Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kürdə təhlükə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Kürdə təhlükə

Kürdə təhlükə


Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında aparılmış növbəti monitorinqin nəticələrində bildirilir.

Bildirilir ki, aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının II ongünlüyünə nisbətən 40 m3/san artaraq 362 m3/san təşkil edib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aprel ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1.8, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.47-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Geri dön