Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Qərb "İsgəndər" raketlərinə görə Ermənistanı cəzalandıracaq
Qərb "İsgəndər" raketlərinə görə Ermənistanı cəzalandıracaq |
Fərəc Quliyev: “Bölgəni təhdid edən bu hərəkətlərə görə İrəvan cəzalandırılmalıdır”
Elman Nəsirov: “Qərbin Rusiyaya qarşı təzyiqlərinin onun nəzarətində olan Ermənistana qarşı çevriləcəyi son dərəcədə realdır” Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırılması regionda nüvə müharibəsi təhdidi yaradır. Bu barədə ABŞ-da işıq üzü görən "Washington Times" nəşrində dərc olunmuş məqalədə deyilir. "Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistan ötən ilin payızında Rusiyadan "İsgəndər" raket sistemləri alıb. Bu, Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribat idi. Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xaraketeri daşımaqla bağlı siyasi xəttinə əsaslanır". Beləliklə, Ermənistanın ciddi təhdid mənəbyi olduğu açıq qeyd edilir. Bu mənada Qərbin Rusiyanın forpostu olan Ermənistana qarşı Moskva ilə yaşanan qarşıdurma fonunda hansısa addımlar atmasını gözləmək olarmı? Milli Məclisin deputatı Fərəc Quliyev də Ermənistanın cəzalandırılmalı olduğunu diqqətə çatdırdı: “Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərində nüvə başlıqlarının quraşdırılması kimi təhdidlər çoxdan mövcuddur. Ona görə də Qərb bu yolu tutanlara qarşı çoxdan tədbirlər görməli idi. Rusiyaya qarşı yönəlik sanksiyalar bu fonda əslində, Ermənistana da tətbiq olunmalıdır. Ukraynanın bir hissəsini işğal etdiyinə görə Moskvaya Qərb sanksiyalar tətbiq edib. Ermənistan da Azərbaycan ərazilərini işğal edib və bu təcavüz faktı BMT qətnamələrində göstərilib. Amma buna baxmayaraq, İrəvana heç bir sanksiya tətbiq olunmayıb. Ermənistan həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq həmin birliyin silahlarını da gizlətmək, saxlamaq funksiyasını da icra edir. İşğalçı ölkə silahlarla bağlı kvotaya da çoxdan əməl etmir. Artıq etiraf edirlər ki, “İsgəndər” tipli silahlar da arsenallarında var. Bununla hədələyirlər. Ermənistan rəsmiləri “Metsamor Atom Stansiyasından atom silahı kimi istifadə edəcəklərilə bağlı da ölkəmizi təhdid edir. O cümlədən “İsgəndər” raketlərinə nüvə başlıqlarının quraşdırılması ilə ondan istifadə olunacağı təqdirdə regiona da ciddi mənfi təsirləri olacaq. Ona görə də ABŞ başda olmaqla Qərb dünyası bu məsələlərlə bağlı Rusiya ilə yanaşı, Ermənistana da ciddi şəkildə sanksiyalar tətbiq etməlidir. Bölgəni təhdid edən bu hərəkətlər görə İrəvan cəzalandırılmalıdır”. Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Qərbin Moskvaya yönəlik təzyiqləri “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi və bu raketlərdə nüvə başlıqlarının quraşdırıla bilməsi fonunda İrəvana qarşı da çevrilə bilər: “Öncə onu qeyd edim ki, artıq Ermənistan mətbuatı, ziyalıları, işğalçı ölkənin düşünən beyinləri həyəcan təbili çalmağa başlayıblar. Onlar qeyd edirlər ki, Ermənistan iki istiqamətdə ciddi təhlükə hədəfinə çevrilə bilər. Birinci istiqamət onunla bağlıdır ki, Suriya böhranı fonunda ABŞ Rusiya münasibətləri gərgin müstəviyə qalxır. Artıq sanki soyuq müharibə dövrünə qayıdırıq. ABŞ Rusiya münasibətləri soyuq müharibənin başa çatmasından sonra heç zaman indiki qədər gərgin və mürəkkəb olmayıb. Bu fikir də erməni ekspertlərinin mövqeyidir. Belə olan təqdiqdə ABŞ başda olmaqla Qərb dövlətlərinin Moskvaya qarşı yeni sanksiyaları da işə salına bilər. Bu barədə Qərb dairələrində müəyyən məsləhətləşmələr də getməkdədir. Rusiya iqtisadiyyatı hazırda yaxşı olmayan bir dövr yaşayır. Yeni sanksiyalar isə bu ölkənin iqtisadiyyatını daha ağır duruma, iflic vəziyyətinə sala bilər. Ermənistan iqtisadiyyatının birbaşa olaraq Rusiya iqtisadiyyatı ilə bağlı olduğunu da nəzərə alsaq, sanksiyaların güclənməsi fonunda ən böyük zərbələrdən biri həmçinin İrəvana dəyəcək. İndinin özündə belə Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, əsas zərbələrdən birinin ona dəyməsilə isə bu ölkənin iqtisadiyyatı tamamilə çəkəcək. Yəni, ABŞ Rusiya qarşıdurması birmənalı şəkildə Ermənistan iqtisadiyyatına da ağır zərbə vuracaq. Erməni ekspertlərin qeyd etdiyi ikinci istiqamət isə onunla bağlıdır ki, ABŞ-ın nüfuzlu kütləvi informasiya vasitələri Rusiyaya qarşı təzyiqlər fonunda artıq Ermənistanın da adını daha tez-tez çəkməyə başlayıblar. Xüsusilə də Moskvanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərinin region və kənar ərazilər üçün güclü təhlükə mənbəyi olduğu qeyd olunur. Yəni, Rusiyanın “İsgəndər” raketləri harda yerləşdirilibsə, o artıq Qərb üçün təhlükə mənbəyi hesab olunur. O səbəbdən ki, bu raketlərdə nüvə başlıqlarının yerləşdirilməsi mümkündür. Bunun reallaşacağı halda isə həmin raketlərin yerləşdiyi ərazi birbaşa təhlükə mənbəyi olur. Ermənistanda yerləşdirilən “İsgəndər” raketləri birbaşa Rusiyanın nəzarətindədir. Belə olan təqdirdə, Rusiyaya qarşı təzyiqlərin onun nəzarətində olan Ermənistana qarşı çevriləcəyi də son dərəcədə real görünür. Ermənistan mətbuatı da bu barədə həyəcan təbili çalır və qeyd edir ki, Moskvanın apardığı siyasət üzündən Ermənistan özünün Qərbdəki dostlarını, o cümlədən ABŞ-ı da itirməyə başlayır. Göründüyü kimi, Ermənistanın yeritdiyi aqressiv siyasət və onun müstəqil dövlət olmaması ona gətirib çıxarıb ki, Qərbin Rusiya ilə artan ziddiyyətləri fonunda təzyiqlərə məruz qalan tərəflərdən biridə Moskva ilə bahəm, məhz İrəvan olacaq. Ermənistan artıq ərazisində yerləşdirilən “İsgəndər” raketlərində nüvə başlıqlarının yerləşdirilməsi mümkünlüyü səbəbindən artıq qlobal təhlükə mənbəyinə çevrilməyə başlayıb. Bu mənada ABŞ-ın nüfuzlu qəzetinin həyəcan təbili çalması təsadüfi sayılmamalıdır”. Rüfət NADİROĞLU Geri dön |