Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İkinci Qarabağ müharibəsi qaçılmazdır
İkinci Qarabağ müharibəsi qaçılmazdır |
Dosent, Babək XALİSTÜRK
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olunmasına qəti şəkildə köklənib. Bu konfliktin hərb yolu ilə həlli yoxdur.” Bu ABŞ-nin Dağlıq Qarabağ probleminə dair mövqeyidir və bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland tərəfindən səsləndirilib. Bu mövqeyin mahiyyətində Azərbaycanı münaqişənin hərb yolu ilə həllindən çəkindirmək durur. Azərbaycan torpaqlarının 20%-ə qədərini itirmiş, bir milyon qaçqını olan və minlərlə şəhid vermiş ölkədir. Bu səbəbdən də hansı dövlətin ortaya qoymasından asılı olmayaraq, belə bir mövqe Azərbaycan Respublikasını qətiyyən qane edə bilməz. Atəşkəs imzalandıqdan 18 il keçməsinə baxmayaraq, Azərbaycan torpaqlarının bircə qarışının belə geri alınmasına köməklik göstərməyən ABŞ-nin bu mövqeyi başa düşülən deyil. Ermənistan təcavüzkar dövlətdir, Azərbaycanın torpaqlarını zəbt edib. Tarixi faktlar sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi ərazisidir. Bütün bunlar heç bir müzakirənin predmeti ola bilməz. Məsələ bu qədər aydın olduğu halda, konfliktlə bağlı danışıqlara bu qədər vaxtın sərf olunması Azərbaycanın mənafeyinə böyük sayğısızlıqdır. Hər şeydən göründüyü kimi, Azərbaycanın torpaq itirməsindən ABŞ əsla narahat deyil. Bu illər ərzində işğalçı Ermənistana, Dağlıq Qarabağ separatçılarına göstərdiyi yüz milyonlarla dollar yardımı ABŞ-nin Azərbaycan torpaqlarının işğalına, yumuşaq desək, biganəliyindən xəbər vermirmi? Bu gün ABŞ ona görə narahatdır ki, Azərbaycan itirilmiş torpaqlarını müharibə yolu ilə geri qaytarmağa məcburdur. Müharibə baş verərsə, regionda ara qarışacaq və Bakı-Ceyhan neft kəmərinə ziyan dəyəcəyi labüddür. Ermənilərin bütün davranışları sübut edir ki, onlar Azərbaycan torpaqlarından dinc yolla çıxmaq fikrində deyillər. Məgər bu sadə həqiqəti ABŞ başbilənləri anlamırlar? Şübhəsiz, gözəl anlayırlar. Bəs nə üçün lazımı şəkildə fəaliyyət göstərilmir, konfliktin obyektiv və sürətli həllinin reallaşmasına cəhd göstərilmir və bütün bunlar az imiş kimi, Azərbaycan fəaliyyətsizliyə səslənilir? ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan ABŞ əslində bu qrupdakı digər iki dövlətin – Rusiya ilə Fransanın Azərbaycan barədə arzu və istəklərinin həyata keçirilməsinə tamaşa etməklə məşğuldur. Onların arzu və istəklərinin nədən ibarət olması isə hamıya məlumdur… Bu gün Ermənistan adlanan torpaqların hamısı tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqları əlimizdən alıb erməniləri orada yerləşdirən ilk növbədə Rusiya və Fransa olub. Eləcə də, Qarabağın ermənilərin əlinə keçməsi üçün Rusiya və Fransa nələr etməmişlər? Məsələyə real yanaşsaq, Qarabağı Rusiya və Fransa zəbt edib. Bu iki dövlət indi də min bir oyundan çıxır ki, Qarabağ ermənilərin əlində qalsın. Dağlıq Qarabağ konfliktinin qısa müddət ərzində sülh danışıqları ilə çözülməsinin yeganə yolu ATƏT-in Minck qrupundan Rusiyanın və Fransanın vaxt itirmədən uzaqlaşdırılması ilə əlaqədardır. Bu zərurət qəbul edilmədikcə konfliktin sülh yolu ilə həllinin mümkünlüyünü iddia etmək adi boşboğazlıqdır. Şübhəsiz, Qarabağın işğal olunmasına və bu günə qədər ermənilərin əlində saxlanmasına farsların da xeyli yardım etdiyini yaddan çıxarmaq olmaz. Şimali və Cənubi Azərbaycanda 50 milyonluq Azərbaycan türkunə qarşı yönəlmiş Allahsız əməlləri müqabilində indi dizləri əsən bir ovuc fars şovinisti, günahkar bəndələrin yetim-yesirə sədəqə payladığı kimi, ermənilərə sədəqə göndərməklə qəlbini təmizləyir. Lakin fars şovinistlərinin başlarının üstünü almış ölüm kabusundan qurtula bilməyəcəkləri gündən-günə daha da aydınlaşmaqdadır… Bir sözlə, Azərbaycan işğal altındakı torpaqlarını tezliklə geri almalıdır. Sülh yolu ilə mümkün olmadığından torpaqlar müharibə ilə azad edilməlidir. Bu Azərbaycan türklərinin iradəsidir. Bizə heç kim mane ola bilməz. Bütün beynəlxalq normalar Azərbaycanın tarixi torpaqlarını hərb yolu ilə azad etməsinin əleyhinə deyil. Geri dön |