Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər

Müntəzəm qaçış insan ömrünü 3 il uzada bilər


Müntəməz qaçışla məşğul olan insanlarda vaxtından əvvəl ölüm halları 40% az olur.

Bu barədə ABŞ-ın Ayova Universitetinin ekspertlərinin apardıqları araşdırmalar deyir. Onların fikrincə, qaçış ömrü 3 il uzada bilər.


Araşdırma iştirakçılarının bir qismi həftədə 2 saat qaçırdılar. Müəyyən olunmuşdu ki, bütün araşdırma iştirakçıları qaçışla məşğul olsaydı, onların istənilən səbəbdən ölüm riski 16%, ürək tutmasından ölmə ehtimalı isə 25% azalmış olurdu.


Digər fiziki aktiv hərəkətlər də insana müsbət təsir göstərir. Belə ki, velosiped sürmək ölüm ehtimalını 12% azaldır.

Həftədə 4 saat qaçan iştirakçılarda isə ömür davamlılığı daha çox idi. Alimlər qaçışın insan ömrünü nə üçün uzatdığını tam aydınlaşdıra bilməsələr də, ehtimal kimi onun hipertoniya və piylənmənin qarşısını effektiv aldığını düşünürlər.


Vüqar İSMAYILOV

Geri dön