Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşdi
“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşdi |
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2017-ci il aprelin 1-dən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, bunun üçün vergi ödəyicisi onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək, onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir. Eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər. Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.az və http://www.asanimza.az saytlarından yükləmək olar. Sonda gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsilə sistemə yükləmək lazımdır. Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir. Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir. İSTİFADƏÇİ TƏLİMATI - http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf LAZIMLI PROQRAMLAR - https://www.e-taxes.gov.az/dispatcher?menu Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları Geri dön |