Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Adi əsgər paltarı ilə almanları fransız zülmündən qurtaran SULTAN - Tarixi fakt və məktublar
Adi əsgər paltarı ilə almanları fransız zülmündən qurtaran SULTAN - Tarixi fakt və məktublar |
Tarixi əhəmiyyətli arxiv materiallarını araşdırır, rast gəldiyimiz məktubları işləyib, oxucularımıza təqdim edirik. Növbəti məktubumuz almanların Osmanlı Sultanı I Əbdülhəmiddən fransızlardan qorunmaq üçün hərbi kömək istəməsi barədədir. Burada bir nüansı xüsusi olaraq qeyd etmədən keçə bilmədim. Görəsən, qondarma “erməni soyqırımı”nı ölkələrində müzakirəyə çıxaran almanların babalarının Osmanlı Sultanına: “Siz dünyaya ədalət dağıdan bir imperatorluğun sultanısınız” deyə yazdığı bu məktubdan xəbərləri varmı? Qəribədir, ədalətindən mədəd umduqları bir imperatorluğa qarşı bu gün ədalətsiz yanaşırlar. Vallah, insanda da, dövlətdə də, elə millətdə də abır-həya yaxşı şeydir...
Beləliklə, Enter.News Necdet Bayraktaroğlunun “Tariximizdəki möhtəşəm məktublar” kitabından götürdüyümüz həmin məktubu və məktubun yazılmasına səbəb olan tarixi olayı təqdim edir: Almaniyanın Mülhem şəhərində Reyn çaynın bir sahilində almanlar, digər sahilində də fransızlar yaşayırdılar. Fransızlar hər il məhsul yığımı vaxtı almanlar olan tərəfə keçərək bütün məhsulu yığıb aparırdılar. Həmin illərdə hələ güclənə bilməyən almanlar fransızların bu hərəkətlərinə qarşı çarəsiz durumda qalıb səslərini belə çıxara bilmirdilər. Fransızların bu qəsbkarlığı hər il beləcə davam edirdi. Almanlar isə vəziyyətdən çıxmaq üçün çarə axtarmağa başlayırlar. Nəhayətdə, Osmanlı Sultanına məktub yazıb kömək istəməyi qərarlaşdırırlar. Osmanlıya yazdıqları xahiş məktubunda deyilir: “Fransızlar hər il bizə zülm edir, məhsulumuzu əlimizdən alırlar. Siz dünyaya ədalət dağıdan bir imperatorluğun sultanı və İslamiyyətin də Xəlifəsisiniz. Əsgər göndərib bizi bu zülümdən qurtarın. Kömək edin ki, bu il məhsullarımızı özümüz yığaq”. Məktub göndərilən zaman Osmanlı dövlətinin də zəiflədiyi vaxtlar idi. Almanların yardım istəyini dəyərləndirən sultan, əsgər göndərməyi lazım bilmir. Problemin həlli üçün yardım olaraq tək əsgər geyimi göndərməyi uyğun bilir. Cavab məktubu ilə bərabər üç çuval yeniçəri geyimi göndərir. Almanlar sultanın göndərdiyi çuvalları alıb, yazdığı məktubu da oxuyurlar. Sultan məktubunda yazırdı: “Fransızlar qorxaq adamlardır. Yeniçəri əsgəri göndərməyimizə gərək yoxdur, onlar yeniçərilərimizin geyimlərini görsələr bəsdir. Çuvalın içindəki Osmanlı əsgərinin paltarlarını adamlarınıza geyindirin və məhsul vaxtı çayın görünən yerlərində gəzişsinlər. Onları görən fransızlar üçün bu kifayətdir”. Bağ-baxça sahibləri Osmanlı əsgərinin geyimlərini aralarında bölüşdürdülər. Məhsul yığımı vaxtı yeniçəri geyimini geyinib çayın sahilində gəzişdilər. Ertəsi gün fransız tərəfindən gələn xəbər almanların hədsiz sevincinə səbəb olur. Xəbərdə deyilirdi: “Osmanlılardan kömək gəldiyini görən fransızlar qorxudan kəndlərini tərk edərək, geriyə doğru qaçırlar. Məhsulunuzu rahat yığa bilərsiniz. Zülm sona çatdı”. Xəbər tez bir vaxtda xalqa çatdırılır. Bu olay mülhemlilərin könüllərində taxt qurur. Geyindikləri yeniçəri geyimlərini sonralar Mülhemin Karlsruh muzeyinə verirlər. Şəhərin ən yüksək binasına da Osmanlı bayrağı asırlar. Bundan başqa, hələ üstəlik olayın ildönümündə də şəhərdə karnaval təşkil edib, hadisəni xatırlayıb o günü qeyd edirlər. Bu, Osmanlının sadəcə yeniçəri geyimi ilə fransızların zülm və talanından almanları necə qurtardığını göstərən, bizə isə dərs və qürur verən tarixi hadisədir. Təqdim etdi: Rəşad Sahil Geri dön |