Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidə (Borçalıda) qadın problemləri ilə bağlı görüş keçirilib
Marneulidə (Borçalıda) qadın problemləri ilə bağlı görüş keçirilib |
Marneuli. APA. Marneuli rayon İcra Hakimiyyətində Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının, “Gənc Pedaqoqlar və psixoloqlar” Assosiasiyasının təşkilatçılığı ilə gənclər və QHT nümayəndələri ilə “Qadın səsi” mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri “Gənc Pedaqoqlar və psixoloqlar” Assosiasiyasının rəhbəri Nana Çopliani açaraq müasir dövrdə qadınların qarşısında duran problemlərdən, xüsusən onların öz hüquqlarını kifayət qədər bilməməsindən, cəmiyyətdə qadın problemlərinin açıq şəkildə açıqlanmamasından söhbət açıb. Sonra Gürcüstan Ombudsman aparatının rəsmisi İzabella Osipova “Qadın səsi” layihəsi həyata keçirdiklərini və bu mövzuda Marneuli televiziyasında xüsusi veriliş təşkil etdiklərini və bu verilişə milli azlıqların nümayəndələrini, o cümlədən azərbaycanlı qadınları da dəvət etdiklərini bildirib. Tədbirdə Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova, “Mtredi” qeyri hökumət təşkilatının rəhbəri Səbinə Talıbova, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva, Gürcüstan Azərbaycanlı Gənclər Forumunun rəhbəri Zemfira Əzizbəyova və başqaları çıxış edərək erkən evlilikdən, qadınların seçkilərdə namizədliklərini sürmədiklərindən, eyni zamanda gənclərin dövlət dilini hələ də zəif öyrəndiklərindən, dövlət strukturlarında çalışan rəsmilərin dil baryerinin həll edilməsində fəallıq göstərməmələrindən və gender bərabərliyi haqqında dan. Tədbirdə qadınların və ümumiyyətlə, gəncliyin qarşısında duran məsələlərin həlli yolları ilə bağlı fikir, rəylər və təkliflər bildirilib.
Görüşdə Gürcüstan Ombudsman aparatının rəsmiləri, QHT nümayəndələri, Gürcüstan ali məktəblərində təhsil alan gənclər, KİV nümayəndələri iştirak ediblər. Geri dön |