Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclərin Töhfəsi İctimai Birliyi tədbir keçirib
Gənclərin Töhfəsi İctimai Birliyi tədbir keçirib |
Tarix boyu baş vermiş bir çox hadisələrin dəqiq araşdırılmaması və ya bu hadisələr haqqında yazılı mənbələrin saxtalaşdırılması bir çox mübahisəli, təhrif olunmuş fikirlərin yaranmasına səbəb olur. Bu cür təzad və ziddiyyətlərdən istifadə edərək, eyni zamanda məqsədyönlü siyasi don geyindirməklə tarixi hadisələrin özlərinə sərf edəcək xronologiyasını dünya ictimayyətinə çatdırmaq istəyən bəzi dövlətlər mövcuddur. Ən acınacaqlısı və təəccüblüsü də odur ki, bu dövlətlərdən ən tanınmışı olan Ermənistana, bir çox dünya ölkələrinə demokratik dəyərləri və insan haqlarını hər şeydən üstün tutan, sözdə örnək, nümunəvi dövlətlər sayılan ölkələrin dəstək verməsidir. Belə ki, tarix boyu türklərə qarşı ağlasığmaz, xüsusi amansızlıq və qəddarlıqla qırğınlar və qətliamlar həyata keçirən ermənilər bu gün həyasızcasına özlərinin soyqırıma məruz qaldıqlarını iddia edirlər. Xüsusi qeyd etmək lazımdır ki, ermənilərin törəkdikləri bu qırğınların çoxu ən yeni tariximizə, yaxın bir neçə ilə təsadüf etməklə, hətta bu gün də davam edir.
24 aprel 2012-ci ildə Abşeron rəsm qalereyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Kreativ Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icrasına keçən il 24 aprel tarixində başlanılmış “Gerçəyin özü” adlı layihə çərçivəsində erməni vəhşiliklərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edildi. Sərginin məqsədi bizə qarşı yönəlmiş erməni millətçilərinin məkirli, açıq düşmənçilik siyasətini, eyni zamanda bizlərə qarşı törədilmiş ən qanlı cinayətlərin, terror və soyqırımların bütün dünya ictimaiyyətinə çatdırılmasıdır. Bununla bərabər ermənilərin bu ağlasığmaz cinayətlərin müəllifləri olmalarına baxmayaraq, dünyada «uydurma soyqırıma» məruz qalmış xalq imicinin yaradılmasının və bunun bizlərə qarşı məqsədyönlü təzyiq vasitəsi kimi istifadə etmələrinin qarşısının alınmasıdır. Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Abşeron rəsm qalereyasının direktoru Eldəniz İbrahimov, TÜSAİB-ın baş katibinin köməkçisi Səməd Hacıyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Kreativ Gənclər” İctimai Birliyinin sədri İsmayıl İsmayılov, bir çox tələbə və şagirdlər iştirak edirdi. 3 gün davam edəcək sərgidə erməni vəhşiliklərini əks etdirən 70-ə yaxın foto nümayış etdirilir. Geri dön |