Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil»
Fərəc Quliyev: «İcazəli aksiyadan sui-istifadə etmək, ölkənin imicinə zərbə vurmaq düzgün deyil» |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin ingilisdilli aksiya keçirən "müxalifət"lə bağlı "Kaspi" qəzetinə açıqlaması
Özünü müxalifət adlandıranların cəmləşdiyi İctimai Palata (İP) adlandırılan qurumun aprelin 22-də keçirdiyi növbəti aksiya kütləviliyi ilə yadda qalmasa da, müşahidə edilən bəzi məqamlarla diqqət çəkdi. Hər şeydən öncə "müxalifət" "lider"ləri adətləri üzrə mitinqə sosial sifariş donu geyindirməyə cəhd etdilər. Amma aksiyada insanların azlığı, xüsusən də şüarların böyük əksəriyyətinin əcnəbi dildə olması onların söylədiklərini şübhə altına qoydu. İstər-istəməz ortaya belə bir sual yarandı. Əgər bu mitinqlər həqiqətən də Azərbaycanın ictimai rəyinə hesablanmışdısa, sosial sifariş idisə, o zaman nəyə görə iştirakçılar, əcnəbi dildə şüarların əks olunduğu plakatlara daha çox üstünlük veriblər? Çox primitiv, savadsız şəkildə hazırlanan belə şüarlara diqqət yetirəndə başqa maraqlı məqamlar da üzə çıxır. Məlum olur ki, əcnəbi dildəki şüarların mahiyyətini insanların hər hansı sosial problemi deyil, may ayında Azərbaycanda keçiriləcək “Eurovision” yarışmasına etirazlar təşkil edir. Bu da onu deməyə əsas verir ki, aksiya insanların təbii ehtiyacından irəli gəlməyib və yalnız "müxalifət" "lider"lərinin şəxsi maraqlarına hesablanıb. Onlar aksiyanı “Eurovision” mahnı müsabiqəsinin əleyhinə yönəltməklə, bir növ xarici ölkələrin diqyətini özlərinə cəmləyib, onlara mesaj göndəriblər. Bununla demək istəyiblər ki, guya biz də dünya «standartlarına» uyğun aksiyalar keçirməyi bacarırıq. Aksiyada özünü qabarıq şəkildə göstərən başqa bir məqam Müsavat divanının və İctimai Palata Koordinasiya Şurasının üzvü Ərəstun Oruclunun canfəşanlığı idi. Özünü politoloq kimi cəmiyyətə təqdim edən bu adam “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri olmaqla yanaşı, Almaniyanın “Azadlıq Naminə” Fridrix Nauman fondunun Azərbaycan üzrə təmsilçisi funksiyasını da həyata keçirir. Bu fond müxtəlif QHT-lərə qrantlar verir, müxtəlif siyasi layihələri maliyyələşdirir. Fondun Azərbaycandakı "radikal müxalifət" partiyaları, xüsusən də "Müsavat"la sıx əlaqələri də mövcuddur. Özünü qərəzsiz, vətəndaş cəmiyyətinin təmsilçisi kimi göstərmək istəyən Ə.Oruclu da bu fondla əməkdaşlıq edərək, aksiyanın təşkilində aktiv rol oynayıb. Hətta mitinqi işıqlandırmaq üçün əcnəbi media mənsubları, o cümlədən almaniyalı jurnalistlər də dəvət olunub. Belə hal bir daha onu təsdiqləyir ki, Azərbaycanın "radikal müxalifət" partiyalarının keçirdiyi aksiyaları F.Nauman fondunun vəsaitləri hesabına Almaniya maliyyələşdirilir. Çünki, son vaxtlar məhz Almaniya mətbuatında Azərbaycana qarşı kampaniya aparılır. Alman mətbuatı bəzi siyasi ambisiyaların təmin olunması üçün ölkəmizdə həyata keçirilən islahatlara, Azərbaycanın uğurlarına qara yaxmağa çalışır. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların ölkədaxili proseslərlə, o cümlədən aksiyalarla da maraqlandığını bildirib. O, hansısa xarici fondun və ya təşkilatın ölkə əhalisindən istifadə etməklə daxilimizdə qarışıqlıq törətməyə cəhd etməsinin heç bir nəticə verməyəcəyini qeyd edib: “Mitinqdə xarici dildə şüarların səslənməsinə, “Eurovision” yarışmasına kölgə salmağa gəlincə, kim nə tədbir keçirir-keçirsin milli maraqlar hər zaman öndə tutulmalıdır. Hər kəsin qrup, fərdi və partiya marağı ola bilər. Amma bütün bu maraqlar zamanı gələndə milli maraqlara qurban verilməlidir. Əgər hakimiyyət tərəfindən aksiyalar keçirməyə icazə verilibsə, bundan sui-istifadə eləmək, ölkənin imicinə zərbə vurmaq isə ümumiyyətlə düzgün deyil. Heç o mitinqə gələn min nəfər adamın iradəsi də bütövlükdə xalqın iradəsi kimi təqdim edilməməlidir. Bu bir qrup adamın iradəsi əsasında formalaşan aksiyadır. Onlar da gedib orda öz fikirlərini bildiriblər. Əgər bu mitinq sosial sifariş olsa idi cəmiyyətin içindən gələn suallara cavab axtarılmalı idi. Hər hansı problemin həll edilməsi üçün alternativ fikirlər, proqramlar təqdim edilməliydi. Ancaq təəssüf ki, bunların heç biri aksiyada müşahidə olunmadı”. Partiya sədri Azərbaycanda beynəlxalq səviyyəli musiqi yarışmasının keçirilməsini ölkəmizin nailiyyəti, uğuru kimi qələmə verib. Deyib ki, bundan istifadə edib Azərbaycanı daha da tanıtmağı bacarmalıyıq: “Amma bunun əksinə olaraq, qarayaxma kampaniyası aparıb ölkənin imicinə ləkə gətirmək düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Mən bunu qəbul etmirəm. Bununla həmin adamlar özlərini cəmiyyət arasında daha da nüfuzdan salırlar”. Ərturan İSMAYIL Geri dön |