Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb
Prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb |
Aprelin 23-də prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı şuraya 2008-ci ildə təyin etdiyi üzvlərdən yalnız birini dəyişib. Deputat Ceyhun Osmanlının yerinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov təyin olunub. Ceyhun Osmanlı QHT-lərə Dövlət Dəstəyi Şurasına "İrəli" İctimai Birliyinin sədri kimi təyin edilmişdi. O, “İrəli”nin sədri postundan bu yaxınlarda istefa verib. QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni tərkibi belədir: Dövlət orqanlarından Süleymanov Tahir Veys oğlu, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Məmmədov İlqar Kamil oğlu, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi Məcidli Vüqar Sabir oğlu, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini. Qeyri-hökumət təşkilatlarından Quliyev Azay Əjdər oğlu, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi Məmmədov Sahib Məlik oğlu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Mirzəzadə Rəna Rza qızı, Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri Qədirov Vüqar Kərim oğlu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vəliyeva Dilarə Hətəm qızı, “Mülk” İctimai Assosiasiyasının prezidenti İsmayılov Şahin Əmir oğlu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Hüseynova Gülnarə Alxas qızı, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Nuriyev Əliməmməd Mali oğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti. Geri dön |