Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > “Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” mövzusunda konfrans keçirilib
“Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” mövzusunda konfrans keçirilib |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə “Dərbənd şəhərinin tarixi: Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq və dostluq əlaqələrinin parlaq səhifələri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dərbənd şəhərinin 5000 illiyinə həsr edilmiş konfransda Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun və Türkiyənin nüfuzlu alimləri iştirak edir. Tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov qeyd edib ki, Azərbaycan və Dağıstan xalqlarını təkcə qonşuluq deyil, ortaq tarix, adət-ənənələr birləşdirir. M. Kərimov iki xalq arasında münasibətlərin həmişə yüksək səviyyədə inkişaf etdiyini deyib. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirib ki, Dərbənd Azərbaycan tarixində çox mühüm rol oynayan şəhərlərdən biridir: “Bu şəhər qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mərkəzi olub. Dərbənd tarixən Oğuz türkləri ilə qıpçaq türklərini birləşdirib və məhz buna görə də Azərbaycan xalqı tərəfindən “Dəmir qapı Dərbənd” adlandırılıb. Təsadüfi deyil ki, Dədə Qorqudun məzarı da məhz Dərbənddədir”. Y. Mahmudovun sözlərinə görə, XVIII əsrdə Azərbaycanın şimal torpaqlarında yaranan müstəqil xanlıqlardan biri də Dərbənd xanlığı olub: “Dərbəndin keçdiyi tarixi inkişaf yolu Azərbaycan və Dağıstan xalqlarının müştərək tarixidir. Bu tarix azərbaycanlılara və bütün Dağıstan xalqlarına ulu babalarımızın əmanətidir”. Geri dön |