Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazim Nəsrəddinov: Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Nazim Nəsrəddinov: Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında

Nazim Nəsrəddinov: Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında


Araşdırmaçı araşdırıcıya deyirlər
və yaxud
Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında


Nazim Nəsrəddinov: Bir  daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında

Mövzusuna və tanıdığım müəllifə görə mənə maraqlı görünə bilən bir yazını oxumalı oldum.Söhbətin hədən getdiyini bilmək istəyirsinizsə, fərqli şriftlə ( Times New Roman, ölçü 4) yığılmış hissələrə diqqət yetirin. Bu,nəşrlərdən birinin ozünü Ünsizadələrin kötücəsi hesab edən maraqlı fikirləri olan Zaur Səmədovla müsahibəsidir.Müsahibə oxuculara o qədər maraqlı görünüb ki, saytların birində 12 gün ərzində(0.04.2017) ona 109 034 dəfə baxılıb.
Müsahibədə mətbuat tariximiz üçün maraqlı ipucuları olsa da,tədqqiqttçıları karıxdıra bilən xeyli yerinə düşməyən təriflər,tənqidlər, qeyri -ciddiliklər də vardır.Hələ ki güşc deyil,onlara filoloji mümasibət bildirilməlidir.
Haşiyə. Times Nevv Roman,4 nömrəli ölçü ilə yazılankar.müsahibə aparanın və ona müsahibə verənin sözləridir.Qalanları -qara şiriftlilər.mənim qərəzsiz münasibətimi əks etdirən işıqlı fikirlərimdir.
Başladıq....
--------------------------------------------------------------------------------------------

"Zaur Səmədov Azərbaycan mətbuat tarixinin, qəzetçilik ənənələrinin formalaşmasında əvəzsiz xidmətləri olan, "Ziya", "Ziyayi-Qafqaziyyə", (Mətbuat tarixçilərinin yadında qalsın."Ziyanın davamı olan qəzartin adı "Ziyayi-QafqaSiyyə"dir-N.N.)"Kəşkül" kimi nəşrlərin yaradcıları olan Ünsizadə qardaşlarının kötücəsidir. O, davamı olduğu ziyalı nəsli ilə bağlı araşdırmalara başlayıb. Z. Səmədov deyir ki, sovet vaxtı Ünsizadələrlə bağlı bütün məlumatlar silinib və onlarla bağlı aparılan tədqiqatlar yalnış olub.



(Tədqiqatçı üçün xoşagəlməz iddiadır. Sovet dövründə aparılan bütün tədqiqatları birmənalı şəlildə qiymətləndirmək olmaz-N.N.)



Onun sözlərinə görə, onların yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyi fikirləri irəli sürülüb. Lakin son araşdırmalar və əldə olunan faktlar isə bu deyilənlərin tam əksini söyləməyə imkan verir.

(Burada söz demək üçün tədqiqat obyekti ciddi araşdırılmalı,qələm əhli mövzunu mütləq oxumalıdır.

Mən inanmıram ki,istedadlı gənc olan, infilis,rus və Azərbaycan dillərini yüksək məclislərdə həm diı,həm də hər bir dilə məxsus olan xüsusi jestlərlə göstərməyi bacaran Zaur Səmədov "Ziya" qəzetinin (1879-1884) bir səhifəsini oxumuş olsun.Onun "Ziya" ilə maraqlanması öz nəsil şəcərəsinin tariximizdəki müəyyn polunu göstərməkdir.Amma burada simpatiya və rəğbətə alüdəçilik yaxşı nəsnə deyil-N.N.).

Yeni tədqiqatlarla tarixin közərən izlərini alovlandırmağı qarşısına məqsəd qoyan Zaur Səmədov müsahibəsində heç kimin bilmədiyi faktları açıqlayıb:

(Ay xəbərçi qardaş,Zaurun belə gurultulu tərifə ehtiyacı varmı?-N.N.)

-Zaur bəy, öncə Ünsizadələrlə olan bağlılığınızdan, qohumluq əlaqələrindən danışaq...

-Ünsizadə 18-ci əsr yazıçısı Əbdürrəhman əfəndinin təxəllüsüdür. 3 qardaş - Səid, Cəlal və Kamal əfəndi atalarının ölümündən sonra bu təxəllüsü soyad kimi götürüblər və bundan sonra bütün nəsil Ünsizadələr nəsli olaraq tanınır.(Məlumatı dəqiqləşdirirəm.Əbdürrəman Əfəndi şeirlərini "Ünsi"təxəllüsü ilə yazıb-N.N.) Çox təəssüf ki, bizim nəslin arxivi sovet dövründə tamamilə silinib. Bizdə qalan yeganə ipucu soyadımız və xatirələrimizdir. Nənəm Elmira Ünsizadənin (Səmədovanın-N.N.) xatirələrinə əsasən deyə bilərəm ki, biz Səid Ünsizadədən gəlirik... Ünsizadə soyadı bizim üçün çox önəmlidir.

-Bildiyim qədərilə soyadınız fərqlidir. Bu önəmli soyadı rəsmi olaraq daşımağı düşünürsünüzmü?

-Düzdür, soyadım Səmədovdur. Çünki Ünsizadə soyadı mənim atamın anasına məxsusdur. Lakin artıq Ünsizadə soyadını qəbul etmişik və mən ikili soyad daşıyıram: Zaur Ünsizadə Səmədov..



.(Matronim soyad anlayışı var; kişi həyat yoldaşının soyadını qəbul edir.

Bu,Azərbaycanda yaxşı qəbul edilmir.Söhbətimizdə mən bunu Zaura demişdim.Amma Zaur, görünür, mənim tanıdıqlarm adamlardan biri kimi hərəkət edib.Dediyim adam, həmişə mənə zəng edər,məndən guya məsləhət alardı. Sonralar məlum olurdu ki, Usub kişi öz dediyi kimi hərəkət edib. Mənim uzun-uzadı məsləhətlərim onun üşün ,sən demə, LAF QƏQİQƏLƏRİ imiş-N.N.).

Mən düşünürəm ki, düzgün bir hərəkət etmişəm. Çünki istəməzdim ki, bu soyadı itirək. Mənim ulu babam Hacı Məmməd Ünsizadə nəslin Şamaxıda qalan yeganə nümayəndəsi olub və o, bu soyadı qoruyub. Bizdən başqa heç kim bu soyadı daşımır. Ona görə də onu yaşatmalıyıq.

(Zaur mənim "Dünyaya səpələnmiş Ünsizadələr" məqaləmi oxuyub.

Dünyada Ünzizadələr çoxdur.90-cı illərdə mən Bakıda yaşayan Ünsizadələrin sorağına şıxmışdım.Azərpoçtun müdiri dostum,qonşum Əfsanə Hidayət müəllimdən xahiş etdim ki,Bakıda Ünsizadə soyadlı abunəçilərin telefon nömrəsini tədqiqat işi ilə əlaqədar- onlarla əlaqə saxlamaq üçün, mümkünsə, mənə versin.

Hörmətli qonşumuz Hidayət müəllim,görünür, əməkdaşlarını bu məsələnin araşdırılmasına yönəldə bilmişdi. O,təxminən 10-15 gündən sonra mənə bir siyahı verdi.Sən demə, Bakıda Ünsizadə soyadlı 2 telefon abunəçisi var imiş.Onlardan biri XƏzər Dəniz Gəmiçiliyi İdarəsində işləyiən, Həsənoğlu küçəsində- qonşuluğumuzda-üz-üzə binada qeydiyyatda olan Ədhəm müəllim imiş. Təəssüf ki, Ədhəm nüəllimlə -Zaurun atasının dayısı ilə söhbətləşə bimədim. O,vəfat etmişdi.

İkinci abunəçi Ünsizadə Tbilisi prospektində yaşayırdı. Hər dəfə telefona qoca bir qarı cavab verirdi.Yaddaşı zəifləmiş qadın idi.Nə qədər cəhd etsəm də, evin nisbətən cavan sakinləri telefona cavab vermirdilər.

Başqa kanallarla Bakıda nəqliyyat idarələrinin birində dəmirçi işləyən,SOSİALİZM YARIŞININ QALİBİ olan bir Ünsizadənin də sorağına düşdüm. Onu da Dərnəgüldə nə qədər arasam da,tapa bilmədim.

Zaurun nənəsi doktor Səmədova ilə LEÇKOMİSSİYANIN poliklinikasında rastlaşdım. Məni ora Xeyrulla müəllim yönəltmişdi.Qohumumuz Mahirə xanım Şahalı qızı ilə 9-cu kabinetdə işləyirmiş ..Sonralar doktor Elmira xanımgil "Gənclik"dəki mənzillərini dəyişdilər,telefon əlaqələrimiz kəsildi-N.N.).

-Araşdırmaya nə zaman başlamısınız, ümumiyyətlə bu işə başlamağınıza səbəb nə oldu?

-Beşinci sinifdən artıq bilirdim ki, biz Ünsizadə qardaşlarının varisiyik. O zaman başa düşmürdüm çox şeyi. Bilmirdim onlar nə ediblər, Azərbaycan tarixində hansı izlər qoyublar. Atam həmişə nənəmdən danışırdı. Nənəm daim Səid, Cəlal və Kamal əfəndini axtarıbmış. Onların qəbrinin tapılması nənəmin vəsiyyəti olub... Bizim ailədə belə bir qanun var, nəsildən nəslə arxiv keçir. Bizdə iki böyük nəsil var, nənəmin anası tərəf İsrafilbəyovlar və nənəmin atası tərəf Ünsizadələr. Ona görə də onların bütün arxivləri gəlib bizə çatır. Anamın köməyi ilə mən bu "xəzinə”ni əldə etdim. Burda əlyazmalar, 2500-ə yaxın ulu babalarımın dostları ilə olan və başqa çox əski şəkillər var idi. İnanmazdım ki, bizdə belə arxivlər var. Bir çox yazıları, məqalələri tapdım. Bundan sonra məndə araşdırmağa maraq yarandı.

( Nazim Nəsrəddinovun məqalələrini oxudum, sonra özü ilə görüşdüm, ondan xeyli məlumatlar aldım Çox sağ ol.Təşəkkürlər-N.N.)

Daha sonra bir neçə dəfə Ədalət Tahirzadə ilə görüşdüm. Onun köməyi ilə Türkiyəli professor Yavuz Akpınarla görüşdüm.

Bundan sonra araşdırma işi başladı.

Araşdırma prosesində gördüm ki, məlumat həddindən artıq azdır.



İndiki alimlərin araşdırmaya marağı azalıb, sadəcə dövrün alimlərinin etdiyi araşdımalarla kifayətlənirlər. Onların əsas fəaliyyət dönəmi Türkiyədə olduğuna görə məlumat qıtlığı mövcuddur. Bundan sonra düşündüm ki, bu tədqiqatın bir hissəsi mən olmalıyam.

-Ünsizadələr haqqında heç kəsin bilmədiyi hansı faktları əldə etmisiniz?

-Belə bir fərziyyə ( bu,fərziyyə yox,faktdır-N.N.)var ki, Ünsizadə qardaşları "Kəşkül” qəzeti bağlanandan sonra İstanbula gedib bir daha qayıtmayıblar. Amma Ə. Hüseynzadənin arxivindən tapılan məlumat sübut edir ki, onlar sonra yenidən Azərbaycana gəliblər.



(Səid Ünsizadənin 1890-cı ildən sonra Azərbaycana gəlməsini hələlik heç bir sənəd təsdiq etmir-N.N.)...



Cəlal əfəndinin "Bi-Şübhə və Bi-Şek” əsəri var ki, burda Cəlal Ünsizadənin Əli bəyə göndərdiyi məktubu, satirik şeirləri var.

Əsər Cəlal Ünsizadə, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin 1918-ci ildə Nuru Paşanın İslam ordusu ilə birikdə Gəncəyə gəldikləri məlumatıyla başlayır. Yəni Cəlal Ünsizadə bura qayıtmışdı. Cəlal əfəndi sağ idi, amma "Həyat” qəzetində çıxan məqalədən biz bilirik ki, Səid əfəndi artıq 1905-ci ildə dünyasını dəyişmişdi.

Cəlal və Səid əfəndinin Türkiyə dönəmini ümumiyyətlə heç kim bilmir. Səid Ünsizadə İstanbulda qalsa da, Cəlal Ünsizadə İstanbuldan Ankaraya köçür.

Bu da Cəlal əfəndinin Əli bəyə yazdığı məktubdan məlum olur. 1926-cı ilə kimi Cəlal əfəndi yaşayıb. Və Ankarada mətbuat müdirliyində işləyib.

C. Ünsizadə ilə bağlı bir çox məlumatlar var. Türkiyə tarixçisi (Zəki Toğan başqırdır-N.N.) Zəki Toğanın xatirələrində də çox maraqlı məlumatlar mövcuddur.

Osmanlı arxivindən isə onun II Sultan Həmidin kitabxanasında müdir işləməsi haqqında məlumat göstərilib...

(Bu faktları ilk dəfə professor X.Məmmədob 40 il bundn əvvəl deyib-N.N.).


S.Ünsizadə haqqında son məlumatı Atamalıbəyovun Əli bəyə ünvanladığı məktubundan alırıq, o yazır ki, Hacı Səid əfəndi dünyasını dəyişib və bu məlumatı "Həyat” qəzetində çıxarmağını xahiş edir... K. Ünsizadə haqqında məlumatlar isə çox təəssüf ki, olduqca azdır.

(Səid Ünsizadənin ölum və ölüm tarixlərini 30 il bundan əvvəl mən müəyyənləşdirmişəm.Səid Əfəndi Ünsizadə 1825,Şamaxı- 1905,istanbul)-N.N.)

Çoxları düşünür ki, Səid və Cəlal Ünsizadə həddən artıq dindar olublar, amma bu dügün fikir deyil. Əgər "Ziya” qəzetini oxusanız görərsiniz ki, onlar sadəcə insanlara kömək etmək istəyirdilər və düşünürdülər ki, dinə fanatik şəkildə inanmaq yox, dini daha çox elm kimi öyrənmək daha düzgündür...

Türk dünyasının atası sayılan İsmayıl bəy Qasprinskinin birinci məcmuəsi də Tiflisdə Ünsizadə qardaşlarının mətbuatında işıq üzü görüb. İsmayıl bəy Ünsizadələr haqqında gözəl fikirlər söyləyib, onların gördüyü işin vacibliyini vurğulayıb və "Ziyayi-Qafqaziyyə” adlı məqalə də yazıb.



( İ.Qasprinskinin 1881-ci ildə Tiflisdə Ziya" mətbəəsində çap etdirib. 4 səhifəlik "TUNĞUÇ" jurnalı haqqında ilk elmi məqaləni mən yazmışam. Burada bütöv bir səhifə Ünsizadələrin xidmətlərinə həsr edilmişdir.

Səd təəssüf ki,Kırımdan - İ.Qasprinskinin ev -müzeyindən Zaur Səmədova onun xahişi ilə göndərilmiş transliterasiya materiallarında bu məqalədən bir kəlmə də olsun danışılmır.

Zaur bu materialları FACEBOOK dostlarrı ilə paylaşıb-N.N.)



Bir məlumatı da sizlə paylaşmaq istəyirəm, bu məlumat heç yerdə yoxdur, şəxsi ailə məlumatıdır. Demək, Ünsizadə qardaşları köçüb gedirlər. Bir müddət sonra bir məktub gəlir, bu artıq onların övladlarından gələn məktub idi. Və məktub göndərilir mənim ulu babam Mustafa Ünsizadənin bacısı Sona xanım Ünsizadəyə.bir məktub göndərir. Sona xanım məktubu alır və gizlədir (fərqləndirmələr mənimdir-N.N.)

Bildiyimizə görə, məktubda onların dəqiq yaşadığı ünvan haqda məlumatlar var idi. Nənəm məktubu Sona xanımdan almağa çalışsa da, çox təəssüf ki, o, məktubu vermir. İndiyə kimi məktubun aqibəti heç kəsə məlum deyil və onu gizlətməklə demək olar ki, o xanım tarixin üstündən xətt çəkmiş olur.

Saytda həmçinin "Ziya” qəzetinin elektron versiyasını yerləşdirməyi düşünürük.

(Ehtiyatlı ol,Zaur.AMEA-da bu işin bir hissəsi görülüb.Alin m qardamşlarımız "Ziya"nı yaman gönə qoyublar.Açması başqa məqalədə göstəriləcək-N.N.)

Çox istəyirəm ki, muzey yaradılsın. (Yenə də ehtiyatlı ol.Bu məsənəni səndən qabaq deyənlər çoxdur-N.N.).

Ünsizadələr haqqında həm bədii kitab, həm də tarixi kitab çıxarmaq haqda fikirləşirik. "Ünsizadələrin izi ilə” adlı tədbir keçiriləcəyi də gözlənilir. Kifayət qədər fərqli-fərqli ideyalarımız var. Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə də fəaliyyətimizi genişləndiririk. Türkiyədə "Ünsizadələrin izi ilə” adlı tələbələrdən ibarət könüllülər dəstəsi var. Onlar mənə kömək etmək məqsədilə kiçik bir qurum yaradıblar. Bundan başqa mənim Fransada, Kanadada, Hollandiyada qohumlarım var və onlar da bu mövzuda müxtəlif tədbirlər həyata keçirməyə çalışırlar. Bacardığımız qədər bu məsələni həm Azərbaycanda, həm də Türkiyədə təbliğ etmək istəyirik. Çünki əlaqələrin yaradılmasında, inkişafında onlar böyük rol oynayıblar...

Bu da məlumdur ki, Şamaxıda ilk məktəblərdən birini də məhz Səid əfəndi açıb. Amma indi həmin məktəb "Şamaxı-Avropa liseyi” adını daşıyır. Mən bundan narazıyam, düşünürəm ki, məktəbin adı dəyişdirilməməli idi. Və ya ən azından Ünsizadələrin adını daşımalı idi.



(Şamaxı Rayon Təhsil Şöbəsi 13.12.2014-cü ildə bu məktəbin 140 illil yubileyini təntənə ilə keçirdi.Təəssüf ki,Təhsil Nazirliyi hələ də bu yubileyə münasibət bildirməyib.S.Ünsizadənin yaratdığı bu məktəbin-"Məclis"Məktəbininin tarixi 1874-cü ilən başlayır.S.Ə.Şirvani, C.Ünsizadə , S.M.Qənizadə bu məktəbdə təhsil almışlar.Ünsizadələr daha böyük maarifçilik işləri üçünTiflisə köçəndən sonra məktəbin bütün ağırliğı S.Ə.Şirvaninin üzərinə düşüb-N.N.).

H. Əliyev vaxtilə Azərbaycan xalqının maarifçiləri sırasında Ünsizadələrin də adını çəkmişdi. İstəməzdim ki, onların bu qədər

(Ümummilli liderimiz H.Əliyevin imzaladığı Sərəncamda Cəlal Ünsizadənin adı yoxdur. Burada Səid(Sərəncamda texniki səhvə rast gəlinir. Rəsmi sənəddə "Səid" adı "SEYİD" kimi verilib.

Sərəncamda Səid Ünsizadənin maarifçilik görüşləri çox yüksək qiymətləndirilib-N.N.)

Səid əfəndinin qəbri tapılıb.

Məzar İstanbulda "Fatih Cami” qəbiristanlığındadır.
Nazim Nəsrəddinov: Bir  daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında

Baş daşında ölüm tarixi 1903-cü il yazılıb, amma bu biraz şübhə doğurur. Çünki "Həyat” qəzetində çıxan məqaləyə görə o, 1905-ci ildə vəfat edib. Məzar daşının üzərində diqqət çəkən belə bir ifadə var:

"Mənim haqqımda kim ətraflı məlumat almaq istəsə, kitabxanaları oxusun”.

Bundan əlavə qəbrin üzərində onun maarif şöbəsində işlədiyi və Şamaxıda anadan olduğu yazılıb.

Azərbaycanda da araşdırmalar gedir. Sözünü etdiyim Sona xanıma göndərilən məktubu tapmağa çalışırıq.

-Araşdırmların nəticələrini, yenilikləri ictimaiyyətə necə çatdırmağı düşünürsünüz?

-"Unsizade qardaşları” adlı feysbuk səhifəmiz var.

"Youtube”da məlumatlar yerləşdirməyi düşünürük. Və hazırda sayt üzərində işləyirik. Burda Ünsizadə qardaşları,

Ünsizadələr nəsli haqqında ətraflı məlumatlar və elektron şəcərə sistemi yerləşdiriləcək.

Saytda həmçinin "Ziya” qəzetinin elektron versiyasını yerləşdirməyi düşünürük.

Çox istəyirəm ki, muzey yaradılsın və ekspedisiyalar xalqımıza nümayiş olunsun.



(Zaur, müzey məsələsi sənlik deyil.Əslində bu məsələ,bu ideya deputat Cavanşir Əyyub oğlu Quliyevə aiddir.O,Bakıda mətbuat muzeyinin yaradılmasının vacibliyini lazım bilir.Mən də Ünsizadə qardaşlarınıb 40 illik tədqiqatçısı kimi,bu mövzuda onlarla məqalənin müəllifi kimi, çapa hazırladığım 500 səhifəlik kitabın müəllifi kimi bu ideyaya tərəfdaram.

Mən Mətbuat Muzeyinə Səid Ünsizadənin adının verilməsində israrlıyam.Yəqin ki,müxtəlif mətbu orqanlarında mənim Səid Ünsizadə adlı Mətbuat Muzeyi " məqaləmi oxumusan.

Muzey barədə yazırsan.Anma belə çıxır ki,bu sənin ideyandır.Bu,doğru yanaşma deyil.

İnanıram ki,yaradılağaq müzeydə mənə də gördüyüm işlərə uyğun layiqli bir iş tapılacaq.Etinasızlığın da,yəqin ki, buzu əriyəcək.

Necə deyərlər,çörəkçi çörək gözləyir.Birini də üstəlik-N.N.).

Ünsizadələr haqqında həm bədii kitab, həm də tarixi kitab çıxarmaq haqda fikirləşirik. "Ünsizadələrin izi ilə” adlı tədbir keçiriləcəyi də gözlənilir. Kifayət qədər fərqli-fərqli ideyalarımız var.

Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə də fəaliyyətimizi genişləndiririk. Türkiyədə "Ünsizadələrin izi ilə” adlı tələbələrdən ibarət könüllülər dəstəsi var. Onlar mənə kömək etmək məqsədilə kiçik bir qurum yaradıblar. Bundan başqa mənim Fransada, Kanadada, Hollandiyada qohumlarım var və onlar da bu mövzuda müxtəlif tədbirlər həyata keçirməyə çalışırlar.

Bacardığımız qədər bu məsələni həm Azərbaycanda, həm də Türkiyədə təbliğ etmək istəyirik. Çünki əlaqələrin yaradılmasında, inkişafında onlar böyük rol oynayıblar...
__________________________________________________________________________

Son söz əvəzi.

Tədqiqatda mövzuya həddindən artıq emosiya,rəğbət yaxşı nəsnə deyil.Yazırsan,yaz.Amma öz sözünü yaz.
Elə yaz ki,fikrin aydın,niyyətin təmiz olsun.

Uğurlar....



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı.
18.04.2017.

P.S. Zaur, Səid Ünsizadənin qəbrinin şəklini tapmısan.
Əgər bu, doğrudan da Səid Ünsizadənindirsə, axtarışların bəyəniləndir.
Səni bu münasibətlə ürəkdən təbrik edirəm.
Deyəsən,düyünlər açılır axı...

Geri dön