Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həbsdə olan Güney Azərbaycanlı fəalların işi Təbrizin İnqilab Məhkəməsinə göndərilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Həbsdə olan Güney Azərbaycanlı fəalların işi Təbrizin İnqilab Məhkəməsinə göndərilib

Həbsdə olan Güney Azərbaycanlı fəalların işi Təbrizin İnqilab Məhkəməsinə göndərilib


5 nəfər azərbaycanlı fəalın dosyesi Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib.Milli təhlükəsizliyin əleyhinə qrup yaratmaq, sistemin əleyhinə təbliğ etmək kimi qondarma ittihamlarla Təbrizin ümumi istintaq idarəsində müstəntiq Haşimzadə tərəfindən sorğu-suala tutulan azərbaycanlı fəallar İbrahim Rəşidi (Savalan), Mehrdad Kərəmi, Ruzbeh Səadəti, Əfşin Şəhbazi və Məhəmməd Əhədinin dosyeləri hakim Həmlbərə göndərilib.Qeyd edək ki, azərbaycanlı fəalların vəkili Cəfər Əfşarniya saxlanma qərarının uzadılmasına etiraz edib, lakin etiraz məhkəmə tərəfindən rədd edilib və qərar öz qüvvəsində qalıb.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəallar hazırda Təbrizin mərkəzi zindanında saxlanılırlar. Onlar, mühakimə olunacaq günü və barələrində çıxarılacaq qərarı gözləyirlər.

Geri dön