Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Biz türk deyilik" deyənlərə... – Bir əsgərin hekayəti - Cəlaləddin Qasımov yazır
“Biz türk deyilik" deyənlərə... – Bir əsgərin hekayəti - Cəlaləddin Qasımov yazır |
Şamaxıda şəhid düşən Qafqaz İslam orudusunun öndə olan dəstənin əsgərlərindən biri İzzət bəyin dastanını Əlfayın Əziz “AZADLIQ NAMİNƏ” kitabında belə anladır:
“İzzət bəy düşmənin atəşi nəticəsində ağır yaralanır. Əsgərin köməyinə orada olan Gülsabah adında bir qadın yetişir. Gülsabah baş örtüsündən yırtdığı parça ilə əsgərin yarasını sarımaq istəyir. İzzət bəy “bacım, qolumu sağlam tut, gülləni çıxardım”, deyir. O, gülləni çıxarır. Gülsabahdan cibində olan dəsmalı çıxarmasını xahiş edir. Gülsabah dəsmalı çıxarır və mərmini dəsmala qoyur. İzzət bəy “artıq tamamdır, hər şey bitdi, yaramı bağlamağa ehtiyac yoxdur, qanım qoy bu torpağa axsın” desə də Gülsabah yaranı yırtıq baş örtüsü ilə sarıyır. Halsız, yaralı halda yerdə yatan İzzət bəy atəş səsləri ilə özünə gəlir; türk ordusu gəlmişdir. İzzət bəy çox sevinir, həyəcanlanır. Əsgərlər İzzət bəyi yaralayan əsgəri oradaca düşən atışmada vururlar. Komandir İzzət bəyə yaxınlaşır və başını dizlərinə qoyur. Artıq son anlarını yaşayan İzzət bəy komandirə “bir türkmən Paşasının dizlərində can vermək mənim üçün şərəfdir”, deyir. Komadir “sən yaşayacaqsan, çoxlu zəfərlər qazanacaqsan”, cavabını verir . Son anlarını yaşayan İzzət bəy üçün Şeyx Müsin Quran oxumağa başlayır. İzzət bəy bir ara başını qaldırır, yanlarındakılardan haqlarını halal etmələrini istəyir. Cibindəki dəsmalı çıxardıb komandirə verir: -Paşam, atam Balkanlarda torpaqlarımızı qorumaq üçün savaşarkən ağır yaralanmış bədəninə tuş gələn gülləni çıxardıqdan sonra yanındakı silahdaşlarına “bu gülləni oğluma verin. Mən Vətənim üçün savaşdım, ruhumu təslim etmək üzrəyəm, ona deyin məni yaralayan bu gülləni öz yanında daşısın, bunu iki etsin”, demişdi. Paşam, atamın vəsiyyətini yerinə yetirdim, onun dediyi kimi gülləni iki elədim. Hələ güllənin üzərində qanım qurumayıb. Siz də bu gülləni alıb oğluma verin. Ona atasının da Vətəni üçün savaşarkən öldüyünü deyin. Bu güllələrin sayını üç etsin. Bu sözlərdən sonra İzzət bəy şəhid olur. Beləcə, İzzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur. Onun məzarüstü abidəsini qoyan şəxsi bolşeviklər güllələyir. Şəhid olan əsgər öz vəsiyyətinə görə həmin yerdə – Şamaxı yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşür. 28 aprel 1920-ci ildə Azərbaycan işğal edilir. XI Ordunun Bakıya gəlişi zamanı dəyişir. Xalqımıza düşmən kəsilənlərə “qəhrəman”, qəhrəman oğullarımıza isə “xalq düşməni” deyilən dövr başlayır. “Dünyanın işinə bax, elə dövrə gəldik ki, xalqımızın Şaumyan kimi qaniçən düşmənlərini gənclərimizə qəhrəman kimi təqdim etdilər. Əsl ziyalı oğullarımız isə aradan götürüldü”. Geri dön |