Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çar Rusiyasının Azərbaycana qarşı Xaç yürüşü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Çar Rusiyasının Azərbaycana qarşı Xaç yürüşü

Çar Rusiyasının Azərbaycana qarşı Xaç yürüşü


Zəngin neft, duz, tütün, zəfəran, pambıq ölkəsi olan Azərbaycan çarizmi cəlb edirdi. Qafqazın ən zəngin guşəsi olan bu ölkə diqqəti çoxdan idi ki, cəlb etmiş, ona olan hərisi qat-qat artırmışdı.
Beləliklə, Rusiyanın Azərbaycana ilk ciddi hücumu ən böyük işğalçı çar olan I Pyotrun dövrünə təsadüf edir. Pyotr Azərbaycan və həmçinin Gilanın xam ipək bazalarına, Bakı neftinə sahib olmaq, Xəzərboyu ölkələrin ticarətini İdil (Volqa) – Xəzər yoluna yönəltmək, Cənubi Qafqazda möhkəmlənib buradakı xristianlara ittifaqda Osmanlı imperiyasına arxadan zərbə endirmək, hətta buradan Hindistana gedən yollara çıxmaq niyyətində idi.Zəngin neft, duz, tütün, zəfəran, pambıq ölkəsi olan Azərbaycan çarizmi cəlb edirdi. Qafqazın ən zəngin guşəsi olan bu ölkə diqqəti çoxdan idi ki, cəlb etmiş, ona olan hərisi qat-qat artırmışdı.
Bu məqsədlə də 1721-ci ildə İsveçlə 21 illik qanlı müharibəni bitirdikdən sonra cəmi bir il ötmüş 100 minlik ordu ilə Azərbaycana həmlə etdi. Ancaq Osmanlı imperiyasının kəskin etirazı və bir sıra başqa səbəblər üzündən çar ordusunun əsas hissəsi ilə Dərbənddən geri döndü. Kiçik ekspedisiyalar təşkil edən dəstələr Gilana qədər ensiz sahilləri zəbt etməklə kifayətlənməli oldu. Sonralar Pyotrun sələfləri Türkiyənin və Nadir şahın başçılığı ilə yenidən dirçələn Azərbaycanın Rusiyaya qarşı regionda birgə hərəkət edəcəklərindən qayğılanan işğalçılar həm də bacarıqlı və qorxmaz sərkərdə Nadirlə bacarmayaraq bu əraziləri də Əfşarlara geri qaytarmağa məcbur oldular. Maraqlı cəhətlərdən biri də odur ki, çar ordularının Qafqaza istilası zamanı bütün dövrlərdə burada məskunlaşmış erməni və gürcü nümayəndələri həmişə ruslar üçün əlverişli şərait yaratmışlar. Rusiya II Yekaterinanın 34 illik hakimiyyəti dövründə Qafqazda böyük uğurlar qazandı. XVIII əsrin son qərinəsindəki Rusiya-Osmanlı müharibələri nəticəsində Qizlardan Arazadək ərazi (təxminən 900 verst) rusların caynağına keçdi. Öz qəbəsindən məmnun qalan çariça Rusiyanın Qafqazda müdafiə xəttinin rəisi P.S.Potyomkinə 17 may 1783-cü il tarixli məktubunda yazırdı: «İndi isə bizim qarşımızda Qafqazda daha böyük ərazilər əldə etmək, Dərbəndi, Qubanı, Gəncəni işğal etmək və Gürcüstanı, eyni zamanda Asiyada zəif xristianlığı möhkəmləndirmək, möhtəşəm müsəlmanlıqdan xilas etmək missiyası durur…».
I Pyotrun xristianlar haqqında ideyalarını davam etdirən II Yekaterina Türkiyə və Azərbaycana qarşı xarici siyasətində xristian faktorundan geniş istifadə edirdi. 24 iyun 1783-cü ildə Georqiyevsk müqaviləsinə rəğmən həmin il noyabrın 3-də Tiflisə 2 rus piyada batalyonu daxil oldu. Gürcüstanın Rusiya asılılığını qəbul etməsi Türkiyəni və Azərbaycan xanlıqlarını çox narahat edirdi. Georgiyevsk müqaviləsinin müddəaları birbaşa Osmanlı dövlətinin mənafeyinə toxunmasa da, Türkiyədə böyük narazılıq doğururdu. Çıldır valisi Süleyman paşa İstanbula göndərdiyi məktubda gürcü çarı ilə rus hökuməti arasında 13 maddəlik bir anlaşma olduğuna görə Dağıstan və Azərbaycan hakimlərinin son dərəcə narahat olduqları üçün onlara təsəlli vermək məqsədilə hədiyyələr göndərməyin zəruriliyini qeyd edir, yoxsa bölgədə şəraitin osmanlıların zərərinə dəyişəcəyinə şübhə etmirdi. 1783-1784-cü illərdə Böyük Qafqaz silsiləsindən Rusiya ilə Gürcüstanı birləşdirən yolun çəkilməsi Süleyman paşanı çox narahat edirdi. Paşa bu barədə Qarabağ xanı İbrahimxəlil xana ünvanladığı məktubunda yazırdı: «… Lənətə gəlmiş ruslar Qafqazdan keçən yol salmışlar… İndi onların saldıqları yol zəruri şeylərin, həm də qoşunların gətirməyi asanlaşdıracaq və nəticə etibarı ilə bu lənətə gəlmiş gavurlar Azərbaycana Osmanlı sərhəddinə girəcəkdir ki, yay seli kimi buranı bürüyəcəkdir…».
1783-cü ildə (payız fəslində) cəngavər Xəlil paşanın başçılığı ilə Cənubi Qafqaza göndərilən Osmanlı nümayəndə heyətinin əsas məqsədi Azərbaycan və Dağıstan hakimləri ilə Rusiyaya və onun əlaltısı Kartli-Kaxeti çarlığına qarşı ittifaq bağlamaq idi. Xəlil paşa Qarabağ torpağına gəlib İbrahimxəlil xanla məsləhətləşdikdən sonra Şuşa şəhərini öz qərargahına çevirdi. Buradan başqa xanlara və Dağıstan hakimlərinə sultanın fərmanını və hədiyyələr yola saldı. Həmin dövrdə Ənzəlidə olan rus konsulu Skilitsinin yazdığına görə, «qubalı Fətəli xan, xoylu Əhməd xan və başqa Azərbaycan xanlıqlarından, habelə Dağıstan hakimlərindən cəmi 17 nəfər öz nümayəndələrini sultanın sarayına göndərərək bildirmişlər ki, Rusiyanın Qafqazda yeni xristian (erməni) dövləti yaratmaq üçün hazırladığı planın baş tutmaması xatirinə kifayət qədər vuruşan qoşunları var. Lakin maliyyə cəhətdən azacıq korluq çəkirlər. Aldığımız məlumata görə, 1884-cü ilin yanvar ayında Şuşa qalasının həndəvərinə 8 mindən artıq müsəlləh döyüşçü cəmləşdirilmişdir. Bu qoşunlar İbrahimxəlil xana kömək məqsədilə toplansa da, əslində onları Osmanlı sərhədinə yeritmək nəzərdə tutulurdu».
Lakin Osmanlı dövləti hələlik İmeretiyada qalmaqallı iğtişaş törədə bildi. 1784-cü ilin oktyabr ayında knyaz Abanidze 12 minlik Osmanlı hərbi birləşməsi ilə Poti və Batumidə hücuma keçərək imperiya çarlığına hücum etdi. Lakin bu yürüş uğursuzluqla nəticələndi və qoşun geri çəkilməyə məcbur oldu.
Bu ərəfədə Osmanlı hökuməti əliboş dayanmır, rus-gürcü təcavüzünə qarşı mübarizə üçün Qafqazın müsəlman hakimlərinin vahid cəbhəsini təşkil etməyə çalışırdı.
1785-ci ilin martında Şimali Qafqazda Şeyx Mansurun başçılığı ilə Rusiyaya qarşı üsyan başladıqdan sonra Kartli-Kaxeti çarlığına qarşı basqına təkan verən avar Ümmə xan üsyançılarla əlaqə yaratmağa müvəffəq oldu. Qazıqumuk və digər Dağıstan feodalları da Şeyx Mansurla birgə hərəkət edirdilər. 1785-ci ilin yayında Şeyx Mansur və onun silahdaşları qəfil hücumla Qızları tutmaq istəyəndə II İraklinin qəsb etdiyi Azərbaycan mahallarında həyəcan başladı. Kartli-Kaxetiyaya qarşı osmanlılardan və Şimali Qafqaz döyüşçülərindən ibarət üç min nəfərlik dəstənin böyük cəza yürüşü Surami yanında duran və Kartli istiqamətinə uzanan yolları nəzarətdə saxlayan rus-gürcü dəstəsi üzərinə hücuma başladı.
Eyni zamanda, dağlılar İbrahim Rəfi oğlunun başçılığı ilə Kaxetiyaya basqın etdilər. 1785-ci ilin sentyabr ayında isə Ümmə xan dağlılarla ittifaqa girərək Borçalıya yürüş etdi və çoxlu təlafat baş verdi. Belə ki, bölgədə nə yaxşı varsa ucdantütma məhv edildi.
Əlbəttə ki, həmin dövrdə bir əsas amil də diqqətdən kənarda qalmamışdı. Qafqazda, xüsusən də Azərbaycan torpaqları hesabına bir «erməni dövləti» yaratmaq planı gündəmdə idi. Bu barədə rus-gürcü liderləri arasında «Azərbaycana qarşı xaç yürüşü»nü tezləşdirmək məsələsi haqqında müzakirələr davam edirdi.
Sabiq dövlət katibi A.P.Xrapovitski öz xatirələrinin birində belə yazırdı: «… Mən sandıqdan knyaz Potyomkin – Tavriçeskinin Azərbaycandakı hərcmərcliklərdən istifadə edərək Bakı və Dərbəndi tutub «Albaniya» adlı dövlət yaratmaq haqqında məxfi layihəsini aşkarlayıb tapdım. Qarabağ, Gəncə, İrəvan, Urmi torpaqlarını da həmin dövlətin tərkibinə qatmaq nəzərdə tululurdu. Ancaq Rusiyanın diqqətini Krımın ilhaqına cəmləməsi bu niyyəti həyata keçirməyə hələlik imkan vermədi…».
Rusiyanın təcavüzkarlıq plan və niyyətindən xəbərdar olan sultan bir qədər əvvəl, yəni 1784-cü ilin payızında İbrahim əfəndinin vasitəsilə Cənubi Qafqaz hakimlərinə fərmanlar göndərərək «müqəddəs müharibə» və Rusiya hücumlarının qarşısını almaq üçün birləşməyə çağırdı. İbrahim əfəndinin Azərbaycana səfəri əsasən uğurlu oldu. Dağıstan feodalları Kartli-Kaxetiyaya basqınlarını bərpa etdilər. Şamaxı, Şəki, Qarabağ xanları, Car-Balakən əhalisi, habelə Dağıstan hakimləri Ahısqa paşası ilə ittifaqa girib Rusiya-gürcü təcavüzünə qarşı yekdil mübarizə aparacaqlarına söz verdilər. Onlar müqavilə bağlayan zaman onu andla möhkəmləndirdilər. Bundan sonra xanların nümayəndələri İbrahim əfəndi ilə birlikdə İstanbula yola düşdülər.
Görünür Ahısqa paşası ilə bir sıra Azərbaycan və Dağıstan hakimləri arasında ittifaqın bağlanması Rusiyanın Qafqazda yürüşünün təxirə salınmasında müəyyən rol oynamışdı.
Bunun əksinə olaraq sultanın əmri ilə Trabzon, Ərzurum, Ahısqa, Qars və s. ərazilərdə Osmanlı qoşunları Cənubi Qafqaza yürüş üçün hazır vəziyyətə gətirilirdi. Və 1785-ci ildə Ahısqa paşası Süleyman 4 min ləzgi və türk əsgərindən ibarət qoşunla Gürcüstana həmlə edərək bir neçə kəndi taladı.
Onlar geri qayıdarkən Kür çayı sahillərində mayor Sennenberqin cəza dəstəsi ilə qarşılaşdılar. Bu çarpışmada bir çoxlarının, o cümlədən Süleyman paşanın başı da kəsildi.
Təkcə türk ordusundan minə yaxın döyüşçü yaralandı və öldürüldü, 200-dən artıq adam əsir düşdü. Təbii ki, sonrakı il bu hücum yenidən təkrar olundu…
Od ilə su arasında qalan Azərbaycan xanları öz hakimiyyətlərini qorumaq qayğısına qalaraq nə Osmanlı sultanına, nə də Rusiyaya üz tutmaq istəmirdilər. Lakin çarəsizlikdən gürcü çarı II İrakliyə müraciət edərək imperatorun himayəsini qəbul etmək istədiklərini bildirirlər. Gürcüstan Mərkəzi Dövlət Hərbi Tarix Arxivində həm keçmiş, həm də müasir dövr üçün aktual olan bir sənəd qalmaqdadır.
Bu mühüm əhəmiyyətə malik sənəd gürcü çarın imperatorun himayəsini qəbul etmək istəyən Azərbaycan xanlarının müfəssəl siyahısıdır. Oxucuların da marağına səbəb olacaq bu siyahıda adları hallanan tarixi şəxsiyyətlərdən bəzilərinin xatırlanmasını, yada salınmasını məqsədəmüvafiq hesab edirik: urmiyalı İmamquluxan, dərbəndli Fətəli xan, rəştli Hidayət xan, qarabağlı İbrahimxəlil xan, şəkili Hacı Əbdülqədir xan, şamaxılı Ağası xan, şahsevənli Nəzərli xan, təbrizli Nəcəfquluxan, Xoylu Əhməd xan, bakılı Məlikməmməd xan, İrəvanlı Hüseyn xan, lənkəranlı Qara xan və başqaları…
Heç şübhəsiz bu xanların heç biri daxilən rusların əsarəti altına xoşluqla düşmək istəmirdilər. Onlar öz hakimiyyətlərini saxlamaq, həm də ən böyük bəla burasındadır ki, öz qan qardaşlarından qorunmaq üçün işğalçı bir imperiyaya arxalanmağa üstünlük vermişdilər.
Tarixi hadisələrin sonrakı mərhələləri göstərir ki, bu xanlar Rusiyanın boyunduruğu altına düşməkdənsə, vahid bir dövlət halında tamamlansaydılar, ümumi mənafeyi şəxsi mənafedən üstün tutub tamahlarının qurbanına çevrilməsəydilər, şübhəsiz daha böyük iş görüb uğur qazana bilərdilər. Ancaq buna baxmayaraq Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə davam etməkdə idi. Qubalı Fətəli xanın, Kərim xan Zəndin, Ağa Məmməd şah Qacarın Azərbaycanı vahid görmək uğrunda mübarizəsinə baxmayaraq, sonrakı mərhələlərdə buna tam nail olmaq mümkünsüz oldu. Lakin bəzi mübariz xislətli xanlar arxayınlaşmaq əvəzinə mübarizə əzmini daha da gücləndirir, ölkə ərazisini daha da genişləndirmək əzmini özlərində saxlayırdılar. Belə ki, XVIII əsrin 80-ci illərində qubalı Fətəli xan Dərbənddən Ərdəbilə qədər Xəzər sahillərini vahid bir dövlətdə birləşdirməyə nail oldu. Quba xanlığının ərazisi Dağıstan, Gilan, hətta Təbrizə qədər genişləndi. Fətəli xanın bu müvəffəqiyyətlərinə səbəb kimi özünün cəzbedici cəsarət və igidliyinin sübutu idi. Təbii ki, bu addımın atılmasında rus köməyindən istifadə olunmasının da çox böyük əhəmiyyəti var. 1775-ci ildən başlayaraq rus qoşunlarının ona kömək etməsi məlumdur. Buna baxmayaraq Fətəli xanın Ərdəbilə yürüşü II Yekaterina taxtını narahat edirdi. Çünki Quba xanlığının güclənməsi gələcəkdə çarizmin Qafqazdakı siyasətinə əngəl törədə bilərdi. Ona görə də Fətəli xan çar hökumətinin təkidi ilə geri qayıtmağa məcbur oldu. II Yekaterina zahirən özünü «dost» kimi göstərib münasibət bəsləsə də, gizlicə Q.A.Potyomkin xüsusi tapşırıqla 1784-cü ildə (yaz aylarında) Azərbaycana göndərildi. Q.A.Potyomkin (Qafqaz xəttinin o zamankı baş komandanı P.S.Potyomkinin doğma əmisi oğlu idi – M.İ.) missiyasının Azərbaycana səfərinin gizli məqsədi qubalı Fətəli xanı həbs edib, şimal-şərqi Azərbaycanı ələ keçirmək və Qarabağa daxil olmaqla Rusiyanın himayəsinə tabe olmaqla bir erməni dövləti yaratmaqdan ibarət idi.
Hələlik Cənubi Qafqaza hərbi qüvvə yeritmək iqtidarında olmayan Rusiya 80-ci illərin ortalarında diplomatik vasitələrlə regionda möhkəmlənməyə cəhd edir. Bu əsnada Cənubi Azərbaycanda mərkəzi hakimiyyəti ələ keçirmiş İsfahanlı Əlimurad xanı çoxları hakim kimi tanımaq istəmirdi. Məhz buna görə də Əlimurad xan Rusiyanın dəstəyini qazanmaq naminə ona ittifaq təklifi ilə müraciət etdi və öz məmurunu Qafqaz xəttinə göndərib rus tacirlərinə hər cür şərait yaradacağını, Peterburq sarayına səfir göndərib Rusiya ilə onun arzuladığı şərtlərlə ittifaq bağlamaq istəyində olduğunu da bildirmişdi.
Knyaz Q.A.Potyomkin imperatriçaya göndərdiyi 17 may 1784-cü il tarixli məktubunda göstərirdi ki, «xoşbəxtlikdən imperator sarayından başqa heç kimlə ittifaqda olmayan Əlimurad xan hələlik bizimlədir…».
Kərim xan Zəndin ölümündən sonra onun yerinə keçmiş Əlimurad xanın cəmi 50 minlik qoşunu vardı. Əlimurad xan heç bir Azərbaycan xanı ilə ittifaq bağlamamışdı. Necə olursa olsun o, Rusiyaya bağlanmaq, ilhaq olmaq istəyirdi.
Yeri gəlmişkən, qeyd edək ki, Əlimurad xanla rus nümayəndələri arasında erməni Akop Antonyan vasitəsilə əlaqə saxlanılırdı. Knyaz Q.A.Potyomkin Əhməd-Əlimurad xandan Qaradağ, Qarabağ, Naxçıvan və İrəvan bölgələrində ticarət etmək məqsədilə həmin ərazilərin xanlarından icazə almasını tələb etdi.
Peterburq Tarix İnstitutunun Elmi Arxivində (fond.51.v.301) Əlimurad xan və onun elçisi Məhəmməd xanın Rusiya imperator sarayına göndərdiyi iki məktubun surəti saxlanılır.
Hər iki məktub XVIII əsrin sonlarında Rusiya-Həmədan münasibətlərində mühüm yer tutur. Eyni zamanda, Əlimurad xan bu məktublar vasitəsilə Rusiya ilə Türkiyə və Azərbaycan xanları əleyhinə ittifaq bağlamaq istəyirdi. Öz əsl niyyətini gizlədən Rusiyaya da elə bu lazım idi.
Beləliklə də, 10 sentyabr 1784-cü ildə polkovnik Tomara gizli dövlət tapşırığı ilə rus hökumətinin elçisi sifətilə Tehrana rəsmi səfərə gəldi. Tomara Əlimurad xana anlatmalı idi ki, o yalnız farslara məxsus torpaqlara yiyələnə bilər, Azərbaycanın vilayətləri isə müstəqildir və İrandan asılı deyildir. Eyni zamanda, Əlimurad xan bütün xəzərsahili vilayətləri ruslara bağışlamalı idi. Tomara Əlimurad xanın qarşısında rus hökumətinin tapşırığına əsasən 7 maddədən ibarət şərt qoydu və əlavə etdi ki, Rusiya imperatoru yalnız bu şərtlər yerinə yetirildikdən sonra onunla ittifaq bağlamağa razılıq verəcək. Bu söhbətdən bir qədər sonra Əlimurad xan qəflətən dünyasını dəyişdi və buna görə də polkovnik Tomara ona verilmiş tapşırığı yerinə yetirməkdə acizlik nümayiş etdirdi.
1784-cü ilin yayında knyaz P.S.Potyomkin erməni VII patriarxı İosif Arqutinski-Dolqorukova müraciət edərək bildirir ki, tezliklə onları himayə edəcək, onlar da hazır olsun ki, azərbaycanlıların zülmündən yaxa qurtara bilsinlər. Ermənilər Gəncədə katolikos Ovanesin yanında toplaşaraq bu «şad» xəbəri təntənəli qeyd etdilər, yekunda knyaz Potyomkinə müraciət edərək rus qoşunlarının bu ərazilərə mümkün qədər tez göndərilməsini xahiş etdilər. Onlar nə qədər ehtiyatlı, hiyləgər olsalar da, Potyomkinə qarşı münasibətlərini İbrahim xandan gizlədə bilmədilər. Xan erməni məliklərindən bir neçəsini qazamata saldı, hüquqlarından, mülkiyyətindən məhrum etdi. Gəncə katolikosu Ovanesi zəhərlədib öldürtdü.
1778-ci ildə Rusiyanın təhriki ilə gürcü çarı İrakli İbrahimxəlil xana qarşı göndərildi. Bu dəstədə knyaz Orbelianinin başçılığı ilə 5 min erməni də var idi. Birləşmiş dəstələr Qarabağ xanının qoşunlarını darmadağın etdilər. Lakin bu zaman Gəncə yaxinlığında polkovnik Burnaşov təcili geri çağırıldı. Türkiyə ilə başlamış müharibə, digər tərəfdən də Ağa Məhəmməd şahın İbrahimxəlil xanla pisləşən münasibətləri erməni məliklərinin planlarını pozdu. İrakli Tiflisə geri qayıtdı, özü ilə iki məlik də apardı.
1787-ci ildə yeni Osmanlı-Rusiya müharibəsi başladıqdan sonra Cənubi Qafqazda Osmanlı-rus rəqabəti xeyli güclənir. Türk sultanının Süleyman paşaya göndərdiyi fərmanda qeyd olunurdu ki, «… Azərbaycan xanlarını və Dağıstan hakimlərini bir araya gətirməklə Rusiyanın Cənubi Qafqazdakı əlaltısı II İraklini cəzalandırmaq lazımdır…».
Həmçinin sultan bir nümayəndəsini Dağıstan hakimlərinin qarabağlı İbrahim xanın yanına çoxlu hədiyyə və pulla göndərib onları Rusiyaya qarşı qaldırmağa həvəsləndirirdi. Lakin unutmaq olmaz ki, bu dövrdə Azərbaycan xanları arasında hökm sürən ixtilaf və münaqişələr çətin ki, onlar birləşib Rusiyaya qarşı mübarizəyə qoşula bilərdilər. Bunun səbəbləri vardı. Birincisi ondan ibarət idi ki, Azərbaycan xanları etnik cəhətdən yaxın və dinbir qardaşları Türkiyəyə rəğbət bəsləsələr də, ikinci səbəbdən Rusiya kimi qüdrətli bir ölkəni təzyiq edəcəyindən də çəkinirdilər. Buna görə də manevr edir, müharibədə vəziyyətin kimin xeyrinə dəyişəcəyini gözləyirdilər. Onlar sözdə Rusiyaya öz «sədaqətlərini» izhar edir, əslində isə onun himayəsini qəbul etməkdə tərəddüd edir, tələsmirdilər. «Şeytana papıc tikən» rus dövləti də əslində Azərbaycan xanlıqlarına inamsız yanaşır, bir çoxuna qarşı bəd, işğalçı niyyətlər görürdü. Məsələn, Qarabağ xanı İbrahimxəlil xanın nümayəndəsi Musaxana Peterburqda böyük ehtiram göstərilsə də, rus diplomatiyası onunla münasibətdə qeyri-müəyyənliyə üstünlük verirdi. Çünki rus dövləti ilk növbədə Qarabağ xanlığının torpaqları hesabına «Ermənistan dövləti» yaratmaq istəyir, həmçinin İbrahim xanın Osmanlının himayəsinə güvənəcəyindən ehtiyatlanaraq bu niyyətlərini açıq-aşkar büruzə vermirdilər.
Rusiya başçıları və onların sadiq qulu II İrakli İbrahim xanla mübarizədə satqın ermənilərə arxalanırdı. Qarabağda olan rus zabiti S.Burnaşov 1787-ci il sentyabrın 21-də P.S.Potyomkinə göndərdiyi məktubunda yazırdı ki, «… uzun illər İbrahim xana ədavət bəsləyən Xaçın məliklərindən Abos və Meclum öz tərəfdarları ilə açıq qiyam qaldırmışlar. Onlar hələlik öz qəsrlərində gizlənərək İraklidən Gürcüstana keçməyə icazə verilməsini xahiş etmişlər…».
Rusiya-Osmanlı müharibəsi qızışdığına görə ruslar Cənubi Qafqazda yeni əməliyyatlar meydanı açılmamasını və beləliklə də öz qüvvələrinin səpələnməsini arzu etməyən işğalçı hökumət Gürcüstandakı hərbi kontingentini geri çağırmalı oldu.
Tarixin axarından bəlli olduğu kimi XVIII əsrin sonlarında gürcü qoşunlarının və rus hərbi birləşmələrinin Azərbaycan torpaqlarına qarşı xaç yürüşü hələlik baş tutmayaraq yarımçıq qaldı. Onların düşərgələrinə pənah gətirmiş xain ermənilərin bir çoxu və tayfa başçıları olan məliklər də qorxularından Qarabağ torpaqlarını tərk etməyə məcbur oldular (kaş tarix təkrar olunaydı).
(Ardı var)

Geri dön