Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vüqar Abbasov: “İran bir həqiqəti gözəl anlayır ki, tarixdə heç bir xalq hərəkatı nəticəsiz qalmayıb”- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Vüqar Abbasov: “İran bir həqiqəti gözəl anlayır ki, tarixdə heç bir xalq hərəkatı nəticəsiz qalmayıb”- Müsahibə

Vüqar Abbasov: “İran bir həqiqəti gözəl anlayır ki, tarixdə heç bir xalq hərəkatı nəticəsiz qalmayıb”- Müsahibə


“Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, politoloq Vüqar Abbasovdur.



- Vüqar bəy, İran rejimi hər gün soydaşlarımıza qarşı daha da qəddarlaşır. Sizcə, rejim milli hərəkatın qarşısını ala biləcəkmi?



- İran rejimi Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı hər vaxt öz zalımlığı ilə diqqət çəkir. Neçə milyonluq bir millətə öz dilini unutdurmağa çalışması və son dövrlər Urmiya gölü ətrafında baş verənlər buna ən adi misallardır. Hətta zaman-zaman xarici dövlətlər belə buna etiraz ediblər. Amerikanın Dövlət Departamentinin (xarici işlər nazirliyi) rəsmiləri müxtəlif vaxtlarda bu yöndə müəyyən bəyanatlar veriblər. Ancaq təəssüf ki, bütün bunlar bəyanatlardan o yana keçməyib. İran bu gün də soydaşlarımıza qarşı sərt mövqedədir və dünya birliyi tərəfindən sıxışdırıldıqca, bütün qəzəbini soydaşlarımızdan və Azərbaycan Respublikasından çıxmağa çalışır. İranın Azərbaycana verdiyi son bir neçə bəyanatlara nəzər salmaq bunu sübut edər. İran bir həqiqəti gözəl anlayır ki, tarixdə heç bir xalq hərəkatı nəticəsiz qalmayıb. Gec, yaxud tez, öz azadlığı uğrunda mübarizə aparan xalqlar buna nail olublar. Ancaq təbii ki, gərək bu mübarizədə haqlı tərəf olasan. Beləki Azərbaycanın XIX əsrdə məlum müqavilə ilə iki hissəyə bölünməsi və o zamandan bu günə kimi soydaşlarımızın İran adlı dövlətin əsarətində olması kimsəyə sirr deyil. Bu müddət ərzində dəfələrlə cənubda azadlıq hərəkatları olmuşdur. Bu hərəkatlar müxtəlif üsullarla məhv etməyə çalışmışdır İran tərəfi. Ancaq göründüyü kimi İran bu alovu tam söndürə bilməyib, qalan qığılcımdan yeni alovlar yaranır və inanın ki, bir gün rejim bu odda yanacaq. İndi zaman başqadır, xalq hərəkatını yatırtmaq göründüyü kimi asand deyil. Ən başlıcası isə orda yaşayan soydaşlarımız öz Türklüklərini dərk ediblər, Türk isə heç vaxt məğlub olmur!



- Bu günlərdə İran ən çox neft ixrac etdikləri ölkələr içərisində Ermənistanın olduğunu qeyd ediblər. İran-Ermənistan əlaqələrini necə dəyərləndirirsiniz?



- İran rejimi yuxarıda qeyd etdiyim kimi, həm bunların hayfını çıxmaq, həm də hazırda təklənmək təhlükəsi altında olduğundan, bizə düşmən ölkə, Ermənistan ilə münasibətlər qurmağa çalışır. Mən bildiyimə görə, hələ fevral ayının sonlarında İranla sözü gedən ölkə arasında neft ixracı ilə bağlı müqavilə imzalanmışdır. İran öz iqtisadi blokadasını Ermənistan vasitəsilə yarmağa çalışır. Azərbaycanla müharibə şəraitində olduğunu bilə-bilə Ermənsitana neft satır. Ancaq bir daha deyirəm ki, bu İran rejimi üçün təsəllidən başqa bir şey olmayacaq. Biz çox da uzaq olmayan gələcəkdə soydaşlarımızın zəhmətinin bəhrəsni birlikdə görəcəyik. Hər halda mən buna ümid edirəm.



Söhbətləşdi: Elnur Eltürk

Geri dön