Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > İş adamı Arzu Kazımov: "MTN-in şöbə rəisi qardaşımın və qaynımın həbsdən buraxılması üçün 4 milyon manat istədi"
İş adamı Arzu Kazımov: "MTN-in şöbə rəisi qardaşımın və qaynımın həbsdən buraxılması üçün 4 milyon manat istədi" |
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə iş adamı Arzu Kazımov şahid qismində ifadə verib. Zərərçəkmiş şəxslərdən Nizami Kazımovun qardaşı, Hüseyn Səfərovun isə bacısının həyat yoldaşı olan A. Kazımov bildirib ki, Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev onun haqqında videogörüntü yayandan sonra həbs edilib, Ali Məhkəmənin qərarı ilə isə sərbəst buraxılıb. O bildirib ki, bir gün MTN-dən ona zəng gəlib: "Zəng edən müstəntiq bildirdi ki, məni Vüsal Ələkbərov MTN-ə çağırır. Mən MTN-ə gəlməyəcəyimi bildirdim. Bir qədər sonra həmin müstəntiq yenə də zəng vurdu və bildirdi ki, Vüsal Ələkbərov ilə əlaqə saxlayım. Mən bundan sonra Vüsal Ələkbərovla əlaqə saxladım. Həmin gün Vüsalla MTN-in arxasında görüşdük. Mənimlə qardaşım və qaynım haqqında danışdı. Onların həbsdən azad edilməsi üçün hər biri tərəfindən 2 milyon manat ödənilməsini tələb etdi. Bildirdim ki, bu qədər pulumuz yoxdur. Bundan sonra Vüsal bir söz demədi və getdi. Bu söhbətin üstündən iki ay keçdi, fikirləşdim ki, yazıqları gələr sərbəst buraxarlar. Amma buraxmadılar. Mən də Eldar Mahmudovun qəbuluna getdim. Eldar müəllim bildirdi ki, onların işləri araşdırılacaq, lazımı köməklik göstəriləcək". Arzu Kazımov qeyd edib ki, bundan sonra MTN-in Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevlə görüşüb: "Xidməti otağında qardaşımın və qaynımın həbsdən azad edilməsi üçün tələb olunan məbləğin verilməsini dedi. Ona da dedim ki, istənilən pulu verən deyilik. Həmin vaxt Vüsal Ələkbərov da orada idi. Sonradan qohumlarım təzyiqlərə dözməyib pulu ödədilər. Bu gün də banklara pul ödəyirlər”. A. Kazımovun ifadəsinə münasibət bildirən Vüsal Ələkbərov isə bildirib ki, Nizami Kazımov və Hüseyn Səfərovdan pul tələb etməyib: "Onlar zərərçəkmişlərə dəymiş ziyanı ödədikdən sonra azadlığa buraxıldılar". Daha sonra iclasda MTN-nin baş istintaq idarəsində, hazırda isə DTX-da müstəntiq işləyən Rövşən Hüseynov ifadə verib. Ona “Texnikabank” ASC-nin sədri Etibar Əliyev və digərlərinin istintaqının aparılması ilə bağlı suallar verilib. O, qeyd edib ki, həmin iş üzrə şahid qismində keçən və hazırkı cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış iş adamı Akif Qurbanovu tanımayıb, onunla əlaqə saxlamasını, MTN-ə çağırılmasını xatırlamır. Məhkəmə prosesi aprelin 28-də davam edəcək. Geri dön |