlarını təqdim edirik Birinci Dünya Müharibəsi Tarixdə ilk dəfə kimyəvi silah 1915-ci il aprelin 22-də tətbiq olunub. Birinic Dünya Müharibəsinin gedişi sırasında Belçikanın İpr şəhəri yaxınlığında alman qoşunları bu silahdan istifadə etmişdilər. Cəbhə xəttinin 8 kilometri boyunca silindr balonlardan istifadə olunmaqla böyük miqdarda xlor müttəfiq qoşunlarının mövqelərinə atılmışdı. Nəticədə, kimyəvi vasitələrdən müdafiə şansı olmayan zəhərlənmiş 15 min ingilis-fransız hərbçisindən 5 mini ölmüşdü. 1 ay sonra almanlar Şərq cəbhəsində də analoji hücum həyata keçirdilər və 9 min rus hərbçisinin ölümünə səbəb oldular. Bu hadisələr toksik qazların döyüş şəraitində effektivliyini sübit etmiş oldu. Yaponiyanın Çinlə müharibədə kimyəvi silahdan istifadə etməsi Yaponiya İmperiyası İkinci Dünya Müharibəsi zamanı kimyəvi silahdan geniş istifadə edirdi. Hesab olunurdu ki, bu metod kifayət qədər effektiv nəticələr verəcək. Belə ki, kimyəvi silahın saxlanma xərci baha deyildi, digər tərəfdən ondan istifadə etməklə maksimum az itkilər verilirdi. İmperatorun göstərişi ilə zəhərli vasitələrdən istifadə edən xüsusi qrup təşkil olnumuşdu. İlk dəfə Çinin Voçyoy şəhərinin bombalanması zamanı yaponlar bu silahdan isitfadə etmişdilər. Şəhərə 1000-dən artıq aviasiya bombası atılmışdı. Dinsyan döyüşü zamanı isə yaponlar 2500 kimyəvi mərmidən istifadə etmişdilər. Ümumilikdə, bu kimyəvi hücumlar 50 mindən artıq insanın həyatına son qoymuşdu. ABŞ-ın Vyetnama qarşı ekoloji müharibəsi Vyetnamla mühribə zamanı ABŞ aviasiyası da aktiv şəkildə zərəhli maddələrdən isitfadə edirdi. İlk dəfə 1963-cü ildə meşələrin məhv edilməsi üçün isitfadə olunan “Agent Orange” defoliantından istifadə edən amerikalılar cəngəlliklərdə gizlənən vyetnamlı hərbçiləri məhv edirdi. Nəticədə, kimyəvi hücumdan ümumilikdə, 4,8 milyon insan zərər çəkmişdi. Ölkədə geniş yaşıllıqlar, nadir ağac və balıq növləri məhv olmuşdu. Tokio metrosuna zarinli hücum Yaponiyada yaranmış “Aum Senrike” dini sektası ölkə tarixinin ən böyük terror hücumun gerçəkləşdirmişdi. 1994-cü ilin iyununda Matsumoto şəhərində bu sektanın nümayəndələri yük maşının üzərində zəhərli zarin maddəsi olan yeşikləri buxarlandıraraq 200-dən artıq insanın zəhərlənməsinə səbəb olmuşdu. Bu hücumlar zamanı azı 7 nəfər ölmüş, 200-dən artıq insan isə xəsarət almışdı. Sonradan Tokio metrosuna hücum zamanı isə 14 nəfər zarin ballonlarından zəhərlənərək ölmüşdü. Hələbcəyə qaz hücumu 1988-ci il martın 16-da İraq Kürdüstanının Hələbcə şəhərində mülki əhaliyə qarşı zarinli hücum baş vermişdi. Bu hücum 7 minə qədər insanın ölümünə, yüzlərlə insanın isə yaralanmasına səbəb olmuşdu. Hücumun arxasında İraq ordusunun yüksək rütbəli hərbçisi, İraq diktatoru Səddam Hüseynin bacısı oğlu Əli Həsən əl-Məcid rəhbərlik etmişdi. Vüqar İSMAYILOV Geri dön |