Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Eldar Həsənov Monteneqroda Azərbaycan bayrağını qaldırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Eldar Həsənov Monteneqroda Azərbaycan bayrağını qaldırıb

Eldar Həsənov Monteneqroda Azərbaycan bayrağını qaldırıb


Aprelin 24-də Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi rəsmi fəaliyyətə başlayıb.
Paytaxt Podqoritsa şəhərində nümayəndəliyin rəsmi açılış mərasimi keçirilib.


Diplomatik nümayəndəlikdən bildiriblər ki, açılış mərasimində Monteneqronun dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri, ölkədəki diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov nümayəndəliyin binasının qarşısında Azərbaycan bayrağını qaldırıb.
Açılış mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının dördüncü ildönümünə təsadüf edir. Belə ki, Azərbaycan ilə Monteneqro arasında diplomatik əlaqələr 2008-ci il aprelin 24-də qurulub.

Son iki ildə əlaqələr dinamik şəkildə inkişaf edir və qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Bu müddət ərzində Monteneqro Prezidenti Filip Vuyanoviçin, xarici işlər və Avropaya inteqrasiya naziri Milan Rocenin Azərbaycana ilk rəsmi səfərləri olub.

Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və iqtisadi inkişaf naziri Şahin Mustafayevin ötən il Monteneqroya ilk səfərləri həyata keçirilib. Qısa müddətdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə dair ikitərəfli 6 saziş imzalanıb və əməli əməkdaşlıq, tərəfdaşlıq əlaqələri möhkəmlənməkdədir.
Monteneqro Qərbi Balkan və Adriatik regionunda əlverişli coğrafi və strateji mövqeyə malikdir və Azərbaycan Respublikası ilə bütün sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıdır. Cari ilin iyun ayında Monteneqronun Avropa İttifaqına üzv ölkə kimi qəbul olunması ilə bağlı danışıqlara başlanılmasına dair qərarın veriləcəyi və həmçinin yaxın gələcəkdə NATO-ya üzv olacağı gözlənilir.

Geri dön